Cahan ki, solmayan bir bağça-bağdır, ....

 

Mikayıl Müşfiqin xatirəsi anılıb

 

Cahan ki, solmayan bir bağça-bağdır, ...”. Bu ölməz misralar ürəklərdə əbədi məskən salan, unudulmaz söz sərrafı Mikayıl Müşfiqə məxsusdur. Vəfatından 80 il keçməsinə baxmayaraq xalq sevimli şairinin xatirəsini bu gün yaşadır.

AZƏRTAC xəbər verir ki, Müşfiqin xatirəsinə həsr olunan silsilə tədbirlərdən biri Bakıda şairin büstü önündəCabir NovruzMədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilib.

Böyük söz ustasının xatirəsini əziz tutan pərəstişkarları büstü önünə gül dəstələri düzərək, şair haqqında ürək sözlərini bölüşüblər. Fondun rəhbəri Cavanşir Qurbanov, professor Məmməd Əliyev, şairlər Oqtay Rza, Ofeliya Babayeva, Musa Ələkbərli, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, yazıçı-publisist Müşfiq Cabiroğlu, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Dəyanətqızı başqaları çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin həyat yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.

Bildirilib ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Şairin xatirəsinə həsr olunan silsilə tədbirlərdə şairin şeirlərindən parçalar səsləndirilib, xalq şairi Cabir NovruzunMüşfiq ağılarıəsasında hazırlanmış kompozisiya təqdim olunub.

 

Azərbaycan müəllimi.- 2018.- 12 yanvar.- S.12.