Asəf Zeynallı irsini yaşadanlar
Musiqi Kollecində yubiley
tədbiri
Azərbaycanın ilk ali təhsilli
professional bəstəkarı, ölkəmizdə uşaqdan-böyüyə
hər kəsə tanış olan və hamı tərəfindən sevilən
məşhur “Ölkəm”
romansının musiqi
müəllifi Asəf
Zeynallının anadan
olmasının 110 illiyi
tamam olur. Bu münasıbətlə bəstəkarın vaxtilə
özünün təhsil
aldığı və
sonralar uzun müddət onun adını daşıyan
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecində silsilə tədbirlər keçirilir. Təhsil
müəssisəsində növbəti
belə tədbir aprelin 5-də-bəstəkarın doğum günündə
təşkil olunub. Yubiley konsert proqramında Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, “Dərbənd” xeyriyyə cəmiyyətinin cədri
Nurulla Əliyev, A.Zeynallının
qohumları,
kollecin müəllim
və tələbələri,
KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi,
professor Nazim Kazımov
qonaqları salamlayaraq mütəmadi yubiley tədbirləri və gigər maraqlı bədii-musiqili poqramlar düzənlənən müəssisələrində növbəti yaddaqalan bir gün yaşandığını
bildirib və yubiliyarın həyat və yaradılığından
qısa söz açıb. Professor N.Kazımov
cəmi 23 il ömür sürmüş
Asəf Zeynallının
Azərbaycan klassik musiqisinin inkişafında
mühüm xidmətləri
olduğunu, musiqimizdə
bir sıra ilklərə imza atdığını, özündən
sonra zəngin bir irs qoyub
getdiyini diqqətə
çatdırıb.
Mərkəzləşmiş kitabxana sisteminin əməkdaşı İradə
Hüseynova çıxış
edərək Asəf Zeynallı irsinin qorunub saxlanması, gələcək nəsillərə
çatdırılması yönündə görülən
işlərdən, təmsil
etdiyi qurumda yubileylə bağlı keçirilən tədbirlərdən
bəhs ediub.
Sonra yubiley tədbiri kollecin müxtəlif
kurslarında təhsil
alan istedadlı tələbələrin təqdim
etdiyi konsert proqramı ilə davam edib. İştirakçılarda xoş ovqat
yaradan konsertdə tələbələr Asəf
Zeynallının əsərlərini
və bəstəkarın
özünün də
çox sevdiyi, bölgələrimizə gedərək
toplayıb nota aldığı
xalq mahnılarını
ifa ediblər.
Konsertdən sonra çıxış
edən Asəf Zeynallının qardaşı
oğlu Tamerlan Zeynalov bəstəkarın
xatirəsini əziz tutduqlarına, irsini yaşatdıqlarıma görə
Musiqi Kollecinin rəhbərliyinə, müəllim-tələbə
heyətinə minnətdarlıq
edib, əmisi ilə bağlı atasından eşitdiyi bəzi xatirələri paylaşıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-
2019.- 19 aprel.- S.14.