İKT-dən istifadə sinifdə dəyişiklik etməyə
imkan yaradır
Təhsil sistemində
İKT infrastrukturunun inkişaf
etdirilməsi prioritet istiqamətlərdəndir
Bu gün dünyada insanların əksəriyyəti
müxtəlif məqsədlər
üçün informasiya
və kommunikasiya eexnologiyalarından (İKT) geniş
istifadə edir. Xüsusən gənc nəsil
üçün kompüterdən
istifadə gündəlik
fəaliyyətə çevrilib.
İKT-nin təhsil
sahəsinə inteqrasiyası
da bunu özündə
əks etdirir. Təhsil sahəsində
İKT-nin uğurlu tətbiqi yalnız kompüterlərin əldə
edilməsindən deyil,
eyni zamanda istifadəçilərin onlarla
nə dərəcədə
tanış olmalarından da asılıdır.
Müasir dövrdə
İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən
biridir və bu prosesin zəruriliyi
indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı
və yayılması
bəşəriyyətin tərəqqisi
üçün geniş
imkanlar yaradır.
Azərbaycanda da informasiya
cəmiyyətinin qurulması
və kompüterləşmə
sahəsində ciddi, uğurlu addımlar atılıb. İKT-nin təhsildə tətbiqi müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin
formalaşmasına birbaşa
təsir edən yüksək əhəmiyyətli
məsələdir. Məhz bu
səbəbdən son illər
təhsil sistemində
İKT infrastrukturunun inkişaf
etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə prioritet
istiqamətlərdən biri
olub. Bu məqsədlə
son illər dövlət
tərəfindən təhsil
sistemində İKT-nin
tətbiqi sahəsində
müxtəlif layihə
və tədbirlər
həyata keçirilməkdədir.
Bu müstəvidə fəaliyyətlər təhsil
sahəsində aparılan
islahatların çox
vacib mərhələlərindən
biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun
qurulmasına yönəlib.
Hazırda respublikamızda
bütün sahələrdə,
xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya
və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük
önəm verilir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin 17 fevral
2003-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı
naminə informasiya və kommunikasiya texnologiyaları üzrə
Milli Strategiya”
(2003-2012-ci illər)” qəbul
edilmişdir. Həmin siyasi
kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən bu sahə diqqətdə saxlanılır. İKT-nin inkişafı istiqamətində mühüm
tədbirlər həyata
keçirilir.
Bildiyimiz kimi, məktəb cəmiyyətin
sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli
biliklərlə təmin
etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı,
yüksək mədəniyyətə
malik olan şəxsiyyət yetişdirməlidir.
Məhz bütün bunları nəzərə alaraq yuxarıda söylənilən
problemlərin səmərəli
həlli üçün
ümumtəhsil məktəblərində
dünya standartlarına
cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə
tərzi lazımdır.
Məktəb əksər vətəndaşların
genış əlaqə
saxladığı əsas
ictimai mühitdir. Müvafiq hazırlığı
olsa da, olmasa da, müəllimlər
şagirdləri cəmiyyətdə
məhsuldar, əməkdaşlıq
və sülh şəraitində yaşamağa
hazırlamalı olurlar.
Müəllim üçün qaranlıq qalan bir yer şagird
üçün zülmətdir.
Bunun üçün də müəllim öz üzərində daim işləməli, dərslərinin
tədrisində böyük
dönüş yaratmalıdır.
Açıq cəmiyyətdə səmərəli vətəndaşlığa
hazırlaşmaq şagirdlərdən
mühüm idrak qabiliyyəti tələb edir, onlar öz
fikrini formalaşdırmağı,
təcrübə və
düşüncədən məna çıxarmağı,
məntiqi arqumentlər
tapmağı, fikirlərini
aydın və inamla ifadə etməyi bacarmalıdırlar.
Amma vətəndaşın formalaşması
üçün təkcə
bu qabiliyyətlər kifayət deyil, sosial sahədə zəruri olan münasibət və qabiliyyətlər var ki, bunlar şagirdləri
gələcəkdə dəyərli
vətəndaş olmağa
istiqamətləndirir.
Məktəbdə uşaqlara
elə bir azadlıq verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda
azadlığın nə
olduğunu bilsinlər.
Şagirdlərdə özünə inam
hissi onda yaranır ki, onlara sinfin və
dərsin təşkilində
iştirak etməyə
icazə, öyrənmədə
sərbəstlik verilir
və onların fikirləri ictimai müzakirəyə səbəb
olur.
Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik
etməyə və müəllimlə şagird
arasında, şagirdlərin
öz aralarında və məktəblə ailə arasında baş verən qarşılıqlı əlaqələr
qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq edilən müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından
və İKT-dən geniş istifadə olunur.
Cəmiyyətin, təhsil sisteminin inkişafında pedaqoji təhsilin əhəmiyyəti
və məsuliyyəti
böyükdür. Problemlər
də az
deyil. Bu problemlər, əsasən, keçid dövrünün
çətinlikləri, texnologiyaların
sürətlə dəyişməsi
və insan amilinə bağlıdır.
Ümumtəhsil məktəblərimizi daha keyfiyyətli müəllim kadrları ilə təmin edə bilsək, nəticədə elm-təhsil
səviyyəmiz daha da yüksələr. İnformasiya və innovasiyalar
cəmiyyətində bu,
çox mühüm amildir.
Türkan ƏKBƏROVA,
Kəlbəcər rayon 87 nömrəli məktəbin
tədris işləri
üzrə direktor müavini
Azərbaycan
müəllimi.- 2018.- 15 sentyabr.- S. 12.