Bir ailədə iki
istedad
Mirismayıl
İsmayılov: "Bacım arzularını ifa ilə təqdim
edir, mən isə rəsm əsərimlə"
Ata-ana üçün bundan böyük
sevinc nə ola bilər?! Təsəvvür edin ki, bir ailədə iki istedad
yetişir. Və
onlar bacı-qardaşdırlar. Ağlı, zəkası, davranışı,
nizam-intizamı, əxlaqı ilə seçilən bu yeniyetmələr təhsil aldıqları məktəbin də fəxri sayılırlar. İlk görüşdə onlar mənə çox
xoş təsir bağışladılar və
tezcə də doğmalaşdıq. Olduqca səmimi, həlim xarakterli
qeyri-adi istedad sahibləri
ilə söhbətimiz də ürəkaçan idi.
... Öncə özlərini təqdim
etdilər: Dünya
İsmayılova və
Mirismayıl İsmayılov.
Söhbətimiz təsəvvür etdiyimdən də
maraqlı keçdi, çünki bu yeniyetmə
bacı-qardaşlar, sözün tam mənasında, istedad
sahibi idilər. Onlarla
həmsöhbət olmaq, fikir mübadiləsi
aparmaq həm xoşdur, həm də
çox rahat. Tərcümeyi-hallarını
dinləmək özü bir ruhi rahatlıq bəxş edirdi insana. Dünya özü haqqında məlumat verərkən ani olaraq gülümsədi və
dedi:
Arzularım tükənməzdir
Düz deyirmişlər ki, arzular sonsuz olur. Mənim də arzularım tükənməzdir. Ən böyük
arzum musiqimizi dünya arenasında
tanıtdırmaqdır. Bunun üçün də səylə
çalışıram. İdmanı da çox sevirəm. Uşaqlıqdan gimnastika ilə məşğul
oluram. Dünya
rəqslərini və milli rəqsləri həvəslə ifa edirəm.
İbtidai sinfi əla qiymətlərlə
bitirmişəm
Bəlkə
də bu özü bir xoşbəxtlikdir ki, biz paytaxtda təhsil
almışıq, necə deyərlər,
arzularımızın reallaşdığı məkanda. Mən 2007-ci ildə Bakıda anadan olmuşam.
Hazırda Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının VI sinfində Natəvan Həsənovadan kanon təhsili alıram. İbtidai sinfi əla qiymətlərlə
bitirmişəm. İbtidai sinifdə dəfələrlə
yoldaşlarımdan fərqləndiyimə görə fəxri fərmanlar qazanmışam.
Bu alətin sehrində
Kiçik
yaşlarımdan
televiziya kanallarında
musiqi verilişlərini
izləyirdim. Xüsusən
də kanon alətini
görəndə
gözlərimi ondan çəkmirdim. Bu alətin sehrli səsi
sümüyümə işləyirdi, qeyri- adi hisslər
keçirirdim. Sonralar
valideynlərim mənə
bu musiqi alətini də aldılar. Elə sevinirdim ki! Ötən bu illər ərzində
mən dəfələrlə beynəlxalq müsabiqələr
qalibi olmuşam.
O, xoşbəxtlərdən biri də
elə özüməm
Uğurlarım günü-gündən
artır. Valideynlərim da mənim nailiyyətlərimə
çox sevinirlər. Demək
olar ki, hər gün
dünya bəstəkarlarının əsərlərini dinləyirəm və musiqinin dərin sirlərinə yiyələnirəm. Mən ümumiyyətlə,
dünya klassiklərinin melodiyalarını dinləməyi bir xoşbəxtlik sanıram
və düşünürəm
ki, o xoşbəxtlərdən biri də elə özüməm.
Saatlarla dinləməkdən doymuram onları.
Bu əsərlər
insanı ecazkar aləmlə qovuşdurur.
Onlar mənə kömək edirlər
... Bütün fəsilləri xoşlayıram, amma yay fəslini
daha çox. Çünki tətil günlərində öz üzərimdə
çalışmağa vaxt daha çox olur. Mən kanonda ifa edəndə anam da, nənəm də dinləyirlər,
bəzən xalalarım da. Onlar
da pianoda
çalmağı bacardıqlarına görə iradlarını və məsləhətlərini əsirgəmirlər.
Necə deyərlər,
mənə evdə müəllimlik edirlər və bu, mənə çox kömək
edir.
Nənəmi mən arzusuna
qovuşdurdum
Qeyd edim ki, nənəmin adı da Dünyadır. Hər gün əsər
ifa edərkən ilk öncə sevimli nənəm qulaq asır və dəyərləndirir.
Bilirsiniz nənəmi
nə qədər çox sevirəm?! Adı
kimi dünyalar qədər əzizdir mənə. O, çox istəyirdi
ki, nəvələrindən biri kanon alətində ifa etməyi
bacarsın. Arzusuna qovuşdurduğum üçün o, məni çox istəyir.
I yeri
tutdum
...Rəşid Behbudov
adına Dövlət Mahnı
teatrında “Ümid-2019” beynəlxalq incəsənət müsabiqəsi keçirilirdi. Konsertdə
iştirak edərkən zalda gözlərim nənəmə dikildi. Baxışlarımla
hər şeyin yaxşı olacağını işarə
edirdim. Yaxşı hazırlaşdığıma görə bilirdim
ki, uğur qazanacağam. Belə də oldu.
Sanki nənəmin
xeyir-duaları nəticəsində
kanon üzrə I, fortepiano üzrə III
yeri tutdum. İlk
öncə nənəm məni təbrik etdi. Sənin uğurların məni
göylərə qanadlandırır,-
dedi. Mənimlə məşğul
olan fortepiano müəllimim Svetlana Əhmədovaya da
qazandığım uğurlara görə minnətdarlıq edirəm.
Özümə güvənirəm
Dəfələrlə
musiqi yarışmalarında I yerə layiq görülmüşəm.
Yaddaşım
çox güclüdür, özümə güvənirəm.
Bir dəfə əsərə
baxmaqla notları yadımda saxlayıram. “Gənclərə dəstək” layihəsi çərçivəsində
Kamera və Orqan zalında dəfələrlə
çıxış etmişəm. Yeri gəlmişkən deyim ki, gimnaziyada kanon
ifaçılarından ibarət ansambl fəaliyyət
göstərir. Ansamblın fəal üzvlərindən biri də mənəm.
Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar
üzrə II qrant müsabiqəsinin qalibi olmuş
gimnaziyanın layihə
üzvlərinin tərkibində Qəbələ şəhərində I nömrəli məktəbdə keçirilən
tədbirdə mən və qardaşım İsmayıl
da iştirak edirdik.
Birinci nənəmə zəng etdim
Uğurlarm
lap çox olub. 2018-ci ildə CASPİ ART Uluslararası sanat
yarışmasına qatıldım. Kanon aləti üzrə
keçirilən yarışmada I yeri qazandım və diploma layiq
görüldüm. Həmin gün sevincimin hədd-hüdudu yox
idi. Birinci nənəmə zəng etdim və sevincimi onunla bölüşdüm. Çox kövrəlmişdi.
“Payız əfsanələri” beynəlxalq incəsənət
müsabiqəsində isə
laureat adını qazandım. Kanon müəllimim Natəvan
xanım da mənim uğurlu ifama görə çox
sevindi.
Konservatoriyanın tələbəsi
olmağı arzulayıram
Çalışıram gələcəkdə
müəllimim kimi sənət bilicisi olum. Onda özümü dünyanın ən xoşbəxt
adamı sanaram. Bu, hələ ki, arzu olsa da onu gələcəkdə
reallaşdıracağıma söz vermişəm. Milli
Konservatoriyanın tələbəsi olmağı
arzulayıram. Hazırda isə
Moskvada və Türkiyədə keçiriləcək beynəlxalq musiqi yarışmalarına
qatılmaq üçün öz üzərimdə əzmlə
çalışıram.
Qardaşım da istedadlıdır
Qardaşım
Mirismayıl da
istedadlıdır. O da gimnaziyada VIII sinifdə oxuyur, təsviri və
tətbiqi sənət şöbəsində Esmira
Məmmədəli qızından rəssamlıq sənətinin sirlərini öyrənir. Mirismayıl 5
yaşından rəsmlə məşğul olur. Təbiət
mənzərələrini təsvir etməyi çox
sevir. 100-ə yaxın rəsm əsərləri
var. Evdə bir
otağımız onun
emalatxanasıdır, hara baxırsan onun əsərləridir.
Əsasən qırmızı, yaşıl və
narıncı rənglərə üstünlük verir.
Əlinə fırça alıb nəsə bir rəsm çəkəndə fantaziyasının gücündən
məharətlə istifadə edir.
Mövzü
üzərində
kifayət qədər düşünməyi
bacarır. Çəkdiyi rəsm əsərləri elə bil dil açıb
danışacaq.
Bayaqdan bacısının
danışığına
diqqət kəsilən Mirismayıl da söhbətimizə
qoşuldu və yavaş-yavaş yiyələnməyə
çalışdığı rəssamlıq peşəsinin onun maraq dairəsində necə
göründüyünü təsvir etməyə
başladı. O, danışdıqca qeyri-adi istedad sahibi
olduğu da
açıq-aydın duyulurdu.
Mirismayılın yaratdığı kompozisiyaların əksəriyyəti mövzu etibarı ilə mürəkkəb olur. Bu da onun
dərin fəlsəfi düşüncəyə malik olduğuna bir işarədir. Gündə 5 saat rəsm
çəkməyə vaxt ayırdığı onun da öz
seçdiyi peşəyə ciddi yiyələnəcəyi barədə
ümid verir.
Bacımla mənim təbrikim ən
qiymətli hədiyyə olur
Mirismayılın
söylədiyi bir fikir də ürəyimcə oldu. Dedi ki, qohumların ziyafət
məclislərində, ad günlərində bacım öz təbrikini,
arzularını kanonda səsləndirdiyi ifa ilə təqdim
edir, mən isə rəsm əsərimlə.
Və elə ən qiymətli hədiyyə də
bizim hədiyyələrimiz sayılır. Sanki dünyanı bağışlayırıq
onlara. Eyni zamanda idmanın bütün növlərini də sevirəm. Amma futbolsuz qala bilmirəm. “Vətən”
idman klubunda məşğul
oluram. Bacımla
birlikdə üzgüçülüyə də
gedirik.
Vətənpərvərlik
mövzusunda rəsmlərim çoxdur
... Dəfələrlə televiziya kanallarında dostluq,
vətənpərvərlik və
təbiət mövzularında çəkdiyim rəsmlərim nümayiş olunub. Azərbaycan rəssamlarından
- Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun əsərlərinə həmişə diqqət yetirirəm. 2013-cü ilin
mayında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil
məktəbləri və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil
Azərbaycan” mövzusunda keçirilən respublika rəsm
müsabiqəsində II yeri tutdum və diploma layiq görüldüm. “Payız
düşüncələri-2016”, “Mənim düşüncələrim-2017”
adlı uşaq rəsm müsabiqələrində fəal
iştirakıma görə
diplomlarla mükafatlandırılmışam. Az.TV
kanalında “ Mən də uşaq
olmuşam” verilişində
iştirak etmişəm.
2017-ci ildə
“Fövqəladə hallar uşaqların
gözü ilə” rəsm yaradıcılıq müsabiqəsində
fəxri fərmana layiq görülmüşəm.
Yunanıstanda keçirilən rəsm müsabiqəsində isə II yeri qazanmışam.
Memar olacağam
Ötən
il CASPİ ART
Uluslararası sanat
yarışmasında təbiət
mövzusunda işlədiyim rəsmlər
bəyənildi və II yerə layiq görüldüm. Ümumiyyətlə, uğurlarım az olmayıb və gələcəkdə də valideynlərimin, müəllimlərimin ümidlərini
doğrultmağa çalışacağam. Bu, mənim də, bacımın
da qarşımıza qoyduğumuz məqsəddir. Gələcəkdə isə memar
olmaq arusu ilə yaşayıram.
... Biri musiqi, biri isə
rəsm sahəsində özünü doğrultmağa can
atan və kifayət qədər uğurlara nail olan yeniyetmə
bacı-qardaşla saatlarla söhbət etmək xoş
olardı. İstedadlarına heyran qaldığım bu yeniyetmələrlə xudahafizləşərkən
onların öz valideynlərinə bəxş etdikləri
sevinc hisslərini bir ana olaraq mən
də yaşadığımı etiraf etdim və xoşbəxt
ailənin üzvlərinə gələcək fəaliyyətlərində uca zirvələri fəth etməyi
arzuladım.
Sifai
SƏFƏROVA
Azərbaycan müəllimi.- 2019.-
8 fevral.- S.16.