“Mənim üçün janr məhdudiyyəti yoxdur”
Mehriban Mehdizadə:
“Anam kimi rəssam olmaq üçün çox çalışmalıyam, lap çox”
Deyirlər insan övladları dünyaya gələndə su kimi şəffaf, ağ vərəq kimi təmiz olurlar, sonrakı talelərisə onların həyatlarında ömür boyu yazılmaqda olan bir tarixçəni xatırladır. Yəni, insanlar böyüyüb boya-başa çatandan sonra qəhrəman da olurlar, şairlik, yazıçılıq, rəssamlıq, musiqiçi kimi fərdi keyfiyyətləri ilə də bir-birlərindən fərqlənirlər. Əslində bu, doğrudan da belədir, ancaq bir mühüm amili diqqətdən qaçırmamaq şərti ilə. Çünki bir çox hallarda nəsildən-nəslə ötürülməklə siyasətçilər, yaradıcı insanlar qrupunu təşkil edən tarixi şəxsiyyətlər də zaman-zaman yetişməkdə davam edir. Görkəmli şair Rəsul Rzanın oğlu xalq yazıçısı Anar, Azərbaycan poeziyasının günəşi Səməd Vurğunun şair və yazıçı oğulları Vaqif və Yusif Səmədoğlular, görkəmli yazıçı İlyas Əfəndiyevin oğlu xalq yazıçısı Elçin Əfəndiyev, vokal musiqisinin banisi Rəşid Behbudovun qızı, istedadlı müğənni Rəşidə Behbudova, dahi Bülbülün oğlu Polad Bülbüloğlu və onlarla başqaları buna misal göstərilə bilər... Bu gün oxucularımıza təqdim etmək istədiyimiz, yaşı az olmasına baxmayaraq artıq yüzdən çox rəsm əsəri tamaşaçı rəğbəti qazanan Mehriban Mehdizadə də bu qəbildən olan fitri istedad sahiblərindəndir. O da bu gün şərəfli bir sənətin ilk pillələrində zirvəyə doğru addımlamaqla anası, tanınmış rəssam Günay Mehdizadənin parlaq sənətinin davamçısıdır. Yaradıcılıq dünyasına baş vuranda əmin olursan ki, bu gün yaşıdları arasında öz yaradıcılıq potensialı ilə olduqca çox seçilən bu gənc istedad sahibi də gələcəyin mahir fırça ustalarından biri kimi öz adını rəssamlıq tarixinin şərəf lövhəsinə yazacaq.
...Olduqca mehriban, səmimi, bir az da ciddi baxışları ilə bizi ovsunlayan bir qızla-Mehriban Mehdizadə ilə həmsöhbətəm. Öncə bir az sıxıldı, anası ilə baxışları toqquşandan sonra sanki bu sıxıntı keçdi və dili açıldı.
Bəzi personajların şəkillərini çəkirdim
2002-ci ildə Bakıda anadan olmuşam. Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibindəki Respublika İncəsənət Gimnaziyasının X sinif şagirdiyəm. 5 yaşımdan gimnastika ilə məşğul olmuşam. Rəssamlığa həvəsimsə hələ bağçaya getdiyim vaxtlardan başlayıb. Otağımızdakı əşyaların, uşaqların, televizorda izlədiyim cizgi filmlərindəki bəzi personajların şəkillərini çəkirdim. Bunun üçün mən müxtəlif rəngli karandaşlardan istifadə edərdim, rəngli kağızlardan fiqurlar düzəldərdim. Anam həvəsimi daha da artırmaq üçün məni rəsm dərnəyinə yazdırdı. 1-ci sinifdən 5-ci sinfə qədər fikirlərimi, düşüncələrimi ağ kağıza köçürürdüm, 5-ci sinfi bitirdikdən sonra isə daha mürəkkəb rəsmlər çəkməyə başladım. Natürmort, heykəllərin şəkilləri, quruluşu və sair. İndi gimnaziyada keçirilən bütün tədbirlərdə həvəslə iştirak edirəm. Amma rəssamlığa həvəsim lap çoxdur. Necə deyərlər, ot kökü üstə bitər. Anam Günay Mehdizadə tanınmış rəssamdır. O, Rəssamlar İttifaqının üzvüdür. Anamın işlədiyi əsərlərə, miniatürlərə baxarkən qürur hissi keçirirəm, sevinirəm ki, belə bir istedad sahibinin qızıyam. Mən demək olar ki, gözlərimi bu əsərlərin içində açmışam. Anam çox məhsuldar və məsuliyyətli yaradıcı insandır. Tarixi şəxsiyyətlərə həsr etdiyi əsərlər üzərində işləyərkən o, gecələr də yatmırdı və mən bütün bunların şahidi olurdum, bu sənətin müqəddəsliyinə əminliyim daha da artırdı. Heydər Əliyev, Atatürk tablolarını, Bədri Qarayağmurların “Şirvanşahlar sarayı”, “Gündoğdu meydanında fayton”, Suğra Bağırzadənin “Əbədiyyət”, Faden Suzan Kudsioğlunun “Ağac pərisi”, Adilə Əfəndinin “Bəhramgur”, Gündoğdu Uğraşın “Bakı sahili”, Azər İslamın “Mandarin bağında qız” əsərlərinə, onlarla başqa əsərlərə çəkdiyi illüstrasiyalara vurğunluqla tamaşa edirdim. Anam müasir miniatür sənətinin layiqli davamçısıdır. O, ilk rəssamdır ki, Ankarada fəaliyyət göstərən “Atatürk evi” muzeyində sərgilənən “Atatürkün portreti”nin müəllifidir. Müxtəlif sərgilərdə göstərilən əsərlərinə böyük tamaşaçı marağı da bunu təsdiqləyir. Əgər belə demək mümkünsə, mənim ilk müəllimim də elə anam və onun dahiyanə əsərləri olub. Bu əsərlərə baxdıqca daha qürurlanıram və gecəmi gündüzümə qatıb əzmlə çalışıram ki, anamın ümidlərini doğrulda bilim.
İlk müəllimim anamdır
Yaxşı yadımdadır, 10 yaşım olanda anamın portretini çəkmişdim. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ona rəsmimi hədiyyə etdim. Həmin rəsmdə öz portretimi və məni qucaqlayan anamın obrazını yaratmışdım. O, bunu görəndə çox sevindi və saçlarını daha çox bəyəndiyini söylədi. Bu rəsm ailəmizdə elə maraqla qarşılandı ki! Gimnaziyada rəsm dərnəyinin üzvüyəm. Rəsm şöbəsinin müdiri Kəmalə Kərimovadan rəsm çəkməyin sirlərinin dərindən öyrənməyə çalışıram. O da istedadlı rəssamdır, amma ilk müəllimim söylədiyim kimi Anam Günay Mehdizadədir. Bu sahədə mənə hər cür dəstək verən odur.
Bu tablo hamıda xoş
təəssürat yaratdı
Türkiyənin İzmir şəhərində anamın kuratoru olduğu bir simpozium keçirilirdi. Azərbaycandan 6 rəssam və mən da bu simpoziuma qatılmışdım. Mən akril boyaları ilə Balçova rayonunu əks etdirən bir tablo yaratdım. Tədbirdə iştirak edənlər məndən bu qədər gözəl əsər gözləmirdilər. Balçovaya həsr etdiyim tablo hamıda xoş təəssürat yaratdı. Həmin tədbirdə yaradılan rəsm əsərlərindən ibarət kataloq hazırlandı, mənim rəsmim kataloqda yer aldı.
Musiqi insana pozitiv enerji verir
Bəzən xəyallara dalıram. Düşünürəm ki, elə mən
də incəsənət
aləmi üçün
doğulmuşam. Sirr deyil
ki, musiqi peşəsindən asılı
olmayaraq hər bir insanın ruhuna hakim kəsilir, ona rahatlıq bəxş edir, ruhuna qida verir.
Odur ki, çəkdiyim bütün rəsmlərdə
musiqini tərənnüm
edirəm. Bu elementlər rəsmlərimi
daha gözəl, daha təsirli, baxımlı edir. Musiqi həm də insana pozitiv enerji verir. Pozitiv enerji ilə çəkilən rəsm
isə insanlar tərəfindən daha çox sevilir. Daha çox isti rənglərdən istifadə
etməyi xoşlayıram.
Ümumiyyətlə, mənim üçün
janr məhdudiyyəti
yoxdur. Janrların
hər birində işləyərkən özümü
sərbəst hiss edirəm.
Sərgidə 25 rəsmim
nümayiş olundu
2013-cü ildə
təhsil aldığım
gimnaziyada mənim əsərlərimdən ibarət
ilk fərdi sərgi keçirildi. Həmin sərgidə sinif
yoldaşlarım, müəllimlərim
iştirak edirdilər.
Sərgidə 25 rəsmim nümayiş
olundu. Rəssamlar İttifaqının katibi, xalq rəssamı
Ağaəli İbrahimov
xoş arzularını
ifadə etdi və diploma layiq görüldüm. Sevincimin hədd-hüdudu
yox idi. Əlbəttə, bu, mənim
üçün böyük
uğur idi. Hazırda rəsmlərimin çoxu
gimnaziyanın kataloqunda
yer alıb.
İtaliyada keçirilən
beynəlxalq sərgidə
iştirak etdim
Həmin ildə gənc Azərbaycan rəssamlarının
Milanda (İtaliya) keçirilən beynəlxalq
sərgisində iştirak
etdim. Orada “Arşın mal alan”
natürmort əsərim
sərgiləndi. İtaliyada 7 gün qaldıq. Şəhər o qədər
gözəl idi ki! Leonardo Da
Vinçinin bir neçə muzeyində olduq və xatirə
şəkilləri çəkdirdik.
Bu, bəlkə də həyatımda ən əlamətdar hadisələrdən biri kimi yaddaşıma həkk olundu, çünki tarixi bir şəxsiyyətin adını daşıyan
incəsənət ocaqlarını
ziyarət edirdim.
Gimnaziyamızın rəsm şöbəsinin
müdiri Kəmalə
Kərimova, şagirdlərdən
Ayan, Nəsibə, Arzu, bir də
anam Günay xanım da bizimlə
idilər.
Rəsmlərimdən əldə
etdiyim gəliri uşaq evlərinə xərcləyəcəyəm
... Gələcəkdə istərdim ki,
əsərlərimin satışını
təşkil edim, ondan əldə etdiyim gəliri isə uşaq evlərinə sərf edim. Çox vaxt rəsmlərimi
sosial şəbəkədə
paylaşıram. Orada da dostlarım çoxdur.
Ölkə hüdudlarından kənarda - ABŞ-dan Kimberli, Çikaqodan Pesi adlı dostlarım da var. Onlarla yazışıram.
Həm də skayp vasitəsilə
onlarla ünsiyyət qururam. Dostlarıma Azərbaycanın tarixi, mədəniyyəti,
tarixi abidələri,
park və xiyabanları
haqqında o qədər
danışmışam ki,
onlar artıq həvəslənib Azərbaycana
gəlmək arzusunda olduqlarını bildirirlər.
İngilis dilini çox
gözəl bildiyimdən
dostlarımla sərbəst
yazışıram.
Türkiyəli dostlarım
bizə qonaq gəlmişdilər
... 2015-ci ildə
Novruz bayramında Ankaradan olan dostlarım Ayşe və Sibel bizə
qonaq gəlmişdilər.
Onları paytaxtımızdakı
Xalça Muzeyinə,
Şirvanşahlar Sarayına
apardım, Milli Parkı gəzdik, təhsil aldığım
gimnaziyada oldular, sinif otaqlarımızı
gəzdilər, sinfimizdəki
dostlarımla da onları tanış etdim. Çox məmnun qalmışdılar.
Azərbaycanın bu qədər
gözəl bir ölkə olduğunu onlar təsəvvür belə etmirdilər, amma gördülər və bəyəndilər.
Söz verdilər ki, Bakını yenə də ziyarət edəcəklər. Mən də
dostlarıma söz verdim ki, növbəti
tətil günlərində
imkan tapıb onlara qonaq gedəcəyəm.
Musiqi festivalında laureat adını
qazandım
Yeri gəlmişkən qeyd edim ki sözləri İsmayıl Dadaşova, musiqisi isə Siyavuş Kərimiyə məxsus olan “Uşaq Himni” klipində də çəkilmişəm və orada solist kimi ifa etmişəm. Milli və dünya rəqslərini çox sevirəm. Çünki bu mənim hobbimdir. Gimnaziyada fəaliyyət göstərən milli rəqs dərnəyinin də üzvüyəm. Rəngli boyalarla işlədiyim “Milli rəqs” rəsmim tamaşaçılar tərəfindən çox bəyənilib. Əlamətdar günlərdə təşkil olunan sərgilərdə rəsmlərim tez-tez nümayiş olunur. Paytaxtdakı Muzey Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının əl işlərindən ibarət “Rənglərin qardaşlığı” adlı rəsm sərgisi keçirildi. Sərgidə hər iki ölkədən rəssamlar, sənətsevərlər və media nümayəndələri iştirak edirdilər. Həmin sərgidə anamın və mənim əl işlərim nümayiş olundu. Gimnaziyamızın direktoru Aytən Əhmədovanın dəvəti ilə Türkiyədən gələn qonaqlar üçün konsert proqramı və rəsmlərimizdən ibarət sərgi də təşkil olunmuşdu. Onlar bizə ustad dərsləri keçdilər. Tez-tez televiziya kanallarında da rəsmlərim nümayiş olunur. Bütün fəsilləri xoşlayıram. Xüsusilə yay fəslinin daha çox sevirəm. Çünki məhz bu fəsildə vaxtım çox olur və daha rahat, daha səmərəli işləyə bilirəm. 100-dən artıq rəsm əsərlərim var. Anam kimi rəssam olmaq üçünsə hələ çox çalışmalıyam, lap çox. Musiqi sahəsində də uğurlarım kifayət qədərdir, müxtəlif müsabiqələrin qalibi olmuşam. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” musiqi festivalında laureat adına, “TESTENE” ART BAKU” I beynəlxalq incəsənət festivalında isə diploma layiq görüldüm. Dəfələrlə beynəlxalq rəsm müsabiqələrində iştirak edərək fəxri fərman və diplomlarla mükafatlandırılmışam. Hazırda rəssamlıqla bərabər gimnaziyada fəaliyyət göstərən xor bölməsinin də üzvüyəm. 2017-ci ildən isə “Dərs -evi” Tədris Mərkəzində xarici dil kursuna yazılmışam. İngilis dili fənnindən qızıl medala layiq görülmüşəm. Bu dildə çoxlu bədii kitablar oxuyuram.
...Bəli, tam
əminliklə demək olar ki tanınmış rəssam Günay
Mehdizadənin ailəsində böyük
sənətə doğru inamla
addımlayan Mehriban adlı layiqli bir davamçı da yetişməkdədir.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.14.