“İstəyirəm ki, yüksək balla

ali məktəbə daxil olum

 

Mədinə Hüseynova: “Bir neçə dili mükəmməl bildiyim üçün xarici dostlarımla sərbəst ünsiyyət qururam

 

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində xüsusi istedada  bacarığa, yüksək intellektə    mədəniyyətə malik  uşaqlar və yeniyetmələr   çoxdur.  Onlar  burada  öz  asudə vaxtlarını  səmərəli  keçirməklə yanaşı  yaradıcılıq potensiallarını da inkişaf etdirirlər. Budəfəki  müsahibim  mərkəzin istedadlı yetirmələrindən biri olan  Mədinə Hüseynovadır. Söhbət zamanı Mədinə  arzu-istəklərini söyləməyi də unutmadı:

 

Qran-pri mükafatı aldım

 

- Mən Bakıdakı 132-134 nömrəli təhsil  kompleksinin 8-ci sinfində təhsil alıram. 2017-ci il mənim üçün çox uğurlu oldu. Mərkəzdən eşidəndə ki, İtaliyada keçirilən “Sərhədsiz yaradıcılıq”  beynəlxalq festivalında  iştirak edəcəyəm, doğrusu, çox sevindim. Nəhayət, festivalda iştirak etdim, əl işlərim orada nümayiş olundu    uğur qazandım. Qran-pri mükafatına layiq görüldüm. Qeyd edim ki, festivalda Uşaq-Gənclər Yaradıcılıq Mərkəzimizin bədii kollektivi  iştirak edirdi. Yaşıdlarım üç - xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə yarışlara qatılaraq böyük uğur qazandılar. “Rəqs” nominasiyası üzrə rəqs qrupuOdlar yurdu - Azərbaycan” kompozisiyası ilə çıxış etdi. Rəqs qrupumuz 15 ölkənin içərisində qalib olaraq birinci yerə layiq görüldü.  Mərkəzin 10 yaşlı istedadlı vokalçısı Rahim Qədimzadə bizimlə idi. O, “Azərbaycan” mahnısının məharətlə ifasına görə diplomla mükafatlandırıldı.

 

 “Rənglərlə arzularıma doğru

 

...Onunla həmsöhbət  olmaq mənə çox xoş idi. Hələ yetkinlik yaşında olan  bir istedad sahibinin tərcümeyi-halı  necə də zəngin idi. Öyrəndim  ki,  Mədinə Hüseynova  4  yaşından  mərkəzin  üzvüdür. Bədii  gimnastika, milli rəqs və rəsm dərnəklərində məşğul olur.  Rəsm  çəkməyi daha çox xoşlayır. Onun ilk sərgisi  Abşeron” rəsm qalereyasında  keçirilib. “Rənglərlə arzularıma doğru” adlı həmin sərgidə 80-ə yaxın  əsəri  nümayiş  olunub.  Rəngli  boyalarla  işlənmiş əl işləri, kompozisiyalar, təbiət mənzərələri  hamını heyran edib. Sərginin  sonunda  30-40-a  yaxın rəsm əsəri  isə satılıb.  Ən çox fantaziya janrına üstünlük  verən Mədinə bütün düşüncələrini bu  janrda canlandırır və  əsrarəngiz rəsmlərə çevirir. Gündə 4-5 saat rəsm çəkməklə məşğuldur. Mədinə  kətan  üzərində əzizlərinin də  portretlərini işləyib  və əlamətdar günlərdə onlara hədiyyə edib.

 

10 ölkədə olan Mədinə

Azərbaycanımızı layiqincə təmsil edib

 

Müsahibim  10 ölkədə  olub. Bolqarıstanda,  Macarıstanda, Almaniyada, Misirdə, Serbiyada, Türkiyədə, Gürcüstanda  sair ölkələrdə  doğma vətəni   Azərbaycanı layiqincə təmsil edib. 2015-ci ildə Türkiyənin Bodrum şəhərində  keçirilən “23 Nisan” Beynəlxalq Uşaq  Festivalında  olarkən Bodrumun  sərgi salonlarının  birində onun   40-a  yaxın rəsm əsəri nümayiş olunub. Azərbaycan haqqında  yaratdığı  ən  sevimli  əsərini - “Qız Qalası”nı   onlara  hədiyyə edib. Sərgidə  dostları da  həvəslə iştirak ediblər.  2016-cı ilin noyabrında isə  Bolqarıstanda  keçirilən rəqs festivalına qatılıb, millidünya rəqslərini məharətlə ifa edib. Ukraynadan, Belarusdan  festivala  qatılan uşaqlarla  dostlaşıb. İngilis, alman, rus dillərində sərbəst danışdığı  üçün festivallarda   xarici dostları ilə daha rahat ünsiyyət qurur. Almaniyada, Serbiyada   gimnast  uşaqların yarışları keçirilirdi. Mədinə də həmin  yarışa qatılıb, V yerə çıxaraq diplomla mükafatlandırılıb  medal  qazanıb.

Mədinə  yay tətilini necə keçirdiyi barədə danışmağı da unutmadı. Dedi ki, çoxlu bədii ədəbiyyat oxuyub. Hazırda kitab rəfində 40-a  yaxın  bədii ədəbiyyat var. Yaşı artdıqca kitablarının sayı da artır. A.Puşkinin  Yevgeni Onegin”, L.TolstoyunAnna Karenina”, “Müharibə və sülh”, M.Y.Lermontovun  “Zəmanəmizin qəhrəmanı” əsərlərini oxuyarkən özünü başqa aləmdə hiss etdiyini  söylədi və  həmin  kitabları vərəqlədikcə özünü artıq tələbə kimi  gördüyünü  vurğuladı. “Elə istəyirəm  tezliklə  orta  məktəbi bitirim və yüksək balla ali məktəbə daxil olum” - söyləyən  8-ci sinif şagirdinin  bu qədər inadkar  və hazırlıqlı olduğuna  ürəkdən  sevindum. Sonra da  əlavə etdi ki, bu, onun   sadəcə bir uşaqlıq arzusudur.

Mədinənin necə istedadlı bir qız olduğunu,  bununla bərabər dərslərinə necə məsuliyyətlə yanaşdığını biz təkcə  onun öz  dilindən deyil,  mərkəzin rəhbərliyindən, müəllimlərdən, dərnək rəhbərlərindən və elə onun rəfiqələrindən də eşitdik. Və bu xoş təəssüratla da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzini tərk  etdik.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.-2018.- 28 sentyabr.- S.6.