Elmi tədqiqatlar - universitetlərin

əsas nüfuz göstəricisi kimi

 

Yeni reytinq ali məktəblər üçün aktual vəzifələri müəyyən edib

 

Müasir dövrdə elmi-tədqiqatçılıq dünya reytinqlərində layiqli yer tutmağa çalışan universitetlər üçün həyati əhəmiyyət kəsb etməkdədir.  Elmi tədqiqatçılıq fəaliyyəti bir çox hallarda universitetlərin əsas  akademik nüfuz göstəricisi kimi çıxış edir. Buna görə hazırda ali məktəblərin  elmi tədqiqatlar sahəsində fəaliyyətinin, eləcə bu sahədə beynəlxalq əməkdaşlıq aspektinin   gücləndirilməsinə ciddi diqqət yönəldilməlidir.  Dünyanın aparıcı reytinq agentliklərinin son illərdə apardığı, ali məktəblərin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunmuş tədqiqatlarda da elmi-tədqiqatçılıq faktoruna xüsusi diqqət  yönəltməsi  təsadüfi deyil. 

Böyük BritaniyanınQuacquarelli Symonds” (QS)  şirkətinin dünyanın ən nüfuzlu ali məktəblərinin növbəti  reytinq siyahısında da bu amil ciddi surətdə nəzərə alınıb.  Məhz  tədqiqat sahəsinə daha çox önəm verən universitetlər reytinqin ön sıralarında yerləşiblər. Dünyanın ən yaxşı 20 min universitetini araşdıran şirkət siyahıya yalnız 1000 top universiteti daxil edib.     Reytinqin dünya lideri - ABŞ-ın Massaçusets Texnologiya İnstitutudur. Bu ali məktəb artıq 7-ci ildir ki, ardıcıl olaraq qlobal reytinqə  başçılıq edir. Stenford  (2-ci yer) Harvard (3-cü yer),  həmçinin Kaliforniya Texnologiya universitetləri (4-cü yer) öz mövqelərini qoruyublar.  Birinci 5-liyə həmçinin Britaniyanın ən yaxşı ali məktəbi kimi Oksford Universiteti (5-ci yer) daxil olub. Daha sonra sıralamada Kembric Universiteti (6), İsveçrənin Sürix Federal Texnologiya İnstitutu (7), London İmperial Kolleci (8), Çikaqo  Universiteti (9), London Universitet Kolleci (10)  yer tutublar.  Oksford Universiteti sıralamaya əsasən Avropanın ən yaxşı  ali məktəbləri arasında liderdir.   Reytinqdə yüksək yerimiz bizim ümumi səylərimizin, bütün müəllimlərimizin tədqiqatçıların əməkdaşlığının nəticəsidir,  - deyə Oksford Universitetinin prorektoru  Luiza Riçardson bildirib.  “Biz xüsusilə qürurluyuq ki, Avropada birinci yeri tutmuşuq  çox ümid edirik ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra  da bu mövqeyi saxlaya biləcəyik”.

M.V.Lomonosov  adına Moskva Dövlət Universiteti QS-in versiyasına görə dünyanın ən yaxşı universitetlərinin top-100-lüyündə yer ala bilib. Sıralamada 90-cı yerdə qərarlaşmış MDU Rusiya ali məktəbləri arasında ən yüksək reytinqli  universitetdir.   Sankt-Peterburq Dövlət Universiteti 235-ci, Novosibirsk Dövlət Universiteti  244-cü, Tomsk Dövlət Universiteti isə  277-ci sıradadır.  Daha sonra N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti  (299) Moskva Fiziki-Texniki İnstitutu (312)  yerləşiblər.  Bütövlükdə siyahıya 27 Rusiya universiteti daxil olub.

QS-in  tədqiqatına əsasən,  dünyanın ən yaxşı 100 universitetindən 33-ü ABŞ-ın payına düşür.  İngiltərə 18 universitetlə ikinci sıradadır. İlk 100-lükdə Asiya qitəsini 23 ali məktəb təmsil edir.  Onların arasında əsasən Sinqapur, Çin, Yaponiya Cənubi Koreya  universitetləri üstünlük təşkil edir.

Dünyanın ilk 400 ən yaxşı ali məktəbi sırasında Türkiyədən heç bir universitet təmsil olunmur. Türkiyədən ilk 500-lüyə  girə bilən yalnız 2 universitet var: Koç Universiteti (448-ci yer) Bilkənt Universiteti (456-cı yer). Daha 4 ali məktəb  isə 500-700 - sıralamada yer ala bilib:  Sabancı Universiteti (501-510),  ODTÜ (551-560),  Boğaziçi Universiteti (571-480), İstanbul Texnik Universiteti (651-700).  Tədqiqatın nəticələrinə əsasən Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+1000-ci  yerdə qərarlaşıb.  Reytinqin tərtib olunmasında  akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, ali məktəbin işəgötürənlər arasında reputasiyası, elmi məqalələrdən sitat gətirilmə indeksi, həmçinin xarici müəllim tələbələrin sayı nəzərə alınır.  

Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/world-university-rankings/2019 səhifəsindən tanış olmaq olar.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2019.- 5 aprel.- S.16.