Dərslik yazmaq ənənəmiz

 

Tələblər sürətlə yenilənsə də, müqayisədə keçmişə qayıtmaq istəyirik

 

Məsələn, uzun müddət məktəblərdə Sədinin “Gülüstan”ından dərslik kimi istifadə edilib. Əxlaqi söhbətlər, poetik nümunələr, süjetli hadisələrlə zəngin, tərbiyəvi əhəmiyyəti olan bu kitabdan məktəbdə istifadə etmək faydalı hesab olunub.

Ə.Abbasovun sözlərinə görə, XIX əsr Azərbaycan mədəniyyətində və tarixində mühüm dövr sayılır: “İlk ana dilli məktəbinin açılmasıyla dərslik zərurəti ortaya çıxıb. Həmin dövrdən başlayan dərslik ənənələrimiz varonu Mirzə Fətəli Axundovun adı ilə bağlayırlar. Çap olunmasa da, ilk “Əlifba” dərsliyini məhz onun yaratdığı deyilir”.

Cənubi Qafqazda yaşayan xalqların nümayəndələrinin ilk tədris ilində öz ana dilində dərs almalı olduğuna dair Qafqaz canişininin təsdiq etdiyi təlimatdan sonra dərslik yaradılması prosesi xüsusilə sürətlənib. 1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında “Vətən diliadlanan dərsliyin birinci hissəsi (Vətən dili, I hissə) işıq üzü görüb. İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan “Vətən dili” dərsliyinin II hissəsini (Vətən dili, II hissə) 1888-ci ildə A.O.Çernyayevski və Səfərəli bəy Vəlibəyov tərtib edib.

40 ilə yaxın müddət ərzində Cənubi Qafqazda azərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan “Vətən dili”ndən Üzeyir bəy Hacıbəyov, Müslüm Maqomayev, Mahmud bəy Mahmudbəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundovbaşqa yüzlərlə Azərbaycan ziyalısı istifadə edib.

 

Məqsədi məzmununda əks olunan dərsliklər

 

Dilimizdə əsas dərsliklər ölkəmizin Sovetlər Birliyinin tərkibində olduğu dövrə təsadüf edib. Sovet məktəbində təlimin məzmunu çox vacib sayılıb. Odur ki, SSRİ hökumətinin qərarı ilə məktəblərdə təhsilin məzmunu təkmilləşdirilib, proqramlar yaradılıb.

Azərbaycanda da sovet dərsliklərinin prinsiplərinə istinad edilib. Hətta müəllifi azərbaycanlı olan dərsliklər Rusiyada hazırlanan sovet dərsliklərinə əsaslanıb. Vahid prinsiplər əsasında fərqli faktlarla, nümunələrlə dərsliklər hazırlanıb.

Sovet məktəbində xüsusi önəm daşıyan, bilikyönümlü dərsliklər əvvəlcədən müəyyənləşdirilmiş məzmuna əsaslanıb. Hətta 30-40-cı illərdə hazırlanan dərsliklər elmi yenilikləri, hadisələrisabitləşdirib”. Dərslikdə əksini tapan yenilik elmi təsdiqini tapmış sayılıb. Yeganə informasiya mənbəyi, bilik mənbəyi rolunu uzun müddət yerinə yetirən dərsliklərin məlumatları inanılmış olub.

Ə.Abbasovun sözlərinə görə, dəqiq elmlər - “Riyaziyyat”, “Fizikakimi fənlər, təbiət elmləri - tərcümə olunub. Qədim dünya tarixi əvvəllər rus müəlliflərdən tərcümə olunsa da, sonradan azərbaycanlı müəlliflər tərəfindən hazırlanıb. Ancaq mətnlər ümumi sovet dərsliklərinə əsaslanıb: “Ümumi düşüncə var idi. Az qala Azərbaycan dili proqramı daRusskiy yazıkproqramından tərcümə səviyyəsində tərtib edilirdi. Sovet dövründə elə konseptual sənədlər olmayıb. 50-60-cı illərə qədər dərsliklər tamamilə informasiya yönümlü olub. Sonradan praktik tapşırıqların sayı artırılıb”.

Ə.Abbasov istisna məqamları da qeyd edib. Məsələn, Azərbaycan dilinin elmi qrammatikasına dair kitabların olmadığı bir vaxtda Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə kimi dərslik müəllifləri 50 ilə qədər ömrü olanAzərbaycan dilidərsliyini hazırlayıblar: “Bu dərslik dilçiliklə bağlı mövcud olan dağınıq fikirləri elmi şəkildə formalaşdırdı. Sonradan Azərbaycan dilçiliyinə aid ayrı-ayrı tədqiqatlar aparıldı, kitablar çap olundu”.

 

Dərslik dərsin xəritəsidir

 

Dərslik, əslində tərtibatdır. Burada təzə elmi fikir yaradılmır, elmdə olan yeniliklər öz əksini tapır. Biliklər daim yeniləndiyindən, təkmilləşdiyindən, dərsliklər müəyyən dövr üçün aktual olur 4-5 ildən bir yenilənir”, - deyən Ə.Abbasovun sözlərinə görə, dərslikdə hər zaman məzmun ifadə olunub: “Əbdül Əlizadə deyirdi ki, dərslik dərsin xəritəsidir. Uzun zaman proqrama uyğun dərslik, dərsliyə uyğun dərs olub. Ona görə dərslik vacib komponent sayılıb”.

 

Müasir Azərbaycan dərsliyi

 

Müasir Azərbaycan dərslikləri isə bir çoxlarının təlqin etməyə çalışdığı kimi, heç təhsilinüz qarasıdeyil. Müəyyən parametlərə görə hətta yaxşı dərsliklər sayıla bilər. Ə.Abbasov da bu fikirdədir ki, mübahisə tənqidlərə baxmayaraq, bu sahədə təkmilləşmə gedib. Dərsliklərlə bağlı çoxlu araşdırma aparılıb. İllər keçdikcə mükəmməlləşən bir ənənə formalaşıb. Lakin müasir dərsdə dərsliyin statusu, rolu dəyişib. Ona görə bu gün dərslikdən gözlədiyimizi düzgün müəyyənləşdirməliyik: “Dərslik ənənəsi olsa da, yanaşma dəyişib. Dərslik daha yeganə bilik mənbəyi deyil. Hətta belə fikirlər səslənir ki, 2020-ci ildə dərslik, 100 il sonra isə müəllim olmayacaq. Müəllimləri robot müəllimlər əvəz edəcək”.

 

Bəs dərsliyi əvəz edəcək?

 

Ə.Abbasov deyir ki, artıq müasir məktəbdə müəllimin qarşısında qoyulan tələblər dəyişib. İndi onlardan, ilk növbədə, dərsliyə yaradıcı yanaşma tələb olunur. Müəllim tədqiqatçı olmalı, uşaqların səviyyəsinə uyğun hərəkət planı seçməlidir. Hətta təlim materiallarını da özü hazırlamalıdır. Odur ki, müasir dərsdə müəllim daha böyük amildir: “Artıq dərsliklə bağlı yanaşmalar dəyişir. Dərs daha müasir səviyyədə qurulur. Çoxlu internet resursu, zəngin mənbə varsa, dünyada elektron dərsliklərdən istifadə edilirsə, Azərbaycanda dərslik niyə bu qədər böyük əhəmiyyət daşıyır ki?! Finlandiyada bir sinfin 5-6 variativ dərsliyi var. Bunu müəllimlər, icmalar seçir. Mənbələr doludur. Kanadada ibtidai siniflər üçün dərslik yoxdur. Resurs çoxdur, müəllimlər şagirdlər istənilən mənbədən istifadə edir. Azərbaycan məktəblərinin hamısında internet şəbəkəsi var. Sadəcə, onlardan istifadə etməyi öyrənmək lazımdır”.

 

Dərslik tarixdəki rolunu başa vurub

 

Beləliklə, rus tərtibçilərinin hazırladığı dərsliklərdən tərcümə edilən dərs vəsaitlərinin xiffətini çəkmək yersizdir. Məzmununu müstəqil Azərbaycan hökumətinin, tədris planını Təhsil Nazirliyinin təsdiq etdiyi, azərbaycanlı müəlliflərin hazırladığı dərsliklərin orfoqrafikyaxud texniki səhvlərini gözümüzdə çox böyütməyək. Nəzərə alın ki, artıq dərslik məktəbdə əvvəlki qədər həlledici deyil. Dərsliklər tarixdəki rolunu başa vurub. İndi onlar, sadəcə, istiqamətverici rol oynaya bilər, vəssalam. Övladınızın hansı dərslikdən oxuyacağına deyil, ona kimin dərs deyəcəyinə fikir verin. Çünki müasir məktəb bir sovet məktəbindən çox fərqlənir. Burada bilikyönümlü sovet dərsliyi deyil, şagirdlərin bacarıqlarını inkişaf etdirən müəllim əsas amildir.

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2018.- 26 yanvar.- S.1-2.