Proqramı təqaüdçüləri harada işləyirlər?
Gənclərimiz ölkəmizin inkişafında
mühüm töhfələr verir
Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyir?
Mehriban VƏLİYEVA,
Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər
Universitetinin məzunu
1989-cu ildə Tovuz rayonunda
anadan olub.
1996-cı ildə rayonun Vaqif Kazımov adına
Çobansıxnaq kənd orta məktəbində birinci sinfə
gedib. 2007-ci ildə Gəncə şəhəri Əhməd
Cavad adına 2 nömrəli tam orta məktəbi
bitirib. 2007-ci ildə Azərbaycan Dövlət
Aqrar Univesitetinin aqrar iqtisadiyyat və menecment fakültəsinin
menecment (alman proqramı) ixtisasına daxil olub. Təhsil müddətində “DEULA-Nienburg GmbH” təşkilatı
vasitəsilə Almaniyada 6 aylıq təcrübə
keçib. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə
ilə bitirib və həmin il
Almaniyanın Hochschule Weihenstephan-Triesdorf Tətbiqi Elmlər
Universitetində menecment (aqrar sahədə biznesin idarə
olunması) üzrə magistr pilləsinə qəbul olunub. Magistr təhsilini 2013-cü ildə “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqram” çərçivəsində
tamamlayıb. 2013-cü ildə Hollandiyada 3
aylıq “junior project manager” sahəsində təcrübə
keçib. Daha sonra bir müddət
Almaniyada REHAU şirkətində keyfiyyətə nəzarət
sahəsində, 2014-cü ildə Alman -Azərbaycan Xarici Ticarət
palatasında biznes xidmətlər bölməsində işləyib.
2015-ci ildə Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi tabeliyində
“Azalternativenerji” MMC-də baş mütəxəssis olaraq fəaliyyətə
başlayıb.
2016-cı ildən etibarən
Agentliyin İnvestisiyalar və layihələrin idarə
olunması şöbəsində dövlət qulluqçusu
olaraq fəaliyyətdədir. Təhsil Nazirliyinin dəstəyi
ilə “Enerjinin əldə edilməsi texnologiyası” adlı
kitabı çap olunub.
Rəşad
ƏLİYEV,
Koreyanın
Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun məzunu
1989-cu il avqustun
17-də Bakıda anadan olub. IX sinfə qədər
Bakıdakı 56 nömrəli tam orta məktəbdə
oxuyub, daha sonra təhsilini 147 nömrəli Texniki Humanitar
Liseyində davam etdirib. 2006-cı ildə
orta təhsilini başa vurub. Ali məktəblərə
keçirilən qəbul imtahanlarında 627 bal
yığaraq Bakı Dövlət Universitetinin tətbiqi
riyaziyyat və kibernetika fakültəsinin informatika
ixtisasına qəbul olunub. BDU-da 1-ci semestrdə
təhsil aldığı zaman UNESCO-nun ACCESS proqramına
qatılıb və təhsilini KAİST-də (Koreya
Respublikasının Elm və Texnologiyalar İnstitutu) davam
etdirmək hüququ qazanıb. “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
2007- 2011-ci illərdə KAİST-də kompüter elmləri
ixtisası üzrə bakalavr təhsili alıb. KAİST-də oxuyarkən “LG Electronics” şirkətində
2 aylıq internatura təcrübə proqramına
qatılıb. Təhsilini bitirdikdən
sonra 2011-ci ilin fevralında “Hugeflou” şirkətində tədqiqatçı
mühəndis vəzifəsinə işə qəbul olunub.
2012-ci ilin fevral ayından Koreya Universitetində
professor Heejo Lee-nin rəhbərliyi altında “Kompüter və
kommunikasiyaların təhlükəsizliyi” laboratoriyasında
elmi işçi kimi çalışaraq magistratura təhsilinə
başlayıb. 2014-cü ilin avqust
ayında magistratura təhsilini başa vuraraq magistr elmi dərəcəsini
qazanıb. 2014-cü ilin sentyabr ayında
Bakı Ali Neft Məktəbində dərs deməyə
başlayıb. 2016-cı ilin
sentyabrından isə ADA Universitetində kompüter elmləri
üzrə müəllim vəzifəsində işləyir.
Nərgiz QASIMOVA,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu
3 noyabr 1990-cı il
tarixində Bakı şəhərində anadan olub. 2009-cu ildə
Rusiya Federasiyası Moskva vilayətinin Şolkovo şəhərinin
6 nömrəli tam orta məktəbini bitirib və həmin il hökumətlərarası müqavilə
çərçivəsində Rusiya Federasiyasının
Moskva Dövlət Maşınqayırma Universitetinin (Moskovskiy
Qosudarstvennıy Maşinostroitelnıy Universitet) hüquq
fakültəsinə daxil olub. 2014-cü ildə
universiteti fərqlənmə diplomu ilə bitirib. Daha
sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(Moskovskiy Qosudarstvennıy Universitet imeni M.V.Lomonosova) hüquq
fakültəsinin magistratura pilləsində təhsilini davam
etdirib. 2014-cü ildə Rusiya
Federasiyasının Maliyyə Nazirliyi tərəfindən
keçirilən 3-cü Ümumrusiya elmi-praktik konfransda
“Hüquqi və fiziki şəxslərin vergi ödənişlərindən
yayınması” məruzəsi ilə çıxış
edib. Bundan əlavə, Heydər Əliyev Fondunun vitse-prezidenti,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə təsis edilmiş və hər il keçirilən “Xocalıya ədalət”
kampaniyasının təşkilində fəallıq göstərib.
N.Qasımova 2016-cı ildə
magistraturanı bitirib və hazırda Bakı Apelyasiya Məhkəməsində
hakim köməkçisi vəzifəsində
çalışır.
Ümid
MEHDİYEV,
Böyük
Britaniyanın Liverpul Universitetinin məzunu
1991-ci il avqustun
10-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda
anadan olub. 2009-cu ildə Bakıdakı 258
nömrəli tam orta məktəbi bitirib. 2013-cü ildə
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və
Almaniyanın Zigen Universiteti ilə birgə əməkdaşlıq
proqramı çərçivəsində ingilis dilində tədris
olunan “Yeni texnologiyaların iqtisadiyyatda tətbiqi” ixtisasını
bitirib. 2015-ci ildə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
Böyük Britaniyanın Liverpul Universitetində “Təchizat
zəncirinin idarə edilməsi” ixtisası üzrə magistr
dərəcəsini alıb. Rus, ingilis,
alman dillərini bilir. 2010-cu ildə “LT
Scientific İnc.” şirkətinin Azərbaycan filialında təchizat
mütəxəssisi kimi fəaliyyətə başlayıb.
2014-cü ildə “LT Scientific İnc.” şirkətinin Azərbaycan
filialında ofis administratoru, 2016-cı ildə “Silkway” şirkətlər
qrupunun “Silkway Technics” şirkətinin Logistika və təchizat
departamentində inventarın baş koordinatoru, 2016-cı ildə
Azərbaycan Turizm və Menecment Universitetində “Dəyər
zəncirinin idarə edilməsi” fənni üzrə saat
hesabı müəllim vəzifələrində çalışıb.
2016-cı ildən Azərbaycan Dövlət
Pedaqoji Universiteti (ADPU) rektorunun köməkçisi, 2017-ci ildən
isə ADPU-nun inzibati-təsərrüfat işləri üzrə
prorektorudur.
Səmra
TALIŞİNSKAYA,
Böyük
Britaniyanın Varvik Universitetinin məzunu
1993-cü il 29
aprel tarixində Lənkəran şəhərində anadan
olub. 2010-cu ildə Bakı şəhəri M.Cuvarlinski adına 52 nömrəli tam orta məktəbi fərqlənmə
attestatı ilə bitirib. Həmin il ali təhsil
müəssisələrinə keçirilən qəbul
imtahanında 660 bal toplayaraq dövlət sifarişi əsasında
Qafqaz Universitetinin maliyyə (ingilisdilli) ixtisasına qəbul
olunub. 2014-cü ildə PAŞA Bank və Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) adlı təqaüdünə
layiq görülüb. 2015-ci ildə Qafqaz
Universitetindən 98.93% ortalama ilə iqtisadiyyat və idarəetmə
fakültəsinin birincisi kimi məzun olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 2015-2016-cı tədris
ilində maliyyə ixtisası üzrə magistratura təhsilini
Birləşmiş Krallığın maliyyə ixtisası
üzrə ən yaxşı 3 universitetindən hesab olunan
Varvik Universitetində (University of Warwick) alıb. 2016-cı ilin oktyabr ayından Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatasının Strateji xidmətlər departamentində
çalışır.
2017-ci ilin fevral ayından
Bakı Mühəndislik Universitetində saat hesabı əsaslarla
pedaqoji fəaliyyətə başlayıb və hazırda bank
işi (ingilis dilində) fənnini tədris edir.
Nicat
İBRAHİMOV,
Böyük
Britaniyanın Şeffild Universitetinin məzunu
30 noyabr 1993-cü il
tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Qaradağ
rayonundakı 228 nömrəli tam orta məktəbdə
alıb. 2011-ci ildə həmin məktəbi
bitirərək Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin proseslərin avtomatlaşdırılması
mühəndisliyi ixtisasına qəbul olunub. “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”nın
təqaüdçüsü kimi 2013-2017-ci illərdə
Böyük Britaniyanın Şeffild Universitetində avtomatik
idarəetmə və sistemlər mühəndisliyi
ixtisasında təhsil alaraq magistr dərəcəsinə yiyələnib.
Universitetdə təhsil aldığı
müddətdə departament daxilində təşkil olunan
robototexnika yarışlarında və layihələrdə
iştirak edib. Komanda şəklində və
fərdi olaraq yarı-avtonom, full-avtonom robotların dizaynı
və proqramlaşdırılması, pilotsuz uçuş
aparatlarının idarəetmə sistemi və simulyasiyası
layihələri üzərində işləyib. Bundan əlavə,
Şeffild - Azərbaycan Cəmiyyətinin fəal üzvü
olaraq universitetdə keçirilən müxtəlif tədbirlərlərdə
xarici tələbələrin və akademik heyətin ölkəmiz,
milli bayramlarımız, Xocalı həqiqətləri ilə
yaxından tanış edilməsində
iştirak edib.
2017-ci ildə təhsilini
başa vuraraq vətənə qayıdıb və hazırda
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək
Texnologiyalar Parkında mühəndis vəzifəsində
çalışır.
Elmar MUSTAFAYEV,
İtaliyanın
La Sapienza Universitetinin məzunu
7 dekabr 1987-ci il
tarixində Rusiya Federasiyası Krasnodar vilayətinin
Beloreçensk şəhərində anadan olub. Bakı şəhəri Xətai rayonundakı 25
nömrəli tam orta məktəbi bitirib. 2006-2011-ci
illərdə Qafqaz Universitetində tərcümə (ingilis
dili) ixtisası üzrə bakalavr təhsili alıb. 2013-cü ildə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
İtaliyanın La Sapienza Universitetində “Beynəlxalq əməkdaşlıq
və inkişaf” ixtisası üzrə magistratura proqramına
qəbul olunub. 2015-ci ildə bu ixtisası
fərqlənmə diplomu ilə bitirib. Magistratura
təhsili dönəmində Azərbaycan Respublikasının
İtaliyadakı səfirliyi və Avropa Parlamentində təcrübə
proqramı keçib. 2015-ci ildən La
Sapienza Universitetinin siyasi elmlər fakültəsində Avropa
tarixi ixtisası üzrə doktorantura tələbəsidir.
Doktorantura təhsili müddətində həmçinin
Romanın Geosiyasi Araşdırmalar Mərkəzində də
fəaliyyət göstərib. 2016-cı
ildə doktorantura sahəsində araşdırmalarını
davam etdirmək üçün Bakıya qayıdıb və
elə həmin ildən Xəzər Universitetinin Siyasi elmlər
və beynəlxalq münasibətlər departamentində
müəllim və koordinator kimi çalışır.
Eltac ABBASOV,
Belçikanın
Antverp Menecment Məktəbinin məzunu
1992-ci ildə Bakı şəhərində
anadan olub. İlk təhsilini Xırdalan şəhər 2
nömrəli tam orta məktəbdə alıb. 2009-cu ildə orta məktəbi əla qiymətlərlə
bitirərək Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə
qəbul olub. Bakalavr təhsili illərində
bir sıra elmi konfranslarda, o cümlədən xarici təşkilatların
keçirdiyi tədbirlərdə fəal iştirak edib.
2013-cü ildə bakalavr təhsilini başa
vurub. 2013-2015-ci illərdə ADA
Universitetində “Dövlət maliyyəsi” (İctimai idarəetmə)
ixtisası üzrə magistratura təhsili alıb. Daha
sonra Almaniyanın enerji şirkəti olan “EON SE”-də
(Düsseldorf və Berlin şəhərlərində
) maliyyə üzrə internatura keçib. 2016-cı ildə
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” təqaüdçüsü adına
layiq görülərək Belçikanın Antverp Menecment Məktəbində
maliyə sahəsində yüksək magistr dərəcəsi
üzrə təhsil alıb. Hazırda ADA
Universitetində “Büdcə və maliyə təhlili”
üzrə analitik vəzifəsində
çalışır. CFA Maliyə Proqramı
üzrə namizəddir.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2018.- 26 yanvar.- S.10.