İgid ölər, adı qalar

 

Şöhrəti zamana sığmayan qəhrəman

 

Doğma torpağımızı qoruyan, onun hər daşına,  çiçəyinə, otuna, hər damcı suyuna, dərəsinə, təpəsinə, qayasına önəm verən qəhrəmanlar... Canını  Vətən yolunda fəda edən şəhidlər... Qeyrət timsallı babalarımızın bizə əmanət qoyub getdiyi torpaq uğrunda canını tapşıran igidlər... Ana Vətən müqəddəsliyi önündə diz çökən oğullar... Mehdi Hüseynzadə.

Misilsiz qəhrəmanlığını  vəsf etmək üçün söz belə gücsüzdür. Buna  baxmayaraq danışmaq, hayqırmaq, səsimizə Koroğlunun nərəsini, Xəzərin coşqun səsini qataraq qəhrəmanlığını anlatmaq istəyirik. qədər danışsaq da, bəs etməz. Bizim unudulmaz, igid  Mehdimiz, sənə mahnılar bəstələnib, şeirlər yazılıb, adına məktəblər, küçələr verilib, çox yerdə heykəllərin ucalıb. Amma yenə kifayət etməz. Səni hər gün anmaq, xatırlamaq  borcumuzdur, əziz Mixaylomuz.

Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin anadan olmasının 100 illiyi 2018-ci ilin dekabrında tamam oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, igid həmvətənlimizin yubileyinin ölkə səviyyəsində qeyd edilməsi onun əziz xatirəsinə hörmət ehtiramın nümunəsinə çevrildi. Digər təhsil müəssisələrində olduğu kimi bizim məktəbdə bu günlərdə möhtəşəm bir anım tədbiri düzənləndi. Ölməz qəhrəmana   məhəbbətimizi bildirmək üçün təşkil etdiyimiz  tədbir 7 d sinif şagirdi İlkin Həsənovun ifasında himnimiz haqqında şeirlə başlandı.

 

Qəhrəman babaların, vüqarı var səsində,

Anlat Odlar yurdunu, bütün Yer Kürəsində.

Azərbaycan himnimiz, Azərbaycan himnimiz!

 

Zalda möhtəşəm himnimiz hər kəsin könlündə, dilində əzəmətlə səsləndi. Sonra qəhrəmanımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdik. Aparıcılar - 11 d sinif şagirdləri Esmira Bağırzadə Əsəd Abaslı Mehdi Hüseynzadənin həyat yolu haqqında  geniş  məlumat verdilər. Dedilər ki, Mehdi 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində dünyaya göz açıb. Orta məktəbi yaxşı qiymətlərlə bitirib. Sank-Peterburq İncəsənət Akademiyasının Rəssamlıq bölməsinin məzunu olub. Alman, rus, fransız italyan dillərini mükəmməl bilib. 1941-ci ildə, Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq müharibəyə gedib. 1942-ci ildə Stalinqrad yaxınlığında almanlara əsir düşüb. Oradan qaçıb Yuqoslaviya partizan dəstələrinə qoşulub. Faşistlərə  ağır zərbələr vurub... Aparıcılar qəhrəmanın həyatının son anlarına işıq salaraq ölümü ilə belə düşmənləri qorxutmasını qeyd etdilər.

Tədbirdə çıxış edənlər Mehdi Hüseynzadənin  ibrətamiz həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl nümunə olduğunu bildirdilər. Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazandığı şagirdlərin diqqətinə çatdırıldı. Qəhrəmanın yubileyinə həsr olunmuş məclisdə həmçinin, şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxudular.  Şagirdlərdən Azərin, Nigar, İbrahim, Ramilə, Alpər, Nicat, Aysu, Leyla, Yusif, Əşrəf, Rafiq, Elgün,  İslam,  Raul,  Vaqif,  Bəhlul, İlkin, Yaşar, Ağəli Məhəmməd maraqlı çıxışları ilə yadda qaldılar.

Tədbirin sonunda  məktəbin direktoru Rahim Novruzov çıxış edərək Mehdi Hüseynzadənin qəhrəmanlıq  zirvəsindən söz açdı. Qeyd etdi ki, Prezidentimiz tərəfindən  Mehdi Hüseynzadənin 100 illik yubileyi haqqında sərəncam imzalanması ölməz qəhrəmanımızın xatirəsinin uca tutulmasından, şəhidlərin ruhuna sonsuz hörmət ehtiram hissindən irəli gəlir. Direktor çıxışının sonunda şagirdlərə tariximizə adlarını qızıl hərflərlə həkk edən belə şəxsiyyətlərimiz,  qəhrəmanlarımız haqqında oxuyub öyrənməyi tovsiyə etdi: “Həsən Seyidbəyli İmran Qasımovun birgə yazdığıUzaq sahillərdəəsərini oxuyun, eyniadlı filmi izləyin.

Bu cür qəhrəmanları oxuya-oxuya, onların igidlik yollarını izləyə-izləyə  Qarabağ qəhrəmanları, vərənpərvər oğul qızlarımız yetişdi. İnanıram ki, sizin aranızdan da bu cür qəhrəmanlar yetişəcək dövlətimizin gələcək taleyi sizin əllərinizdə olacaq”.

 

Ofelya MİRZƏMMƏDOVA,

 

Bakı şəhəri K.Əyyubov adına 12 nömrəli tam orta

məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2019.- 8 fevral.- S.15.