“Azərbaycan xalçası” ensiklopediyasının Metropoliten İncəsənət Muzeyində təqdimatı

 

Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan xalçası” ensiklopediyasının yanvarın 5-də Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdimat mərasimi keçirilib. Müəllifin özününiştirak etdiyi mərasimdə Azərbaycanın mədəni irsi geniş auditoriyaya təqdim olunub. Təqdimat Muzeyin Toxuculuq Məmulatlarının Konservasiyası Departamenti tərəfindən təşkil edilmiş “Qış-2018” simpoziumu çərçivəsində keçirilibRöya Tağıyeva orada “Azərbaycan xalçası ənənələri” mövzusunda məruzə edib. Məruzədə 2010-cu ildə YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsi elan edilmiş Azərbaycan xalçasının əsas inkişaf mərhələləri və özünəxas xüsusiyyətləri əhatə olunub.

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.5.