Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə
gəlməsinin 50 illiyi
ilə bağlı tədbir
İyulun 15-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə
gəlməsinin 50 illiyi
münasibətilə tədbir
keçirilib.
Yeni Azərbaycan Partiyası
(YAP) Nərimanov rayon təşkilatının
Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatı və nazirliyin Həmkarlar İttifaqı
Komitəsi tərəfindən
təşkil olunan tədbir Ulu Öndər haqqında sənədli filmin nümayişi etdirilməsi
ilə başlanıb.
Təhsil Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə nazir müavini Firudin Qurbanov dahi rəhbər
Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
gördüyü böyük
işlərdən danışıb.
Qeyd edib ki, təhsilin
inkişafı, təhsil
işçilərinə müntəzəm
diqqət və qayğı Ümummilli Liderin önəm verdiyi prioritet istiqamətlərdən biri
olub. Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi təhsil islahatları nəticəsində Azərbaycan
təhsilinin bütün
pillələrində mühüm
nailiyyətlər əldə
olunub, həmçinin
gənclərin xaricdə
təhsil imkanları genişləndirilib.
Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyasının,
təhsil sahəsinə
göstərdiyi diqqət
və qayğının
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini deyib.
Sonra çıxış
edən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində
müstəsna xidmətlərindən
söz açıb, Ümummilli Liderlə bağlı bir çox tarixi məqamları qeyd edib.
Tədbirdə Təhsil
Nazirliyinin YAP-a üzv olmaq istəyən əməkdaşlarının
ərizəsinə baxılıb
və onların müraciəti müsbət
cavablandırılıb.
Azərbaycan müəllimi.- 2019.-19 iyul.-
S.2.