Musiqi Kollecinin tələbələrinin konserti
Mayın
6-da Rəşid Behbudov
adına Dövlət
Mahnı Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecinin tələbələrinin ulu
öndər Heydər
Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konserti olub. Nəsimi Rayon İcra Hakimiyyəti və Musiqi Kollecinin birgə təşkil etdiyi konsertdə kollecin professor-müəllim
heyəti, tələbələr,
Azərbaycan Milli Konservatoriyasının rektoru,
Xalq Artisti, professor Siyavuş Kərimi, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Musiqi Kollecinin direktoru Nazim Kazımov ümummilli lider Heydər Əliyevin təhsil və müəllim haqqında səsləndirdiyi
fikirlərdən sitat
gətirib. Dahi şəxsiyyət Heydər Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi
diqqət və qayğıdan söhbət
açan Nazim Kazımov ümummilli liderin anadan olması ilə bağlı kollecdə hər il
olduğu kimi bu il də
silsilə tədbirlər
keçirildiyini diqqətə
çatdırıb. Bildirilib ki, Heydər
Əliyev siyasi hakimiyyətdə olduğu
bütün dövrlərdə
müstəqil Azərbaycan
dövlətçiliyinin formalaşdırılması
və daha da möhkəmləndirilməsində
misilsiz xidmətlər
göstərib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif
Əsgərov da tədbirdə çıxış
edərək ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz
xidmətlərindən danışıb. Qeyd edib
ki, Heydər Əliyev dövlət müstəqilliyimizin itirilməsi
və ölkəmizin
parçalanması təhlükəsi
yarandığı bir
dövrdə xarici və daxili qüvvələrin məkrli
cinayətkar hərəkətlərinin
qarşısını almaqla
sabitlik və əmin-amanlıq şəraiti
yaratmışdır. A.Əsgərov ümummilli lider
Heydər Əliyevin Azərbaycan xalqının
tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən
olduğunu və qədirbilən xalqımızın
qəlbində daim yaşayacağını bildirib.
Çıxışının sonunda A.Əsgərov kollecin aprel ayında müxtəlif beynəlxalq müsabiqələrdə
qalib olmuş tələbələrini təbrik,
qaliblərə diplom təqdim olunub.
Konsert proqramına
kollecin tələbələrindən
ibarət, bədii rəhbəri və dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzayev olan Estrada simfonik orkestrinin ifasında Fikrət Əmirovun “Aşıqsayağı” kompozisiyası
ilə başlanılıb. Sonra
tələbələrin ifasında Azərbaycan və dünya bəstəkarlarının biri-birindən
maraqlı əsərləri səsləndirilib. III kurs tələbəsi Rəqsanə
Ağayevanın ifasında səsləndirilən Şahnaz təsnifi,
tələbələrin müxtəlif alətlərdə
solo ifaları iştirakçılarda xoş ovqat yaradıb. Konsert proqramının sonunda
kollecin xor kollektivinin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı”, Üzeyir Hacıbəylinin “Ey
Vətən” əsərləri səsləndirilib.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2019.-
9 may.- S.16.