ADNSU-da Milli Mətbuat
Günü qeyd olunub
İyulun 18-də Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru,
professor Mustafa Babanlı 22 iyul
- Milli Mətbuat Günü münasibətilə
kütləvi informasiya
vasitələrinin (KİV) nümayəndələri ilə
görüşüb.
Jurnalistləri rəhbərlik
etdiyi ali
məktəbdə görməkdən
məmnunluğunu bildirən
rektor medianın cəmiyyətin inkişafı
üçün müəyyən
lokomotiv funksiyasını
daşıdığını qeyd edib. Jurnalistikanın mahiyyətində də bu faktorun durduğunu
vurğulayan M.Babanlı
medianın gələcəyi
barədə fikirlərini
bölüşüb. Onun sözlərinə görə, dünyanın
sürətlə dəyişdiyi
indiki dövrdə jurnalistlər bu sahənin peşəkarları
olmalıdır. Ona görə
də mövcud reallıqlar şəraitində
adi jurnalist olmaq kifayət etmir. Rektor M.Babanlı hesab edir ki, buna
görə də ali məktəblərdə
müvafiq ixtisas sahələrində həm
də peşəkar
jurnalist bacarıqlarına
yiyələnmiş media nümayəndələrinin
yetişdirilməsi də
faydalı olardı.
Rektor əlavə edib ki, Azərbaycanın bugünkü uğurlarında
jurnalistlərin də
böyük əməyi
var. “Mən
hesab edirəm ki, istənilən cəmiyyətin dəyişilməyə
ehtiyacı olan birinci sahəsi təhsildir. Əgər
cəmiyyət təhsilini daim dəyişdirib inkişaf
etdirirsə, o cəmiyyətin
gələcəyi var”
deyən rektor Azərbaycan təhsil sistemində aparılan islahatlardan, əldə olunan uğurlardan söz açıb, Prezident İlham Əliyevin təhsilə və mətbuata daim xüsusi önəm verdiyini vurğulayıb.
Rektor son illərdə
ADNSU-da aparılan islahatlardan, yeniləşən
tədris mühitindən, elmin, təhsilin inkişafı istiqamətində həyata
keçirilən tədbirlərdən,
əldə olunan uğurlardan danışıb. Professor M.Babanlı
ölkəmizdə medianın
azad, demokratik şəraitdə fəaliyyətinə
geniş imkanlar yaradıldığını söyləyərək Milli Mətbuat Günü münasibətilə jurnalistləri
təbrik edib. Tədbirdə iştirak edən media nümayəndələri
işgüzar universitet
- media münasibətlərinin, əməkdaşlığının qurulmasına görə ADNSU rəhbərliyinə
minnətdarlıq edərək
Milli Mətbuat Günü münasibətilə
təşkil olunmuş
görüş üçün
təşəkkürlərini bildiriblər.
Sonra jurnalistlərə hədiyyələr
təqdim olunub.
Azərbaycan müəllimi.- 2019.-19 iyul.- S.3.