İstedadlar
ünvanı
4 nömrəli
Uşaq-Gənclər İnkişaf Mərkəzinin
yetirmələrinin uğurları sərhəd tanımır
Paytaxtdakı 4
nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində yeniyetmə və gənclərin
asudə vaxtlarının səmərəli təşkil olunması üçün
hər cür şərait
yaradılıb. Burada istedadlı uşaqlar çoxdur və onlar daim bir-birləri ilə yaradıcılıq rəqabəti
aparırlar. Təcrübəli müəllimlər yüksək intellektə sahib olanlara, seçdikləri peşələrə daha çox həvəs və maraq
göstərənlərə diqqət yetirir,
onların müxtəlif peşələrin mahir
biliciləri olmalarına səylə
çalışırlar. Olduqca diqqətəlayiq olan bu sahədə təlim-tərbiyə
ocağının qazandığı uğurlarla
yaxından tanış olmaq və
haqqında məqalə hazırlamaq məqsədilə mən də barəsində çox
eşitdiyim həmin mərkəzə yollandım. Orada
ilk tanış olduğum
da elə bədii yaradıcılıq
şöbəsinin müdiri Nargilə Fərzəliyeva oldu.
17 adda dərnək
Şöbə müdiri mərkəzin fəaliyyəti ilə bizi məlumatlandırdı. Söylədi ki, Uşaq-Gənclər İnkişaf Mərkəzində 17 adda dərnək fəaliyyət göstərir. “Məktəb teatrı”, “Təsviri incəsənət studiyası”, “Uşaq xalq rəqsləri”, “Nağaraçalanlar”, “Aplikasiya və dekorativ rəsm”, “Musiqisevərlər”, “Kukla teatrı”, “Texniki estetika”, “İnformatika”, “Kağız əl işləri”, “Bədii qiraət”, “Ədəbi diyarşünaslıq”, “Bədii tikmə”, “Makrame”, “Dan ulduzu” və sair dərnəklərdə məşğul olan yetirmələrlə təcrübəli, savadlı, öz işinin mahir biliciləri olan mütəxəssislər çalışırlar.
Gələcək
həyatları üçün stimul
Dərnək üzvləri tez-tez dövlət tədbirlərində, beynəlxalq müsabiqə və festivallarda uğurlu çıxışları ilə hamımıza hədsiz sevinc bəxş edir, kollektivə başucalığı qazandırırlar. Bu tipli yarışmalar onların yaradıcılıq potensiallarının artmasına da xidmət edir, seçdikləri peşələrə həvəs və məhəbbətlərini artırır. Qazanılan hər uğursa yeniyetmələrin gələcək həyatlarına bir stimul olur, onlar seçdikləri peşələrin cəmiyyət üçün nə qədər faydalı olduğunu dərk edirlər və özlərini cəmiyyət üçün yararlı şəxsiyyət saymağa başlayırlar.
Vaxtlarından səmərəli
istifadə edirlər
Nəticədə mərkəz də qarşısına qoyduğu məqsədə nail olur. Yəni, uşaq və yeniyetmələr bu ocaqda həm əmək vərdişlərinə yiyələnir, həm də müxtəlif sahələrin kiçik mütəxəssislərinə çevrilə bilirlər. Uşaqlar eyni zamanda asudə vaxtlarından səmərəli istifadə etmək bacarığına da burada malik olurlar.
Sərgilər böyük maraq doğurur
Mərkəzdə
müxtəlif vaxtlarda “Aplikasiya və dekorativ rəsm”
dərnəyinin və “Təsviri incəsənət
studiyası” üzvlərinin əl
işlərindən ibarət sərgilər təşkil olunur. Bu sərgilərdə
sərgilənən əl işlərinə verilən dəyər
və qiymətlər
onların ruh
yüksəkliyini birə-beş
artırır. Əslində bu sərgilər
vasitəsilə onların bilik və bacarıqları, istedadları imtahan olunur və sonda aldıqları qiymətlər
yaradıcılığa həvəslərini artırır. Açığını deyim ki, uşaqların əl
işlərindən ibarət sərgilərimiz həmişə
böyük maraqla
qarşılanır. “Mən və mənim hüquqlarım”,
“Fövqəladə hallar uşaqların gözü ilə” adlı rəsm sərgisində
isə uşaqların əl işləri xüsusi diplomlara layiq görülüb. Sofiya Məmmədovanın,
Nəzrin İsayevanın, Rəna Şikarovanın, Turan Novruzovun, Banu Ədilzadənin,
Fərid Mirzəmətovun, Ellina
Mustafayevanın, İsmayıl Bayramlının və Polina
Yefremovanın sərgilərdə nümayiş
olunan yaradıcılıq nümunələri seyr edənləri
heyran qoyur.
Təcrübəli dərnək rəhbərləri
Şübhəsiz, bu nailiyyətlər asanlıqla əldə
olunmur. Təcrübəli dərnək
rəhbərlərinin uşaqların üzərindəki zəhmətin,
gərgin əməyin bəhrəsidir bu uğurlar. Yetirmələri dərnək
rəhbərləri Səadət İsgəndərovadan,
Gülşən Əliyevadan, Yeganə Alxasovadan, Gülmirə
Kərimovadan, Törə Məmmədovadan, Gülzar
Qurbanovadan, Mahirə
Hüseynovadan, Vüsalə Mirzəyevadan, Məhsəti Məmmədovadan,
Zaur Dadaşovdan, Təranə Səfquliyevadan, Səmra
Muxtarlıdan əxz etdikləri
bilik və bacarıqları öz əl işlərində məharətlə
tətbiq edərək həm
sevimli müəllimlərinə,
həm də mərkəzə
şərəf qazandırırlar.
Beynəlxalq müsabiqələrdə
qalib oluruq
Söhbətimizə
“Dan ulduzu” rəqs dərnəyinin
üzvlərindən olan
Nigar Quliyeva da qoşulur. - Mərkəzdə “Dan ulduzu” rəqs qrupunun üzvüyəm. - Qrupumuzun 60-dan
artıq üzvü var. Dövlət tədbirlərində,
telekanallarda beynəlxalq festivallarda və müsabiqələrdə
mütəmadi olaraq çıxış edirik. Milli rəqslərimizlə bərabər
dünya xalqlarının milli rəqslərini də öyrənirik.
Rəqs bir əyləncə deyil, incəsənətin ən
zərif və yüksək həssaslıq
tələb edən növlərindən biridir.
Bakı
Xoreoqrafiya Akademiyasının məzunu
olan, “Dan ulduzu” rəqs qrupumuzun
rəhbəri Fəridə Qasımova və uşaq xalq rəqsləri dərnəyinin
rəhbəri Aygün Xəlilli
milli və dünya
xalqlarının rəqslərini dərnək üzvlərinə
böyük həvəslə öyrədir. 2017-ci ildə TRT tərəfindən Nevşehirdə
keçirilən Uluslararası 23 Nisan Çocuk bayramında “Dan ulduzu”rəqs
qrupumuz Qala gecəsində
iştirak etdi. Tədbirdən sonra
Nevşehir Bələdiyyə başqanı və TRT rəhbərliyi
ilə “Dan ulduzu” rəqs qrupunun görüşü də baş tutdu. Biz orada xatirə şəkli də çəkdirdik. Həmin il
rəqs qrupumuzun Pendik
Kaymakamlığında
İlhan Ünsal ilə görüşü oldu.
“Dan
ulduzu” Türkiyədə
Fəridə Qasımova, “Dan ulduzu” rəqs qrupunun rəhbəri: Türkiyədə Novruz bayramı və TRT AVAZ telekanalının fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan tədbir keçirilirdi. Tədbirdə Mərkəzin “Dan ulduzu” rəqs ansamblının canlı yayımda təqdim etdiyi xalq rəqsləri tamaşaçılarda xoş ovqat yaratdı. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və TRT-nin birgə dəstəyi ilə keçirilən mərasimdə isə mərkəzin “Odlar yurdu” və “Qaval” adlı rəqs qrupları Azərbaycanın milli rəqslərini məharətlə nümayiş etdirdi. Məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirərək tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında bilgilərini yaşıdları ilə bölüşdülər.
“Alov
rəqsi” alqışlarla
qarşılandı
Sonra Niğdə bələdiyyəsində rəqs qrupunun üzvləri ilə görüş keçirildi. Görüş iştirakçıları Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından məmnun qaldıqlarını söylədilər. Məktəblilər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında oldular. Tədbirdə uğurla cıxış etdik. “Alov rəqsi”miz alqışlarla qarşılandı. Sonda hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirdik.
Rəngarəng rəqs
nümunələri nümayiş etdirdik
Aydan
Məmmədli: 2018-ci ilin aprelində İstanbulda keçirilən musiqi
festivalına mən də qatılmışdım. “Dan ulduzu”
uşaq rəqs qrupunun ifası maraqla qarşılandı.
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü
münasibətilə keçirilən bayramda 12 ölkədən
uşaqlar iştirak edirdilər. Biz
Azərbaycanı təmsil edirdik. Rəngarəng rəqs nümunələri
nümayiş etdirdik.
Onlar çox qonaqpərvər idi
Şəhla
Quliyeva, Nəzrin Fərzəliyeva: İstanbulda 10 gün türk ailəsində
qaldıq. Onlar çox
mehriban, qonaqpərvər idilər.
Bizə sayğı ilə yanaşırdılar. Onların
oxuduqları məktəbə
getdik. Şəhərin park və xiyabanları ilə
tanış olduq. Biz onlardan ayrılanda məyus oldular. Ancaq
söz verdik ki, yenə
görüşəcəyik. Dostlarımızla tez-tez zəngləşir, hal-əhval
tuturuq.
Qürur hissi keçiririk
Xədicə
Qasımova, Fidan Zamanova: Qürur hissi
keçiririk ki, martın
19-da Bakıda Azərbaycan xalqının milli bayramı-Novruz şənliyi
keçirildi. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı
Mehriban Əliyeva “Dan ulduzu”
rəqs qrupunun üzvləri
ilə xatırə şəkli çəkdirdilər.
Əlbəttə ki, bu hadisə heç vaxt yaddaşımızdan
silinməyəcək...
Sonda “Dan ulduzu” rəqs qrupunun rəhbəri
Fəridə Qasımova 23 Nisan Çocuk bayramına
hazırlaşırıq, - dedi. Hazırda məşqlər
gedir. İnanıram ki, rəqs qrupumuz uğurla
çıxış edəcək...
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2019.-
5 aprel.- S.14.