Riyaziyyat sinifdənxaric və

məktəbdənkənar tədbirlərdə

 

Şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında mühüm amil

 

Riyaziyyat elə bir elmdir ki,  hər bir insan gündəlik həyatda, əməli fəaliyyətdə onunla qarşılaşır. Müasir texniki  tərəqqi dövründə ixtisas sahələrinin çoxu riyaziyyatla bağlıdır. Odur ki, həm ölkəmizin, həm də inkişaf etmiş dövlətlərin təhsil sistemində riyaziyyatın öyrənilməsinə xüsusi diqqət yetirilir. O, zehni inkişafı, məntiqi   təfəkkürü formalaşdıran bir vasitədir.

Yeni kurikulum üzrə təhsil sistemi demokratik, humanist dəyərlərə əsaslanaraq, məktəb və müəllimlərin qarşısında hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək vəzifəsini qoymuşdur. Məncə,  bu sahədə riyaziyyat fənninin imkanları daha böyükdür, çünki o, bütün fənlərlə inteqrasiya oluna bilir.

Şagirdlərlə əməkdaşlıq çərçivəsində yeni təlim üsullarından və interaktiv metodlardan istifadə, İKT bacarığının tətbiqi, qrup işlərinin təşkili, müxtəlif təcrübələr, videoçarxlar, layihələrin təqdimatı- bütün bu vasitələr şagirdin yaradıcılıq qabiliyyətini və fənnə marağını artırır, müstəqil və  məntiqi mühakimə yürütmə bacarığını inkişaf  etdirir. Lakin gəlin etiraf edək ki, yalnız dərs prosesində müasir dövrün tələblərinə uyğun, yaradıcı, müstəqil, sərbəst fikirli, təşkilatçılıq qabiliyyətinə malik məktəblilər yetişdirmək çətindir.

Öz təcrübəmdən deyə bilərəm ki, şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin rolu və əhəmiyyəti daha böyükdür.

Sinifdənxaric - şagirdlərin marağına uyğun dərsdənkənar tədbir olub, könüllülük prinsipinə əsaslanır və məktəb işinin mühim tərkib hissəsidir. O, həm elmi, həm məqsədəmüvafiq, həm də  əyləncəli olmalıdır. Bu riyaziyyat dərslərinin köməkçi forması olub, şagirdlərin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil edilməsinə, yaradıcılıq qabiliyyətinin, məntiqi təfəkkürünün inkişafına, proqram materialının dərindən mənimsənilməsinə şərait yaradır, məktəbliləri müstəqil bilik qazanmağa, sərbəst fikir söyləməyə, təşkilatçı, lider olmağa hazırlayır.

Bu müxtəlif tərkibdə və formada ola bilər: riyaziyyat saatı (həftəsi, aylığı), ekskursiyalar, viktorina yarışması, breyn - rinqlər, məktəb olimpiadası, şagird elmi cəmiyyətinin işi, riyaziyyat dərnəyinin işis. Bu tədris ili boyunca planlaşdırılır və təsdiq olunur.

Riyaziyyatdan sinifdənxaric işdə  fənlərarası inteqrasiyaya mühüm diqqət verilir ki, bu da şagirdlərin peşə seçimi və fənnin həyatda rolu baxımından çox vacibdir.

Sinifdənxaric qrup halında və ya kütləvi aparıla bilər. Qrup halında olan işlərə divar qəzetinin buraxılması, fənn kabinetinin tərtibi, mühazirə işi, sxemlərin, didaktik materialların, müxtəlif həndəsi fiqurların modellərinin düzəldilməsi və s. daxildir.

Məktəbdənkənar işlər şagirdləri daha məsul işlərə cəlb etmək, cəmiyyətə layiqli vətəndaşlar kimi yetişdirmək vəzifəsini daşıyır. Belə ki, onlar digər məktəblərin tədbirlərində və şəhər üzrə fənn olimpiadasında, rayonlararası müsabiqələrdə, breyn- rinqlərdə  iştirak edirlər, maraqlı ekskursiyalara cəlb olunurlar. Bütün bu tədbirlər şagirdlərin özlərinə inamını və bacarığını gücləndirir, lider olmaq arzusunu gerçəkləşdirir, gələcək müstəqil həyata stimul verir.

Müxtəlif televiziya yarışmalarında iştirak etmək, turnirlərə qatılmaq da  məktəbdənkənar işə aiddir.

Məktəbdə fənn üzrə hər hansı tədbirin keçirilməsi üçün təşkilat komitəsi yaradılmalı, tədbirin planı hazırlanmalı və elan edilməli, ibtidai, orta və yuxarı siniflərdə sinif saatları, nümunəvi dərslər, ekskursiyalar, viktorinalar, bilik yarışları, məntiq saatı və başqa tədbirlər keçirilməlidir.

Maraqlı sinifdənxaric formalarından biri riyaziyyat həftəsidir. Bu formasından məktəbimizdə tez-tez istifadə olunur.  Hər bir işin nəticəsi onun təşkilindən və hazırlıq dərəcəsindən asılıdır. Ona görə də riyaziyyat tədbirlərinin təşkilinə xüsusi hazırlıq görülür, əvvəllər siniflərdə anket sorğuları vasitəsilə şagirdlərin fənnə maraq dərəcəsi müəyyənləşdirilir.

Sorğu üçün aşağıdakı suallar təqdim olunur:

a )      Valideyinlərinin  riyaziyyata münasibəti necədir?

b)      Ev tapşırığına qədər vaxt sərf edirsən? Sərbəst həll edirsən, yoxsa köməklə?

c)       Riyaziyyata marağın var, yoxsa həvəssiz məşğul olursan?

ç)       Səncə, riyaziyyatın hansı digər fənlərlə əlaqəsi var?

d)      Hansı klassik riyaziyyatçıları tanıyırsan? Azərbaycan alimlərindən kimlərin adı sənə məlumdur?

e)       Riyaziyyat həyatımızın hansı sahələrində lazımlıdır?

ə)       Bugünkü riyaziyyat dərsi səni qane edirmi? Riyaziyyat müəl

limini necə görmək istərdin?

Belə bu sorğu şagirdlərin fənnə maraq dərəcəsini göstərir onları tədqiqata yönəldir.  Bu mərhələdən sonra fənn müəllimlərinə tapşırıq verilir ki, hər bir sinif riyaziyyat bülleteni, riyaziyyat guşəsi həftənin riyazi emblemlərini hazırlasın, şagirdlərin hazırladığı həndəsi fiqurlar foyedə nümayiş etdirilsin. Riyaziyyat bülletenlərinin başlıqları məzmunu hər bir sinfin fənn üzrə mövzu dairəsinə uyğun seçilir bu işdə şagirdlər əsas rol oynayır.

Şagirdlər internet vasitəsilə  Riyaziyyatın tarixi”,  Riyaziyyat riyaziyyatçılar” ,  Azərbaycanın görkəmli riyaziyyatçıları”, “Riyaziyyat məntiq”, “Riyaziyyat informatika”, “Riyaziyyat şahmat”, “Riyaziyyat   musiqi”, “Riyaziyyat kainatmövzuları üzrə araşdırmalar aparır referatlar hazırlayırlar.

 Riyaziyyat həftəsi”nin planı foyedə asılır həftənin tədbirləri bazar ertəsindən bazar gününədək davam edir. Bu günləraçıq qapıgünü elan olunur  hər bir sinifdə  müxtəlif formada riyaziyyat saatları, nümunəvi dərslər, viktorinalar, “riyaziyyatın tarixilayihə işiməntiq saatı”, “əyləncəli riyaziyyat”, “gəlin yarışaqməzmunlu tədbirlər keçirilir. Riyaziyyatın tarixini riyaziyyatçı alimlərin həyat yaradıcılığını öyrənmək şagirdlər üçün çox vacib maraqlıdır. Məsələn, məşhur Pifaqor teoreminin 100-dən çox isbatının olması şagirdlərdə böyük təəccüb doğurur onlar dərk edirlər ki, məktəbdə keçilən hər bir teoremin, düsturun üzərində alimlər uzun müddət çalışmış zəhmət çəkmişlər. Sinifdənxaric zamanı şagirdlər Azərbaycanın görkəmli alimləri haqqında da referatlar hazırlayır təqdim edirlər. Məsələn, məktəbimizdə XIII əsrdə yaşayıb - yaratmış ensiklopedik biliyə malik olan azərbaycanlı alim Nəsirəddin Tusi haqqında araşdırılan məlumatlarTusi çırağıtədbirində şagirdlər tərəfindən təqdim edilir. Tusinin elmi irsi, xidmətləri haqqında məruzələr edilmiş onun rəhbərlik etdiyi Marağa rəsədxanasının dünya mədəniyyəti xəzinəsinə verdiyi töhfələr hamının böyük marağına səbəb olmuşdur. Qeyd olunmuşdur ki, riyaziyyat dərsliyindəki bir çox teoremlər Şərq alimlərinin məhsuludur. Şagirdlər həmçinin Əbu Reyhan Biruni, Ömər Xəyyam haqqında, müasir dövrün alimləri barəsində internetdən maraqlı faktları əldə edib, təqdim edirlər. Bütün bunlar riyaziyyat elmini daha dərindən maraqla öyrənməyə stimul verir.

Riyaziyyat həftəsinə şənbə günü yekun vurulur bu məqsədlə məktəbin akt zalında riyazi bülletenlərin, divar qəzetlərinin, riyaziyyat saatlarının müsabiqəsinin nəticələri elan olunur, qaliblərə xatirə hədiyyələri verilir. Sonra yuxarı sinif şagirdlərinin iştirakı iləHəndəsi qurultaykeçirilir. Şagirdlər həndəsi fiqurların rolunu oynayaraq, əyləncəli şəkildə şeirlə bədii bir tamaşa nümayiş etdirirlər. Hər bir fiqur özünün vacibliyini təsdiq edir.

Ümumiyyətlə, rollu oyunlar müasir təlim sistemində ən gözəl üsullardan biridir. Şagirdlərin bütün qabiliyyətləri burda üzə çıxır. Bəzən dərsdə tənbəl hesab etdiyimiz şagird həvəslə rol  alır çox gözəl ifa edir. Riyazi səhnəciklərdə uşaqların iştirakı onların dünyagörüşünü, fənnə olan marağını, nitq qabiliyyətini, sərbəstliyini inkişaf etdirir gələcəkdə peşə seçiminə istiqamət verir.

İstər sinifdənxaric, istərsə məktəbdənkənar tədbirlərin bir mühim vəzifəsi şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara milli dəyərlərimizi öyrənməyi qorumağı aşılamaqdır. Məktəbimizdə Vətənimiz, milli qəhrəmanlarımız  haqqında daim disputlar, məktəbimizin məzunları olan şəhidlərin ailələri ilə görüşlər keçirilir.

Sevindirici haldır ki, 100 ildən çox tarixi olan məktəbimizdə vaxtilə Üzeyir Hacıbəyli  rus dili, musiqi, hətta riyaziyyat fənlərindən dərs demişdir. OnunHesab məsələlərikitabı  o dövrdə məktəblərdə dərslik kimi istifadə edilmişdir. Biz müəllimlər şagirdlər onu həmişə böyük məhəbbətlə yad edirik bütün tədbirlərimizdə dahi Üzeyir bəyin  təntənəliUvertüra”sını səsləndiririk. Ümumiyyətlə, xalqımızın ziyalıları, alimləri musiqi xadimlərinin hər birinin həyatı maraqlı bir sinifdənxaric tədbir üçün mövzu ola bilər.

Bütün bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, sinifdənxaric işlər məktəbdənkənar tədbirlər tam orta təhsilin tərkib hissəsi olub, fənlərin daha dərindən məzmunlu öyrənilməsinə, şagirdlərin dünyagörüşünün yaradıcı qabiliyyətlərinin inkişafına xidmət edən fəaliyyət növləridir.

 

Almaz NOVRUZOVA,

Bakıdakı 51 nömrəli məktəbin riyaziyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2019.- 1 fevral.- S.8.