Dərslərini Amerika
kurikulumu ilə keçən müəllim
Günel Baxşəliyeva:
“Müasir təlimdə düzgün ünsiyyət
bacarıqları ön planda olmalıdır”
Tanıtım. Günel Baxşəliyeva - 7 noyabr 1983-cü ildə Yevlax şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Lənkəran Dövlət Universitetinin (LDU) biologiya fakültəsinə daxil olub. LDU-nu 2004-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistraturasına daxil olub. Amerikanın Təhsil və Mədəniyyət Departamentinin - “Təhsildə Keyfiyyət və Nailiyyət proqramı”nın (TEA program) qalibi olan 3 müəllimdən biridir və Birləşmiş Ştatlarda təlimlərdə iştirak edib.
Ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən davamlı işlər Azərbaycan gənclərinin bu sahədə öz uğur hekayələrini yazmaları ilə müşayiət olunmaqdadır. Bu sırada biz yenilikləri pedaqoji fəaliyyətində həvəslə tətbiq edən, daim özünü inkişaf etdirən novator müəllimləri görürük. Onlardan biri də hazırda Yevlax rayonunda işləyən biologiya müəllimi Günel Baxşəliyevadır.
2 hədəf və
seçilən 3 müəllimdən biri
Bakı Dövlət Universitetində oxuduğum illərdə həm magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirməyi, həm də ingilis dilinə mükəmməl yiyələnməyi qarşıma məqsəd qoymuşdum. Ona görə də bütün diqqətimi təhsilə yönəltmişdim. Nəhayət, 2007-ci ildə həm magistratura təhsilimi fərqlənmə diplomu, həm də üç il ərzində oxuduğum İngilis dili kursunu yüksək nəticə ilə bitirdim.
Məktəbdə 12 illik pedaqoji fəaliyyət dövrümdə bir neçə dəfə rayon səviyyəsində müasir təlim metodları və İKT vasitələrini tətbiq etməklə biologiya fənnindən “açıq dərs”lər təşkil etmişəm. “Açıq dərs”lərin təşkilində fəal iştirak etdiyim üçün məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif olunmuşam. Məktəbimizdə dəqiq elmləri tədris edən müəllimlər arasında ingilis dilini üstün səviyyədə bilən müəllim kimi 2017-ci ildə Amerikanın Təhsil və Mədəniyyət Departamentinin təşkilatçılığı ilə orta məktəb müəllimləri üçün TEA (“Təhsildə Keyfiyyət və Nailiyyət”) proqramında özümü sınamaq qərarına gəldim və proqramın qalibi olaraq seçildim. Qeyd etmək istərdim ki, 80- dən çox ölkənin orta məktəb müəllimlərinin qatıldığı 6 həftəlik proqramda Azərbaycandan uğurlu müsahibəsinə və TOEFL imtahan nəticəsinə görə seçilən üç şanslı müəllimdən biri oldum. Amerikanın təhsil sahəsində ən öndə gedən ştatlarından biri olan, dünyaca məşhur Harvard Universitetinin yerləşdiyi Massaçusets ştatında 6 həftəlik təlim fəaliyyəti dövrümdə Massaçusets Universitetində, Lovell Universitetində və Chelmsford adına orta məktəbdə (High School) biologiya dərslərində iştirak etmək, amerikalı həmkarlarımla müqayisəli şəkildə təlim üsullarını və metodlarını öyrənmək və bölüşmək imkanı qazandım. Təlimlərdə mən nəinki dil, texnoloji bacarığımı inkişaf etdirdim, eləcə də Amerikanın mədəniyyəti, tarixi, adət və ənənələri, insanların düşüncələri, həyat tərzi və s. haqqında bu qısa vaxtda çox şey öyrəndim. Orada professorların tələbələri ilə çox sadə davranması, onlara bacardığı qədər kömək göstərməsi də diqqətimi çəkirdi.
Amerika auditoriyasına Azərbaycan həqiqətlərini çatdırdım
Amerikanın nüfuzlu ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutu (MİT) və onun nəzdində olan orta məktəblərdə baş tutan təlimlərin Azərbaycan həqiqətlərinin Amerika auditoriyasına, təhsil ictimaiyyətinə çatdırılmasında çox böyük əhəmiyyəti oldu. Bu universitet və məktəbdə Azərbaycanla bağlı təqdimatlarla çıxış etdim. Təqdimatlarımda doğma Vətənimin tarixi, mədəniyyəti, adət və ənənələri haqqında ölkənin ən nüfuzlu ali məktəblərindən sayılan MİT-in professor-müəllim, tələbə heyətinə və eləcə də şagirdlərə yüksək fəxr hissi ilə məlumatlar verirdim. Çıxışlarımda ölkəmizi tanıdır və hər fürsətdə torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olduğunu bu ölkənin savadlı nəslinin diqqətinə çatdırmağa çalışırdım. Onu da deyim ki, şagirdlərin çoxu ölkəmizi tanıyır, mənə ölkəmizlə bağlı suallar verirdilər. Bununla belə, həm Vaşinqtonda, həm də Massaçusets ştatında müəllimlərə iki dəfə təmsil etdikləri ölkəni, onun tarixi və mədəniyyətini tanıtmaq üçün təhsil sərgisi təşkil olundu. Bu sərgiyə ştatın ayrı-ayrı ali və orta təhsil müəssisələrindən müəllim və tələbə heyəti dəvət olunmuşdu. Biz bu sərgidə müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olduq və ölkələrimizə aid milli atributları amerikalılarla bölüşdük.
Azərbaycanı
hər kəsə sevdirdiyim üçün çox
xoşbəxtəm
Professor-müəllim kollektivinə, orta məktəbdə olan müəllim və şagirdlərə, 21 ölkədən olan, əməkdaşlıq etdiyim xarici həmkarlarıma Xocalı faciəsi haqqında məlumat verib, onlara və digər çox sayda tanış olduğum insanlara bu faciəni özündə əks etdirən məlumat xarakterli əlyazmalar paylayıb, videoçarxlar nümayiş etdirdim. Həmin gün amerikalı dostlarım və əcnəbi həmkarlarım mənə dəstək olub, Xocalı faciəsini genosidin ən dəhşətli forması adlandıraraq, hətta Ermənistanın işğalçılıq siyasətini ifşa edən şüarları əllərində tutub mənimlə bərabər şəkil çəkdirməkdən belə çəkinmədilər.
Orda olduğum müddətdə doğma Azərbaycanı hər kəsə sevdirdiyim üçün çox xoşbəxtəm! Mən tək Amerikaya yox, 80 ölkədən olan müəllimlərin timsalında həmin ölkələrə də sanki baş çəkmişəm. Beynəlxalq treninqlərdə iştirak etmək müəllimin liderlik qabiliyyətini, özünəinam hissini, pedaqoji sahədə bacarıqlarını daha da möhkəmləndirir. İstər beynəlxalq, istərsə də yerli treninqlərdən sonra insan nələrsə öyrənir və hansısa yeni bacarıqları özündə kəşf etmək imkanı duyur.
“Knowledge is Power” (“Bilik
gücdür”)
Amerikada əldə etdiyim bilik və bacarıqlarımı
həmkarlarım və
şagirdlərimlə bölüşmək
mənim üçün
daha bir maraqlı hissdir. 2018-ci ildə ABŞ hökumətinin
maliyyələşdirdiyi və
ABŞ-ın Azərbaycandakı
səfirliyinin Beynəlxalq
Təhsil üzrə Konsulluğu tərəfindən
təşkil edilən
“Knowledge is Power” (“Bilik gücdür”)
adlı kiçik həcmli təqaüd proqramında Bakı və regionlarda məskunlaşmış
məcburi köçkün
məktəblərində şagirdlərə
yardım kimi 2 il müddətində ingilis dilini tədris etmək nəzərdə tutulub. Hazırda Yevlaxda da Kəlbəcərdən olan
köçkün ailələrinə
mənsub uşaqların
təhsil aldığı
məktəbdə həftədə
iki dəfə
ABŞ-da fəaliyyətdə
olan kurikulum əsasında dərslər
mənim tərəfimdən
tədris edilir.
Yenilikçi müəllim necə olmalıdır?
Həmişə şagirdlərimə “edə
bilmərəm, mümkün
deyil” düşüncəsini
atıb, “edə bilərəm, öyrənə
bilərəm, həllini
tapa bilərəm” kimi parlaq və
nikbin “linza” ilə ətrafa baxmalarını tövsiyə
edirəm. Biz müəllimlər
şagirdlərin düşüncə
və davranışının
formalaşmasında bir
modelik. Ona görə də
biz nəinki yalnız
dərsdə, həm də onların sosial olaraq cəmiyyətdə
Vətəninə və
xalqına layiqli bir şəxsiyyət kimi formalaşmasında da bir fasilitator
olaraq böyük rol oynayırıq.
Əgər sürətlə inkişaf
edən texnologiya həyatımıza daxil olub, onun sürətini,
effektini hər istiqamətdə dəyişə
bilirsə, bu, şagirdlərin həyatında
da, ümumilikdə bütün təhsildə
özünü göstərməlidir.
Müasir müəllim irəliləyən
texnoloji yenilikləri izləməklə bərabər,
ilk növbədə, ona
lazım olan əsaslı kompetensiyalara
malik olmalıdır. O, həm
fənni ilə bağlı fundamental bilik
və bacarıqlara, həm də yeni bacarıqları özündə əks etdirən təcrübəyə
sahib olmalıdır. Rəqəmsal əsrdə müəllimlər
bütün bu yeniliklərə uyğunlaşmağa
cəhd etməlidir.
Yəni,
demək istəyirəm
ki, texnikanın inkişafı ya təhsilin ona, ya da onun
təhsilə təsiri
istiqamətində gedir.
Hər yeni on illik özünün
yeni ixtiraları ilə həyatımızı
dəyişməklə davam
edir. Məsələn, əgər biz öz
uşaqlığımızda oturub sovet cizgi
filmlərinı həvəslə,
maraqla izləmişiksə,
bu gün həmin cizgi filmlər çox uşağa maraqsız gələ bilər və onlar daha
yüksək texnologiya
əsasında hazırlanmış
və müasir dövrlə dəbləşən
bir cizgi filmini izləməyi üstün tutacaqlar.
Bu sadə misalı
ona görə çəkirəm ki, biz müasir dövrdə olan uşaqların marağını, dünyaya
baxışını mütləq
nəzərə almalıyıq.
Biz buna məcburuq.
Çünki zaman özü
onu bizdən tələb edir.
Öyrətmək ömürboyu öyrənmək
deməkdir
Hesab edirəm
ki, müasir müəllimdə özünəinam
hissi güclü olmalıdır. Özünə inanan müəllim
qarşı tərəfdə
olan istər həmkarında, istərsə
də şagirdlərində
bu hissi yaratmağa və gücləndirməyə dəstəkçi
olacaq.
İkinci ən əsas hesab etdiyim keyfiyyət
müasir müəllimdə
ünsiyyət bacarığıdır. Cünki müasir
təlimdə düzgün
ünsiyyət bacarıqları
ön planda olmalıdır. Müəllim-şagird münasibətinin düzgün
formada qurulması dərsdə sağlam mühitin yaranmasına və qarşıya qoyulmuş məqsədə
düzgün irəliləməyə
yardım edəcək.
Mənim fikrimcə, öyrətmək
ömürboyu özü
öyrənmək deməkdir. Öyrənmək üçün həmişə,
hər zaman nələrsə var. İnnovativ müəllim olmaq
yeni nələrisə
fərqli üsullarla,
texnologiya tətbiq edərək və ya nələrisə rəngli kağızlar üzərində sadəcə
nəzəri biliklər
şəklində şagirdlərə
əzbərlətməklə bitmir.
Yenilikçi müəllim şagirdlərində
yaradıcı bir təfəkkürü formalaşdırmağa
imkan verən dərs modeli qurmağa və onlarda əməkdaşlıq
bacarıqlarını inkişaf
etdirməyə müvəffəq
olmalıdır.
Biz şagirdlərə nəinki məktəbdə,
eyni zamanda həyatda uğur qazanmağın nəzəri
və rəqəmsal biliyini verməliyik.
Peşəkar uğurun açarı
Müasir dövrdə dünyada ingilis dilində tədrisin əhəmiyyəti
xüsusi önəm kəsb edir. Buna görə də biz müəllimlər ən
qabaqcıl təhsil resurs və ədəbiyyatlarının ingilis
dilində olmasını
nəzərə almalı
və dil biliklərimizi zənginləşdirməliyik.
İngilis dili beynəlxalq
dil kimi dünyaya çıxışdır.
Yəni peşəkar uğurun açarını bu dili hesab etmək
olar. Mən ingilis dili vasitəsilə peşəkar
platforma kimi tanınan Linkedində təhsil sahəsində geniş təcrübəyə
malik, bütün dünyadan olan müəllim və professorlarla əməkdaşlıq
edir, onların təcrübələrindən bəhrələnirəm. Əgər bu dili bilməsəydim, onda zamanın nəbzini tuta bilməz və mənə lazım olan müasir təlim metodlarından, elmdə olan yeniliklərdən xəbərdar olmazdım.
İngilis dilində bir atalar sözünü
Azərbaycan dilinə
tərcümə edəcəm:
“Nə qədər çox dil bilirsinizsə, bir o qədər də insansınız”.
Oruc Mustafayev
Azərbaycan müəllimi.-
2019.- 1 mart.- S.7.