“IV sinif şagirdi üçün beynəlxalq

müsabiqəyə qatılmaq çox məsuliyyətli idi”

 

Xədicə Mehdiyeva: “Hamı ayağa qalxıb Azərbaycan! Azərbaycan! söyləyirdi”

 

Uşaq, yeniyetmə və gənclər arasında  istedad və bacarıqları ilə fərqlənənlər çoxdur. Müxtəlif yaradıcılıq mərkəzlərində,  dərnəklərdə, studiyalarda  ilkin  fitri istedadlarını inkişaf etdirən, hələ erkən yaşlarında ikən artıq səhnələrdə görünən, müxtəlif nominasiyalı müsabiqələrə qatılan, hətta beynəlxalq tədbirlərdə belə ölkəmizi layiqincə təmsil edə bilən  övladlarımız  var. Bizzaman-zaman  qürur mənbəyimiz olan  bu istedad sahiblərini aşkar edir, onları geniş oxucu auditoriyasına tanıdırıq. Bugünkü həmsöhbətim də  elə  qeyri-adi istedadı, orijinal fikir və düşüncələri ilə fərqlənən Xədicə Mehdiyevadır. Söhbət zamanı   ona tam sərbəst olmağı təklif etdiyim  üçün ürəyini o ki, var boşaltdı:

 

Violini  mənə sevdirən bir film oldu

 

2004-cü ildə Kürdəmir rayonunda ziyalı ailəsində anadan olmuşam. Hazırda  Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində S.Əzizov adına tam orta məktəbin  IX sinfində  təhsil alıram. Dərs əlaçısıyam. Məktəbdə keçirilən  bütün tədbirlərdə  fəal iştirak edirəm. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən  fəxri fərmanla mükafatlandırılmışam. Lap erkən yaşlarımdan musiqiyə böyük həvəsim olub. Yaxşı yadımdadır, tarixi bir  filmə baxırdım.  Filmdə  Süleyman adlı bir oğlanın    violində ifa etdiyi mahnını həvəslə dinlədim. O gündən  bu musiqi alətinə marağım artdı valideynlərim bunu hiss etdiklərinə görə tərəddüd etmədən mənə bu aləti aldılar. Ertəsi  gün valideynlərim məni    paytaxtdakı 7 nömrəli  musiqi məktəbinin violin ixtisası üzrə I sinfinə qoydular.  Həmin vaxtdan  bu musiqi aləti  mənim ən yaxın dostum sirdaşımdır. Biz həmişə  bir yerdəyik,  inanın ki,  həyatımı onsuz   təsəvvür  belə edə bilmirəm. O qədər mənə sevincli anlar yaşadıb ki!  Çoxlu uğurlarım, qazandığım alqışlar  sanki onun mənə  hədiyyəsi, onun mənə   mükafatıdır. Mən onun məlahətli səsini sevdirmişəm, o isə mənim lirikamı tamaşaçılara, dinləyicilərə sevdirib. Elə buna görə onu özümə dost sirdaş sanıram.

 

“Lad” festivalında

 

Çoxlu   konsertlərdə iştirak etmişəm. Həmişə I yeri tutaraq diplomlar qazanmışam sevimli  violinimə üz tutub demişəm ki, bu uğurlarda onun da payı var.  2012-ci ildə mən  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının II sinfinə  daxil oldum. Gülnarə  Quliyevanın sinfində violin ixtisasının sirlərinə daha dərindən yiyələnməyə başladım eyni zamanda  fortepiano  təhsili  almağı da qərarlaşdırdım. Çünki bu musiqi alətinin sehrinə az düşmürdüm.  2014-cü ildə  ümumrespublika “Lad” festivalında iştirak edərək  violin üzrə laureat, fortepiano üzrə  isə diplomant diplomlarını qazandım.

 

Yolboyu həyəcanımı gizlədə bilmirdim

 

2015-ci ilin sentyabr ayı  həyatımda ən yaddaqalan izlər buraxdı. Eşidəndə ki,  Bolqarıstanın Albena şəhərində keçirilənOrfeyin  varisləriadlı beynəlxalq müsabiqədə iştirak edəcəyəm, çox sevindim.  IV sinif  şagirdi üçün   beynəlxalq  müsabiqəyə qatılmaq  əlbəttə çox məsuliyyətli, həm   risqli  idi. Yəqin bu fikrimlə siz razılaşarsınız. O vaxta qədər Bakıdan  bir addım da kənara çıxmamışdım. İlk dəfə  yad ölkədə mötəbər bir tədbirə qatılacaqdım. Buna baxmayaraq  mən  həmin müsabiqədən qələbə ilə qayıdacağımı  da qət etdim. Vaxt yetişəndə hazırlaşıb atamla yola düşdük. Ancaq yolboyu həyəcanımı gizlədə bilmirdim. Birdən uğur qazanmasam, müəllimlərimin, valideynlərimin üzünə necə baxacağam, düşünürdüm. Yox, qalib gələcəyəm, öz-özümə dedim sakitləşdim. Buna əsasım da var idi, çünki, sözün tam mənasında, yaxşı hazırlıqlı idim, gecə-gündüz öz üzərimdə  çalışırdım. Sadəcə mənə tabe olmaq istəməyən  bu həyəcan hissi öz işini görür, arabir kefimi pozurdu.

 

Onlar maraqla musiqimi dinləyirdilər

 

... Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Yarış başlamazdan öncə məşq  edirdim. Proqrama həm klassik, həm Azərbaycan musiqisi daxil edilmişdi. Oteldə olarkən Arif  MəlikovunMəhəbbət əfsanəsibaletindənMəhmənə-Banu   vəzirrəqsini  ifa edirdim ki, birdən  qapı  döyüldü. Bir qrup insan içəri daxil oldu. Onlar maraqla musiqimi dinləyirdilər. Razılıq ifadələrini üzlərindən oxuyanda   həyəcanla birdəfəlik olaraq xudahafizləşdim.

 

İlk uğuruma imza atdım

 

... Müsabiqə başladı   növbə  mənə çatanda   adımı səsləndirdilər.  Mən özümü toparlayaraq səhnəyə çıxdım. Tərslikdən yenə qeyri-ixtiyari olaraq həyəcan hissi məni yaxaladı, ancaq səhnəyə çıxan kimi qeyb oldu özümü ələ alıb münsiflər heyətini, zaldakı   iştirakçıları  salamladım.  Dünya bəstəkarlarından  A.Vivaldinin konsertinin III hissəsini ifa edib qurtaranda gözlərimə inanmadım.  Hamı ayağa qalxıb, Azərbaycan! Azərbaycan!-deyə  qışqırmağa başladı. Atamın sevincdən gözlərinin yaşardığını gördüm.  Həmin gün qürur hissi keçirirdim, sanki bütün dünyanı mənə bağışlamışdılar. Qeyd edim ki, müsabiqədə Azərbaycandan yeganə iştirakçı da elə mən  idim.  Almaniya, Rusiya, Türkiyə, Avstriya, Koreya, Çin, Rumıniya, Gürcüstan, Bolqarıstan digər ölkələrin nümayəndələri iştirak edirdilər. Həmin müsabiqədə mən  III yeri qazandım ilk uğuruma imza atdım.  Həm violində, həm fortepianoda məharətli ifam münsiflər heyətini  heyran etmişdi. Onlar hamısı  tanınmış musiqiçilər-professorlar  idilər.  Bir çox ölkədə ustad dərsləri keçən Tamara Poddubnaya da  onların arasında idi. O, ifalarımı   çox bəyəndiyinə görə məni   Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət etdi. Bu konservatoriyaya xüsusi istedadı olan uşaqlar qəbul olunurlar.

 

Təhsilimi vətənimdə davam etdirəcəyəm

 

Amma doğma Azərbaycanda təhsilimi davam etdirmək mənim üçün daha çox önəmlidir. Artıq ifalarım tamaşaçılar tərəfindən maraqla  qarşılanır. Bu istiqamətdə fəaliyyətimi  davam etdirməyi, musiqi   sənətinin  sirlərinə daha dərindən yiyələnməyi düşünürəm. Çəkdiyim əziyyətlər hədər getmir, çalışqanlığım sayəsində  çoxlu sayda  respublika beynəlxalq müsabiqələrin laureatı adını qazanmışam. 2016-cı ildə Qara Qarayev adınaTəhlil ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsində    2018-ci ilin aprelindəAkademik, xalq  caz musiqisirespublika festivalında   laureat adına layiq görülmüşəm. 2018-ci il mayın 9-da  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konserti keçirildi. Müxtəlif ixtisaslar üzrə məktəbin ən yaxşı şagirdləri böyük həvəslə çıxış edərək alqışlarla qarşılandılar. Mən onların arasında idim. Konsertdə Azərbaycan xarici bəstəkarların əsərləri səsləndirildi. Vittorio MontininÇardaşəsərini violin ifaçısı Nurəddin Abdullayev mən duet şəklində ifa etdik.

 

Arzularımı gerçəkləşdirəcəyəm

 

Daha böyük  nailiyyətlər əldə etmək, beynəlxalq müsabiqələrdə Azərbaycanı  layiqincə təmsil etmək arzuları  ilə yaşayıram bu arzuları gerçəkləşdirmək  üçün  öz üzərimdə yorulmaq bilmədən  çalışıram.  Bakı Musiqi Akademiyasının məzunu olmaq da gələcək arzularımdan biridir. Amma  ikinci ali  təhsil almaq arzum da məni rahat buraxmır. Qeyd edim ki, müəllim şagirdlərinin yaxın dostu, sirdaşıdır.  Bizi  daim düzgün addım atmağa sövq edən  bir varlıqdır. Uğur  qazanmağımda əməyi olan müəllimlərimə minnətdaram.

 

Muğamı da çox sevirəm

 

Yeri gəlmişkən, mən  muğamı da çox  sevirəm düşünürəm ki, musiqinin şahı da, tacı da  elə muğamdır. Tədbirlərdə M.MaqomayevinSevgili canan”, “Əziz ana”, xalq mahnılarından, “Küçələrə su səpmişəm”, “Almanı atdım  xarala digər mahnıları  ifa edirəm.

 

... Xədicə balamız  danışdıqca  mən  onun sevib-seçdiyi  ifaçılıq sənətinə vurğunluğuna valeh olurdum. Söhbətimizin sonunda isə  onun violində   fortepianoda  ifa etdiyi   bir neçə mahnının  lent yazılarını dinləyərkən   qeyri-ixtiyari  özümün   kövrəldiyimi  hiss etdim   buna zərrə qədər   təəccüblənmədim. Musiqinin ağır yükünü qəlbində daşıyan , onu öz nağıl dünyasının qanına hopduran  bu yeniyetmə istedad  sahibinin parlaq gələcəyinə   vurğunluq   idi mənim kövrək hisslərim, ruhumu  mahnı qanadlarında pərvazlandıran. elə bu coşqunluqla  da  ifalarını  böyük səhnələrdən  eşitmək  arzusu ilə  onunla xudahafizləşdim.

 

Sifai  SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2019.- 15 fevral.- S.16.