Xalq şairi Səməd Vurğunun yaradıcılıq gecəsi

 

Şabran rayonu Padar kənd tam orta məktəbində xalq şairi Səməd Vurğunun yaradıcılıq gecəsi keçirilib.

Məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Ruhəngiz Mahmudova tərəfindən təşkil olunan tədbirdə ədibin əsərlərindən danışılıb. Şagirdlər onun yaradıcılığından şeirlər səsləndirib, əsərlərindən parçalar səhnələşdiriblər. Tədbir boyu şagirdlərin təqdimatında S.Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Tədbirin keçirilməsində əsas məqsəd S.Vurğun yaradıcılığı ilə məktəblilərin daha yaxından tanış edilməsi, onların ədəbiyyata maraqlarının artırılması və mütaliə vərdişlərinin aşılanması olub.

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin

ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.12.