“Mən Qarabağı çəkirəm”

 

İsmət Mirzəli: “Rəsmlərimdə milli üsluba üstünlük verirəm”

 

Oxucularımıza təqdim etdiyim növbəti həmsöhbətim İsmət Mirzəli də başqa həmyaşıdları kimi  istedad və bacarığı ilə  diqqəti cəlb edən,   məşğul olduğu  rəsm dərnəyində, təhsil aldığı məktəbin seçilən nümunəvi bir şagirddir. Çoxlu sayda respublika və beynəlxalq müsabiqələrin  birincilik sevincini yaşayan yeniyetmə rəssamın yaratdığı  canlı tablolara baxanda  qürur hissi keçirməmək mümkün deyil. Bəli, estafeti  bu gün  yaradıcı yeniyetmə və gənclər həvəslə davam etdirir. Klassik rəssamlıq sənətinin sirlərini öz fırçalarında yaşadan istedad sahiblərindən biri olan İsmətlə növbəti məşğələdən sonra elə dərnəyin qarşısındaca görüşüb söhbətləşdik. Dilli-dilavər qız danışdıqca sanki  əsl sənət adamı ilə həmsöhbət olduğumu zənn edirdim.

 

5 yaşımda  artıq  rəsm dərnəyinin üzvü  idim

 

2004-cü ildə Bakıda anadan olmuşam. Rəsm çəkməyə həvəs  məndə 4 yaşımda yaranıb. Atam mənə çoxlu rəngli karandaşlar alırdı. Mən onlardan məharətlə istifadə edərək qeyri-adi  rəsmlər  çəkirdim. Uşaq bağçasında çəkdiyim   Qız”, “Ana”,   Meşə”, “Təbiət  mənzərələri  rəsmlərim tərbiyəçi müəllimlərimin  xoşuna gəlirdi. Valideynlərim  bu  marağımı    görüb  məni   6 yaşımdan  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm  dərnəyinə  yazdırdılar    elə o  gündən həmin  dərnəkdə məşğul oluram. Bu sənətin  sirlərini, dərin fəlsəfəsini isə sonradan rəsm  müəllimim   Nərmin Abdullayeva mənə  mənimsədib.  Hazırda müxtəlif  mövzularda  çəkdiyim 150-dən artıq rəsm əsərim var. 2017 -ci ildə  yağlı boya ilə  işlədiyim “Hind qızırəsmim isə  parlaq yaradıcılıq nümunəm sayıla bilər.

 

Qızıl medal  qazandım

 

 Təvazökarlıqdan uzaq olsa da deyəcəyəm ki, həmin  rəsmdən özüm zövq aldım. Müəllimim Nərmin  xanım  da onu çox  bəyənmişdi. Biz yanılmamışdıq, çünki məhz həmin  rəsm əsərim Hindistanda keçirilən beynəlxalq gənclər uşaqların  rəsm  sərgisində   I yeri qazandı  qızıl medala layiq görüldüm. Elə sevinirdim ki! Bu, mənim ilk mükafatım idi. Özü   qızıl medal, I yer. Əlbəttə ki,  bu uğurum məni daha da yaxşı çalışmağa , daha məsuliyyətli olmağa  ruhlandırdı. Qeyd edim  ki, uğurlarıma müəllimimlə  bərabər anam da sevinir. Çünki  həvəskar rəssam  olan anamın da üzərimdə zəhməti az olmamışdı bu gün var. O, həmişə evdə  işləyərkən rəngləri  seçməkdə  mənə dəstək olur. Deyir ki, qızım, mənim arzularımı  sən gerçəkləşdirirsən. Sən mənim xoş xəyallarımın gerçək bir nümunəsisən.

 

Sevincimdən özümə yer tapa bilmirdim

 

 2017-ci il yanvarın 29-da  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  yetirmələrinin mükafatlandırma mərasimi keçirilirdi.  Mən   həmin tədbirdə  iştirak edirdim.  Mərkəzimizin direktoru  Lalə Qəti  yetirmələrinin  beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs etdi.  Bildirdi ki, mərkəzin yetirmələri beynəlxalq müsabiqələrdə  birincilik qazanaraq  qızıl medala,  diplomlara layiq görülüblər. Adımı  direktorun dilindən eşitcək, həyəcanlandım. Doğrusu,  sevincimdən özümə yer tapa bilmirdim. Həmin gün  mükafatlandırma mərasimi  olduqca  maraqlı  keçdi, unudulmaz anlar  yaşadım.  Qaliblərə  medal, diplom hədiyyələr təqdim etdilər.  MərkəzinAzəri incilərirəqs qrupunun ifasında milli dünya rəqslərindən ibarət musiqi nömrələri  təqdim olundu.

 

Mənim Azərbaycanımrəsm  müsabiqəsinin qalibi oldum

 

Məndə  fantaziya güclüdür. Bir əsəri işləyərkən xeyli düşünürəm. Təbii olaraq çalışıram  ki, çəkdiyim  hər bir rəsm  bəyənilsin, onları  seyr edən tamaşaçı xəyallara dalsın,  düşünüb-daşınsın, mənim xəyal dünyamın qanadlarında  nağıl  dünyalarına qovuşsun. Müxtəlif illərdə keçirilən rəsm sərgilərinə qatılmışam   uğurlar qazanmışam. “Mənim Azərbaycanımadlı  rəsm  müsabiqəsində   rəsmlərim  bəyənildi  fəxri fərman qazandım. Bu rəsmimdə rəngli  boyalardan daha çox istifadə etmişdim. Rəfiqələrim  Mələk, Əzəmət   mənimlə idilər. Onlar da tez-tez beynəlxalq rəsm müsabiqələrinə qatılırlar.

 

Məktəbimin adını ucaltmışam

 

Eşidəndə ki, ölkəmizdəDostluğun sehriadlı II beynəlxalq uşaq rəsm müsabiqəsi keçiriləcək, sevindim.  Ölkəmizin adət ənənələrirəsmimi təqdim etdim,  III  yeri tutdum  diplomla mükafatlandırıldım.  Müəllimlərim, dostlarım, hər kəs məni təbrik etdi. Çiçək dəstələri, bukletlər,  hədiyyələr  təqdim etdilər.  Qürur duyuram ki,  təhsil aldığım məktəbin adını ucaltmışam   sevimli     Nərmin müəllimimin etimadını doğrultmuşam. O da  zəhmətinin hədər getmədiyinə, qazandığım uğurlara mənim qədər sevinir, bütün istedadlı  şagirdləri ilə fəxr edir.

 

Gələcəyi necə görürəm?”

 

 Belarusda  keçirilənGələcəyi necə görürəm?”  adlı sərgidə    nümayiş olunan   rəsmlərim  sərgiyə baxmağa gələnlərin,  münsiflər heyətinin diqqətini  daha çox cəlb etdi   I  yerə layiq görüldü.  Bu əsərdə  rənglərdən məharətlə istifadə etmişdim.  “IV İslam Həmrəyliyi Oyunlarına dəstək olaqadlı tədbirdə    iştirak edərək diplomla mükafatlandırıldım.  Rəssamlıq sənəti  istedad tələb edən  məsuliyyətli, incə, həssas bir sahədir. Rəsmlərimdə  milli üsluba, qrafikaya daha çox üstünlük  verirəm.  Arzu istəklərimi çəkdiyim   rəsmlərdə  ifadə etməyə  çalışıram   müəyyən qədər  nail oluram.

 

Belə bir şəhər var idi

 

Fransada keçirilənAzərbaycan nağıllarırəsm sərgisinə  göndərdiyim  Tıq-tıq  xanımrəsmim diploma layiq görüldü.  Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuşMən Qarabağı çəkirəmrəsm müsabiqəsində II yeri qazandım. Rəsmlərimdə vətənpərvərlik mövzusunu daha qabarıq şəkildə təsvir etmişdim.  Nizami rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən   Xocalı  soyqırımını unutmaadlı rəsm müsabiqəsindəBelə bir şəhər var idiürəkdağlayan rəsmim  tamaşaçıları heyrətləndirdi   II yeri qazanaraq diplomla  mükafatlandırıldım.

 

Ən  böyük arzum fərdi sərgimi görməkdir

 

Çalışacağam  gələcəkdə beynəlxalq müsabiqələrə tez-tez qatılım.    Hər bir rəssamın  ən böyük arzusu əsərlərinin, yaradıcılıq nümunələrinin  sərgisini keçirməkdir. Fərdi sərgimi nəzərdə tuturam. Onu  necə arzuladığımı inanın ki, sözlə ifadə edə bilmirəm. Ancaq  bunun üçün öz üzərimdə  səylə  çalışıram. Yəni bu, sadəcə bir arzu deyil, zəhmətimin bəhrəsini  görmək arzusudur.

Yeri gəlmişkən qeyd edim ki hazırda  paytaxtdakı 229 nömrəli tam orta məktəbin  IX sinfində təhsil alıram. Humanitar elmlərə daha çox  maraq göstərirəm.  Arzum  orta məktəbi bitirdikdən sonra  Dövlət  Rəssamlıq Akademiyasına qəbul  olunmaqdır.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2019.- 15 mart.- S.13.