Ali və orta ixtisas təhsili müəssisələrinin
tələbələri
arasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının
96-cı
ildönümünə həsr olunmuş bədii
yaradıcılıq
müsabiqə-festivalının
keçirilməsi barədə
Azərbaycan
Respublikası
Təhsil Nazirliyi
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi
QƏRAR
14 fevral 2019-cu il 06 fevral
2019-cu il
¹ Q-02 ¹ 11/10
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş gənclər
siyasəti bu gün uğurla davam etdirilir. 2019-cu ilin may ayının
10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü tamam olur. Ulu öndərin anadan
olmasının 96-cı ildönümü münasibətilə
və onun xatirəsinə ehtiram əlaməti olaraq ali və
orta ixtisas təhsili müəssisələrinin tələbələrini
milli vətənpərvərlik, mədəniyyətimizə,
incəsənətimizə, milli adət-ənənələrimizə
hörmət ruhunda yetişdirmək məqsədilə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Rəyasət Heyəti
QƏRARA ALIR:
1. Ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələri
arasında Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümünə
həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı
2 mərhələ üzrə 2019-cu ilin mart-may aylarında
keçirilsin.
2. Ali və orta ixtisas təhsili
müəssisələrinin tələbələrinin bədii
yaradıcılıq müsabiqə-festivalı Azərbaycan Respublikası
Təhsil Nazirliyi və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Müsabiqə-festival qaliblərinin
yekun konserti 2019-cu ilin may ayının birinci yarısında
keçirilsin.
4. Bədii
yaradıcılıq müsabiqə-festivalının
Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin (əlavə
2) və Münsiflər heyətinin tərkibi (əlavə 3)
təsdiq edilsin.
5. Respublika Təşkilat Komitəsi ali və orta ixtisas təhsili müəssisələrinin
rəhbərləri, tələbə həmkarlar ittifaqı
komitələrinin sədrləri:
müsabiqə-festivalın yüksək
səviyyədə keçirilməsi
üçün tələbələrə lazımi şəraitin
yaradılmasını;
bu qərarla
təsdiq edilmiş
Əsasnamənin şərtlərinə uyğun olaraq
müsabiqə-festivalın keçirilməsini;
yekun konsertin
kütləvi-informasiya vasitələri
tərəfindən işıqlandırılmasını təmin
etsin.
6.Bədii yaradıcılıq
müsabiqə-festivalının keçirilməsi ilə bağlı tərəflər
üzərinə götürür:
6.1.Azərbaycan Respublikasının Təhsil
Nazirliyi:
müsabiqə-festival qaliblərinin
yekun konsertinin
keçirilməsi üçün yerin (zalın) icarəyə
götürülməsini və səhnə tərtibatını;
6.2.Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
Müsabiqə-festivalda 1-ci, 2-ci və
3-cü yerlərin qaliblərinə hədiyyələrin alınmasını;
diplomların, dəvətnamələrin
hazırlanmasını;
münsiflər heyətinin
sədrinə 800 manat, üzvlərinə
500 manat məbləğində pul mükafatının
ayrılmasını;
Müsabiqənin I və
II mərhələsində Münsiflər heyətinin
zonalarda iştirakının təmin olunmasını;
respublika mərhələsində
bölgələrdə təhsil
alan iştirakçıların Bakı şəhərinə
ezamiyyə xərclərinin ödənilməsini.
7.Tərəflər müsabiqə-festivalın
keçirilməsi və
qaliblərin mükafatlandırılması ilə
bağlı xərclər smetasının hazırlayıb 15
gün müddətində təsdiq etsinlər.
8.Təhsil Nazirliyinin
Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi
(V.Məmmədov) və Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Mədəni-kütləvi və idman
işləri şöbəsi (R.Nəzirov) bu qərardan irəli
gələn vəzifələrin yerinə yetirilməsini təmin
etsinlər.
9.Təhsil Nazirliyinin
və Respublika Komitəsinin
müvafiq şöbələri qərar və əlavələrin
“Azərbaycan müəllimi” qəzetində dərc
olunmasını və internet səhifələrində yerləşdirilməsini
təmin etsinlər.
10.Qərarın icrasına nəzarət nazir müavini F.Qurbanova və sədr
müavini M.Cəfərzadəyə həvalə olunsun.
Azərbaycan Respublikası təhsil naziri
Azərbaycan Təhsil
İşçiləri
Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri
Ceyhun Bayramov Səttar
Möhbalıyev
Azərbaycan müəllimi.-
2019.- 22 fevral.- S.4.