Metodik təcrübənin ünvanı

 

Tarix müəlliminin yeni yanaşmalarından bəhs edən kitab

 

Hər bir ölkənin milli təhsil sistemində onun sosial-iqtisadi mədəni-mənəvi inkişafı səviyyəsinə uyğun, yerli mentalitetə dəyərlər sisteminə əsaslanan kurikulumun hazırlanması, müvafiq ümumi xüsusi metodikalardan istifadə olunması vacib hesab edilir. Kurikulumların hazırlanması ideyası həm müstəqillik illərində ölkəmizdə təhsil sahəsində aparılan araşdırmaların nəticəsi kimi meydana çıxıb. Ötən əsrin 90-cı illərinin sonunda beynəlxalq milli səviyyədə ekspert məsləhətçilərin araşdırmaları yeni qurulan Azərbaycan cəmiyyətinin tələbləri  əsasında  təhsil sisteminin yenidən yaradılmasını zəruri bir tələbat kimi qarşıya qoyub.  Ötən dövrün təcrübəsini kütləvi halda mənimsəyən çoxsaylı təhsil işçilərinin günümüzün aktual problemləri ilə ayaqlaşması ya onu mənimsəyə bilməsi mümkün olacaqdımı? Müəllim şagirdləri, ümumilikdə təhsil sisteminin inkişafını XXI əsrdə gözləyirdi? Təhsil sistemi hansı istiqamətdə qurulmalı idi? Bu suallarla bağlı araşdırmaların nəticəsi olaraq yeni təhsil islahatı - kurikulumun həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

 Ötən dövrdə Azərbaycan Respublikasının digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında çalışan ümumtəhsil məktəblərinin müəllimləri islahatın tələbləri istiqamətində axtarışlarında dəyərli təcrübə qazanıblar. Yeni metodikaya uyğun səmərəli təlim üsullarının  öyrənilib ümumiləşdirilməsi   yayılması isə təhsil sisteminin yeniləşdirilməsində önəmli rol oynayıb. Belə qabaqcıl təşəbbüskar müəllimlərimizdən biri Naxçıvan MR-in Əməkdar müəllimi, ömrünün 32 ilini pedaqoji sahəyə həsr etmiş tarixçi pedaqoq İmmi Hüseynovadır. İmmi müəllimi digərlərindən fərqləndirən ən mühüm cəhət qazandığı uğurları əks etdirən metodik yenilikləri peşə yoldaşları ilə bölüşməsi yeni uğurlara can atmasıdır. Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyeva İmmi müəllimin qabaqcıl təcrübəsini hərtərəfli araşdırıb kitab şəklində pedaqoji ictimaiyyətə təqdim edib.

 Qabaqcıl müəllimlərimiz: İmmi Hüseynovaadlı həmin kitabı vərəqlədikcə ömrünü şagirdlərinin yurdsevər vətəndaş, yetkin şəxsiyyət kimi formalaşmasına həsr edən bir müəllimin pedaqoji aləmdəki axtarışları səmərəli təlim üsulları göz önündə canlanır. Bu nəşr təhsil islahatının uğurla gerçəkləşdirilməsi örnəyi kimi dəyərli metodik vəsait sayılmağa layiqdir. Burada bir müəllimin həyat amalına çevrilən dərs prosesinin bütün incəlikləri öz əksini tapıb.

 Kitabda qeyd edildiyi kimi, aydın düşüncə tərzi, güclü məntiqi yaddaşı ilə seçilən İmmi müəllim hələ 1981-ci ildə Bakıdakı 220 nömrəli məktəbi qızıl medalla bitirib Bakı Dövlət Universitetinin tarix fakültəsinə müsabiqədənkənar imtahan verərək əla qiymətlə daxil olub. Bu ali məktəbi yüksək qiymətlərlə bitirən gənc tarixçi Bakı şəhərindəki 1 nömrəli respublika internat məktəbində əmək fəaliyyətinə başlayıb. İmmi Hüseynova 2000-ci ildə ailə vəziyyəti ilə əlaqədar Naxçıvan şəhərindəki akademik M.C.Cəfərov adına  14 nömrəli tam orta məktəbə dəyişilib pedaqoji fəaliyyətinin sonrakı illərini muxtar respublikada təhsil həyatı ilə bağlayıb.

İ.Hüseynova  sonralar Naxçıvan Dövlət Universitetində Müəllimlər İnstitutunda da dərs deyib, şəhərdəki V.Zeynalov adına rus dili təmayüllü 3 nömrəli tam orta məktəbdə tarix dərslərini rus dilində tədris etməyə başlayıb. Təcrübəli tarix müəllimi təkcə dərs deməklə kifayətlənməyib, tədris prosesində təhsil islahatının qarşıya qoyduğu tələblərə uyğun səmərəli təlim mühiti yaratmağa da çalışıb. Kurikulumla bağlı mətbuat səhifələrində tez-tez elmi-metodik mövzularla çıxış etməsi, qazandığı təcrübəni həmkarları ilə bölüşməsi İmmi müəllimə işlədiyi kollektivlərdə Naxçıvanın pedaqoji mühitində nüfuz hörmət qazandırıb. Onun hər bir uğurunu həmkarları diqqətlə izləyir, ondan öyrənməyə çalışırlar.

 Belə müəllimlərin səylərinin nəticəsi idi ki, 2015-ci ildə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbiİlin  məktəbiadına layiq görüldü. İmmi müəllim həmişə  fəxrlə bildirir: “Mən çox sevinirəm ki,  məktəbimizin qazandığı uğurlarda, xüsusənİlin məktəbiadını almasında mənim   payım var. Müstəqil, gənc dövlətin tarixini  olduğu kimi, tarixi araşdırmalar aparmaqla tədris etmək olduqca gərəkli şərəfli  bir işdir”.

 İmmi Hüseynovanın qabaqcıl   təcrübəsinə həsr olunan bu kitab 11  bölmədən ibarətdir.  Tarixçi pedaqoqunTarix dərslərində İKT-dən istifadə”, “Tarix  dərslərində portfolio sistemi,” “Tarix dərslərində fənlərarası əlaqənin əhəmiyyəti”, “Yeni pedaqoji  texnologiyaların tətbiqi”, “Azərbaycan tarixi fənnindən layihə dərsi”,  Azərbaycan  Xalq Cümhuriyyətinin yaranmasımövzularında apardığı dərslərdən, “Şəmsəddin Eldəniz necə Azərbaycan hökmdarı oldu?”, “İntibah mədəniyyəti  mövzularındaaçıq dərs”lərindən bəhs edən bölmələrdə onun ümumi bilik səviyyəsindən çoxillik təlim məharətindən qaynaqlanan pedaqoji təcrübə incələnib ümumiləşdirilib. “Tarixi şəxsiyyətlərin tanıdılmasında tarix dərslərinin əhəmiyyəti”, “Muzeylərdə keçirilənaçıq dərs”lərin təlim-tərbiyə prosesində əhəmiyyətibölmələrində İmmi müəllimin bu mövzuların tədrisinə yüksək milli-mənəvi meyarlarla yanaşması əksini tapıb. Həmkarlarının İmmi müəllim haqqında rəyləribölməsində verilmiş mülahizələr qabaqcıl müəllimin pedaqoji sahədə qazandığı uğurların çevrəsini tamamlayıb.

 Yuxarıda göstərilən hər bölmə üzrə İmmi Hüseynovanın tarix dərslərində istifadə etdiyi istiqamətlərdən problemlərin qoyuluşundan ətraflı bəhs edilib. Məsələn, Tamara Baxşəliyeva kitabda  göstərir ki, İmmi müəllimin mühüm təcrübələrindən biri “Portfolio” hesabatlar nailiyyətlər portfelidir. Onun vasitəsi ilə müəllim şagirdin müəyyən şəraitdə təhsil aldığı dövr ərzində əldə etdirdiyi fərdi nailiyyətlərin qeydə alınmasını,  toplanmasını qiymətləndirilməsini həyata keçirmək üçün şərait yaradır. Portfolionun əhəmiyyətli cəhəti ondadır ki, o, şagirddə özünüqiymətləndirmə bacarığının artmasına xidmət edir şagirdin fərdi xüsusiyyətlərini əks etdirir. Müəllif  İmmi HüseynovanınSənədlər  portfoliosu”, “İşlər  portfeli”, “Rəylər portfeli”nin rolunu önəmini yığcam şəkildə şərh edib.

 Yeni təhsil islahatının qarşıya qoyduğu mühüm istiqamətlərdən biri fənlərarası əlaqənin yaradılmasıdır. Kitabın bu məsələdən bəhs edən bölməsində verilmişQədim Misirdə mədəniyyətFinikiyamövzularının fənlərarası əlaqə istiqamətində İmmi Hüseynovanın təcrübəsinin təhlili tarix müəllimləri üçün gərəklidir.

 KitabınYeni pedaqoji texnologiyaların tətbiqibölməsində İKT-nin şagirdlərin tədqiqatçılıq bacarığını inkişaf etdirməsindən geniş söhbət açılır. Göstərilir ki, fəal təlim  dərsin düzgün planlaşdırılmasından başlayır. Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm forması ilə şərtlənir. Dərs o zaman səmərəli olur ki,  şagirdlərdə maraq, kəskin  reaksiya doğursun. Bu baxımdan kitabda nümunə dərsləri olaraqAzərbaycan tarixifənnindən layihə dərslərinə yer  verilib.

 İmmi müəllimin çoxillik pedaqoji fəaliyyətinin zəngin təcrübəsinin bütün  istiqamətlərini əhatə etmək bir yazıda imkan xaricindədir. Təkcə onu demək kifayətdir ki, ömrünü uşaqların təlim-tərbiyəsinə həsr edən hər bir müəllim xoşbəxtdir. İmmi Hüseynova da məhz belə müəllimlərdəndir.

 

Həsənəli Eyvazlı

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

 

Azərbaycan müəllimi.- 2019.-26 iyul.- S.7.