Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin
11 yanvar 2018-ci il
tarixli 9 nömrəli qərarının
icra olunması haqqında
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin əmri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində
kredit sistemi ilə tədrisin
təşkili Qaydaları”nın təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr
2013-cü il tarixli 354
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə” 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının
icrasını təmin etmək məqsədilə “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.
3. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.
4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılsın.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti
icra edən nazir müavini
16 yanvar 2018-ci il
Azərbaycan müəllimi.- 2018.-
19 yanvar.- S.3.