Milli musiqi gününə həsr olunmuş tədbir
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 18 sentyabr Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür. Bildirilib ki, Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Musiqi Günü kimi qeyd olunur. Rektor müəllim və tələbələri yeni dərs ilinin başlanğıcı və Milli Musiqi günü münasibətilə təbrik edib.
Tədbirin bədii hissəsində
dahi bəstəkarın “Arşın mal alan” musiqili
komediyasından müqəddimə, “Əsgərin ariyası”,
“Telli və Vəlinin dueti”,
“O olmasın, bu olsun” musiqili komediyasından parçalar
ifa olunub. Ü.
Hacıbəyovun “Sənsiz”, bəstəkarın əsərlərindən
işləmələr, T.Quliyevin
“Qaytağı” bəstələri tədbiri daha
yaddaqalan edib.
Azərbaycan
müəllimi.- 2018.- 21 sentyabr.- S.13.