Daha keyfiyyətli təhsil verən universitetlər
Dünyanın ixtisas hazırlığı
üzrə ən yaxşı universitetlərinin
reytinqi
Qlobal dünyanın trendləri universitetlər
qarşısında əmək
bazarının sərt
tələblərinə uyğun
rəqabətqabiliyətli, yüksək hazırlıqlı
mütəxəssislərin hazırlanması kimi kəskin vəzifələr qoyur. Gəncləri artıq konkret ali təhsil müəssisəsinin diplomu
deyil, daha çox keyfiyyətli təhsil maraqlandırır.
Elə əmək
bazarında öz korrektələrini edən
işəgötürənlər də bunu tələb
edir. Beləliklə, hansı
universitet daha keyfiyyətli təhsil verir? Hansı universitetdə yüksəkixtisaslı,
peşəkar mütəxəssis
kimi yetişmək olar?
Böyük Britaniyanın nüfuzlu
Quacquarelli Symonds (QS) şirkətinin
ixtisas hazırlığı
üzrə dünyanın
ən yaxşı universitetlərinin sayca
9-cu reytinqi (QS World University Rankings by
Subject 2019) bu suallara cavab tapmağa imkan verir. Tədqiqat ali məktəb seçimində abituriyentlər
üçün çox
qiymətli resurs rolunu oynayır. Reytinqin nəticələrindən istifadə etməklə gənclər onları maraqlandıran universitetləri
seçə və müqayisə apara bilərlər.
QS-in 2019-cu illik
reytinqinə
dünyanın 78 ölkəsindən
1222 ali məktəb cəlb olunub. Tədqiqatda ali məktəblərin 48 fənn üzrə
mövqeyi əks olunub. Tədqiqat gedişində dünyanın
83 min aliminin 1.25 milyon rəyi nəzərə alınıb. 22
milyon elmi məqalə və onlardan
150 milyon sitatgətirilmə
təhlil olunub. Bundan əlavə, ali məktəblərlə
bağlı 42 min işəgötürən
arasında sorğu keçirilib. Tədris olunan hər bir fənn üçün
qiymətləndirmə meyarları
kimi - akademik cəmiyyətin, işəgötürənlərin
rəyləri,
elmi məqalələrdən
sitatgətirilmə indeksi,
Xirş əmsalı əsas götürülüb. Tərtibçilər
ali məktəbləri
qiymətləndirərkən müəllim və tələbələrin Scopus/Elsevier biblioqrafiya verilənlər
bazasından əldə
olunmuş məlumatlar
əsasında elmi məqalələrindən sitatgətirilmə
indeksini əsas götürüblər.
Dünyanın ixtisas hazırlığı
üzrə ən yaxşı ali məktəblərinin reytinqinə ABŞ-ın
Harvard Universiteti başçılıq
edir.
Əsas
tendensiyalar:
* İxtisas hazırlığı
sahəsində bir nömrəli Amerika universitetlərinin sayı
2019-cu ildə 2018-ci ilə
nisbətən 34-dən 28-ə düşüb:
* Harvard Universiteti dünya səviyyəli liderdir, 12 ixtisas üzrə ilk sırada yerləşir, daha sonra 11 ixtisas üzrə Massaçusets
Texnologiya İnstitutu
(MİT) gəlir;
* İsveçrə dünyanın
üçüncü ən
yüksək təhsil
sistemidir. Sürix Texnologiya İnstitutunun (ETH Zürih)
ən diqqətçəkən uğuru
onun ABŞ və Böyük Britaniya universitetlərinin
üst sırasında
- ilk 10-da yer
almasıdır;
* Brextin qeyri-müəyyənliyinə
baxmayaraq, Böyük
Britaniyanın reytinqdə
mövqeyi sabit olaraq qalır, birinci yerdə təmsilçilik
payını 10-dan 13-dək artırıb və bütün sahələrdə
tədqiqatların nəticələrini
yaxşılaşdırıb;
* Sinqapur Asiyada ən yaxşı təhsil sisteminə malikdir. Bu ölkənin
reytinqdə təmsil olunan ali
məktəblərinin sayı
region universitetlərinin ümumi
sayından 10 dəfə
çoxdur;
* Çin rəqabət qabiliyyətliliyini artırmaqda
davam edir, bu da 50-yə yaxın hazırlıq istiqamətində daha yüksək nəticə deməkdir;
* Braziliya Latın Amerikası regionu üzrə orta dərəcədə yüksək
fəallıq göstərir.
Tədqiqat dünyanın ixtisas sahələri üzrə
lider olan 4 ali təhsil müəssisəsinin aparıcı
mövqeyini üzə
çıxarıb. Harvard Universiteti
12, Massaçusets Texnologiya
İnstitutu 11, Oksford Universiteti 6, London Universitet
Kolleci 2 ixtisas hazırlığı istiqaməti üzrə liderdir.
Reytinqin
ilk 10-luğunda aşağıdakı ölkələr yer alıb: 1. ABŞ (234 ali məktəb), 2. Böyük Britaniya (137 ali məktəb), 3. İsveçrə (22 ali məktəb), 4. Avstraliya (18 ali
məktəb), 5. Kanada
(15 ali məktəb),
6. Sinqapur (14 ali
məktəb), 7. Niderland
(12 ali məktəb),
8. İtaliya (6 ali məktəb), 9. Materik Çin (4 ali məktəb),
10. İsveç (4 ali məktəb).
2019-cu ilin nəticələri göstərir ki, bütün
dünyada rəqabətin
güclənməsi hesabına
ABŞ-ın rolu zəifləyir.
QS-in tədqiqatlar üzrə
direktoru Ben Sauter tədqiqatın nəticələrini
belə şərh edir: “Reytinqdə müşahidə
etdiyimiz ən mühüm məqam, çox
güman ki, Birləşmiş Ştatların
üstünlüyünün qəti şəkildə sınmasıdır. 2015-ci ildən
ABŞ əsas benefisiarları - Çin
daxil olmaqla, Avstraliya və Birləşmiş
Krallıqdakı tədqiqat
bölmələrinin 10%-ni itirib. Böyük Britaniyada tədqiqatların
nəticələri maliyyələşdirmənin
əhəmiyyətli ixtisarına
baxmayaraq, yüksək
olaraq qalır. Hərçənd ki, Britaniyanın
Avropa Birliyi ilə elmi əməkdaşlığının
da bu uğurun
əldə olunmasında
töhfəsini azaltmaq
olmaz”.
Mühüm nəticələrdən biri də aşağıda
adları çəkilən
ali məktəblərin
konkret bir ixtisas sahəsi üzrə lider mövqedə olmalarıdır: Britaniya Kolumbiyası, Kembric Universiteti, Kolorado Dağ-Mədən Məktəbi,
ETH Lozanna Məktəbi, ETH Sürix Məktəbi, Culiyard Məktəbi, Karolinsk İnstitutu, Lafboro Universiteti, Kral İncəsənət Kolleci,
Kral Baytarlıq Kolleci, La Sapienza, Stenford, Amsterdam,
Vyana Musiqi və ifaçılıq, Pensilvaniya, Pitsburq, Susseks, Vagingen universitetləri.
Rusiya universitetləri
2018-ci ildə itirmiş
olduqları mövqelərini
bir qədər yaxşılaşdıra biliblər.
25 ali məktəb ayrı-ayrı ixtisas istiqamətləri üzrə
dünyanın ən yaxşı 100 ali məktəbi sırasına
düşə bilib.
M.V. Lomonosov adına
Moskva Dövlət Universiteti reytinqdə Rusiyanın liderlik edən təhsil müəssisəsi kimi qalır. MDU beş müxtəlif
ixtisas üzrə
top-50-liyə daxil olub:
linqvistika (23-cü yer),
fizika və astronomiya (26-cı yer), müasir dillər
(33-cü yer), riyaziyyat
(34-cü yer), kompüter
elmləri və informasiya sistemləri
(48-ci yer). Rusiyanın
yalnız bir universiteti
dünyanın top-20-liyinə daxil olub. Sankt-Peterburq Dağ-Mədən
Universiteti dağ-mühəndislik işi üzrə 19-cu yeri tutub.
QS-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaytsevanın sözlərinə
görə, “son 15 ildə
ilk dəfə Rusiya
ali məktəbləri
elmmetrik göstəricilər üzrə əla nəticələr göstəriblər.
Məhz elmi məqalələrdən sitatgətirmə indeksi ali məktəbin göstəricilərinin yaxşılaşması
üçün ən
mürəkkəb kriteriyalardan
biridir. Bu il adıçəkilən
indikatorun artımı
orta dünya göstəricilərini aşıb”.
Qeyd edək ki, dünya universitetlərinin bilik sahələri üzrə QS World University Rankings by Subject reytinqi 2011-ci ildən dərc edilir. Bu reytinq
işəgötürənlərə, tələbələrə, valideynlərə
və müəllimlərə
dünya üzrə hansı universitetin keçilən hər bir fənn üzrə
ən yaxşı olmasına dair tam və ən dolğun məlumatlar əldə etmək imkanı verir.
Dünyanın ixtisas hazırlığı
sahəsində ən
yaxşı universitetlərinin
reytinq vəziyyəti
ilə
www.topuniversities.com/subject-rankings/2019 səhifəsindən
daha yaxından tanış olmaq olar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2019.-
15 mart.- S.16.