Azərbaycanın qızıl beyinləri

 

Beynəlxalq olimpiadalara peşəkar və məsuliyyətli hazırlıq gedir

 

Əjdər Fərzullazadə hazırda X sinifdə təhsil alır. Ötən il dekabrın 10-da Botsvanada təşkil olunan yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO) Azərbaycanı təmsil edən 6 şagirddən biridir. O və dostları dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi bu olimpiadada bilik və bacarıqlarını nümayiş etdirərək 5 bürünc medal qazanıblar.

 Dediyinə görə, hazırlıq mərkəzində məşğələlərə elə bu yarışa hazırlaşmaq məqsədi ilə qatılıb. 2018-2019-cu tədris ilindən, oktyabr ayının əvvəllərindən Beynəlxalq Elm Olimpiadasının hazırlıq prosesinə cəlb olunub. Bu məqsədlə öncə seçim turuna qatılıb və seçilən 35 şagirddən biri olub. Əjdər bir ay kimya, fizikabiologiya üzrə əlavə hazırlıq keçib. Bir aylıq hazırlıqdan sonra daha bir seçimə qatılıb. Bu dəfə olimpiadaya gedəcək 6 şagirddən biri olub. Daha bir aylıq intensiv məşğələdən sonra olimpiadaya gediblər və 6 nəfərdən 5-i bu yarışdan bürünc medalla qayıdıb.

 

“Məşğələlərə qatılmadan hər hansı beynəlxalq

yarışda fərqlənmək çətin olardı”

 

Beynəlxalq yarışda iştirakoradan nəticə ilə qayıtmaq o qədər də asan məsələ deyil. Bir neçə gün çəkən olimpiadada 6 şagirdlə iştirak həftələrlə, aylarla çəkən uzun, çətin və intensiv hazırlıq prosesi tələb edir. Şagirdlər dərinləşdirilmiş proqram əsasında intensiv məşqlərə cəlb edilirçox ciddi hazırlıq mərhələsindən keçirlər. Keçdiyi bu prosesi xatırladan Əjdərin fikrincə, beynəlxalq yarışdakı uğurunda hazırlıq mərkəzində keçdiyi məşğələlərin rolu çox böyükdür: “2018-ci ildə keçirilən Respublika Fənn Olimpiadasından və beynəlxalq yarışlara seçim imtahanlarından uğurla çıxdım. Amma Fizika, riyaziyyatinformatika təmayüllü liseydə təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq mərkəzində məşğələlərə qatılmadan hər hansı beynəlxalq yarışda fərqlənmək çətin olardı. Buradakı məşğələlərin fərqi həm də ondadır ki, şagirdlər də istedadlı və ayrı-ayrı fənlər üzrə xüsusi məşğul olan uşaqlardır. Belə ki, hər hansı məsələni uşaqlar öz aralarında da müzakirə edib müəyyən nəticəyə gələ bilirlər. Müəllimlərimiz isə həm olimpiada təcrübəsi olan, həm də bilikli insanlardır. Bizimlə işləmək onlar üçün çətin olmur”.

Kimya fənni üzrə 1 həftədir intensiv məşqlərə başladıqlarını deyən Əjdər artıq növbəti beynəlxalq olimpiadanın - aprel ayında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının seçim mərhələsinə hazırlaşır. Yanvarın 26-da Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək şagirdləri müəyyənləşdirmək məqsədilə imtahan keçiriləcək. Əjdər deyir ki, bu seçmələrdən keçərsə, həmin yarışa göndəriləcək 4 və ya 6 nəfərdən biri olacaq.

 

Bu hazırlıq mənə proqramlı işləməyi öyrətdi”

 

Yanvarın 26-sı Xanım Yaqublu üçün də həyəcanlı gün olacaq. Əjdər kimi yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasından medalla ayrılan Xanım uğura gedən bu yolu necə keçdiyindən danışır: “Olimpiada öncəsi ciddi hazırlaşdıq. Bakı Mühəndislik Universitetində kimya-biologiyadan, Fizika, riyaziyyatinformatika təmayüllü liseyin laboratoriyasında isə fizika üzrə təcrübə keçdik. 4 gün ərzində olimpiadada verilə biləcək məsələlər üzərində çalışdıq. Bu, bizə müəyyən qədər olimpiada məsələsi həll etmə təcrübəsi qazandırdı”.

Xanım deyir ki, olimpiadalara hazırlıq hər bir məktəblinin həyatında xüsusi rola malikdir. Bu, sadəcə, uğur qazanmaq və həmin uğur sayəsində ali məktəblərin qapılarının üzünə açılması deyil, həm də insanın özünün bəzi keyfiyyətlərinin inkişafı deməkdir: “İnsanın dünyagörüşü dəyişir. Hadisələrə fərqli yanaşır. Beynəlxalq olimpiadaya hazırlıq prosesində insan sürətli işləməyi və gündəlik işini proqramlaşdırmağı öyrənir. Bu hazırlıq mənə ən çox proqramlı işləməyi öyrətdi. Məsələn, elm yarışına hazırlıq məqsədilə bir aya 3 kitabı oxuyub bitirməli idik. Müəllim ən yaxşı kitabları seçib vermişdi. Adi vaxtlarda bir kitabı bir ilə ancaq oxuyuram. Ancaq verilən 3 kitabı bir ayda bitirdim. Üstəlik, heç bir işimi təxirə salmadan”.

 

Onları olimpiadalara kimlər hazırlaşdırır?

 

İstedadlı uşaqlarla işləmək o qədər də asan deyil. Üstəlik, həmin istedadlı şagird beynəlxalq yarışlara qatılacaqsa...

Dünyanın ayrı-ayrı ölkələrindən ən istedadlı və hazırlıqlı şagirdlərlə birgə girdikləri bilik yarışından qalib çıxmaları üçün Azərbaycan məktəbliləri də düzgün istiqamətləndirilməli, müvafiq şərtləri ödəməlidirlər. Bunun üçün tələb olunan kadr ehtiyacı isə müxtəlif yollarla təmin edilir. İstər orta ümumtəhsil məktəblərində çalışan müəllimlər, istərsə də universitetlərin professor və müəllimlərindən bu prosesə cəlb edilənlər var.

Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayevin sözlərinə görə, bölgələrdəki məktəblərin şagirdləri fərqləndiyi kimi, müəllimlərdən də diqqəti çəkənlər var: “Məsələn, Neftçalanın Xilli kənd məktəbinin müəlliminin şagirdləri hər yarışda yer tutur. Neftçala, Gəncə, Xaçmaz rayonlarından olan 5-dən çox belə müəllim var ki, onlar qrant layihəsi çərçivəsində istedadlı uşaqları hazırlaşdırırlar”.

Fuad Qarayev bildirir ki, uşaq hazırlaşdırdığı üçün Bakıya gələ bilməyən müəllimlər elə yerlərdəcə fənn müsabiqələrində fərqlənən şagirdlərin hazırlığına cəlb olunacaq. Ətraf rayonlardakı istedadlı uşaqların hazırlığı da həmin müəllimlərə yönləndiriləcək. Nəzərdə tutulub ki, Bakıda və rayonlarda xüsusi siniflər yaradılsın və istedadlı uşaqların yetişdirilməsində belə müəllimlərdən istifadə edilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb və 15-ə yaxın rayonda belə siniflərin təşkili reallaşıb.

 

Ali məktəb müəllimləri hazırlıq

prosesinə həvəslə qatılırlar

 

 Olimpiadalara hazırlıq prosesinə ali təhsil müəssisələrinin müəllimləri daha çox cəlb edilir. Məsələn, BDU-nun professoru Naqif Nəbiyev fizika, İqrar Nəzərov kimya, AMEA Botanika İnstitutunda çalışan Rəşad Səlimov, Xəzər Universitetinin professoru Nazim Kərimov riyaziyyat fənlərindən hazırlıq prosesində fəal iştirak edirlər. Bu işdə keçmiş olimpiada qalibləri olan tələbələr də fəaldırlar. Yerli və beynəlxalq olimpiadaların qalibi və iştirakçısı olan gənclərin biliyindən bu istiqamətdə geniş istifadə olunur.

Məsələn, Beynəlxalq Kimya Olimpiadasının qalibi, Moskva Dövlət Universitetinin aspirantı Milana Ağayeva, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi İsmət Ağayev, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi, ABŞ-ın Stenford Universitetinin PHD məzunu Cəfər Cəfərov, Beynəlxalq Fizika Olimpiadasının qalibi Şəmistan Lətifov, Latın Amerikasının ən böyük universiteti, Meksikada yerləşən UNOM Universitetinin professoru Mübariz Qarayev azərbaycanlı şagirdləri beynəlxalq olimpiadalara hazırlaşdıranlar arasındadır.

Təcrübə göstərir ki, şagirdlərin olimpiadalara hazırlığında olimpiada yolu keçmiş şəxslərin iştirakı daha yaxşı nəticələr verir. Bu səbəbdən keçmiş olimpiada qaliblərini Bakıdakı hazırlıq mərkəzlərində görmək mümkündür. Elə bu günonlardan biri buradadır. Özü hələ tələbə olan bu şəxs - Koreya Qabaqcıl ElmTexnologiya İnstitutunun II kurs tələbəsi Mirəli Əhmədli olimpiadalarla VII sinifdən maraqlanmağa başlayıb: “VIII sinifdən beynəlxalq olimpiadalara hazırlaşmağa başladım. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına qatılaraq bürünc medal qazandım”.

Mirəli qatılması mümkün olan bütün olimpiadalarda iştirak edib. Dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almasında da əldə etdiyi bu nailiyyətlərin böyük rolu olub. Universitetdə qış semestri olduğundan 2 ay Bakıda qalacaq. Bu fürsətdən istifadə edərək burada uşaqlarla məşq keçəcək: “Ötən il də qış tətilimi burada keçirdim. Həm təcrübəmi, biliyimi uşaqlarla paylaşıram, həm də müəllim kimi məşğul olduğum müddətdə özüm də öyrənir, biliyimi yeniləyirəm. Hesab edirəm ki, bir neçə il əvvələ nisbətən indi bu sahə bir az da inkişaf edib. Olimpiadaya hazırlıq keçən müəllimlərin sayı artıb. İndi bir həftədə bir neçə müəllimlə sürətli hazırlıq keçmək və qısa müddətdə istəyinə nail olmaq mümkündür”.

 

Olimpiada tez və effektiv həllər öyrədir

 

İsmət Ağayev də tələbədir. O da olimpiadalara hazırlıq prosesində fəal iştirak edir. 695 balla Bakı Ali Neft Məktəbinə daxil olan İsmət artıq IV kurs tələbəsidir. Orta məktəb şagirdi olarkən respublika fənn olimpiadasında gümüş medal qazanıb. Sonra beynəlxalq yarışa qatılıb. Seçmə mərhələsində birinci yer tutan İsmət IX sinifdə oxuyarkən Türkiyədə keçirilən yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına qatılmaq şansı qazanan 4 məktəblidən biri olubgümüş medal qazanıb. Beynəlxalq yarışlarda gümüşbürünc medallar, respublika fənn olimpiadalarında gümüş, qızıl medallar qazanaraq hətta “Birincilərin birincisi” nominasiyası üzrə də mükafatlandırılıb. O da beynəlxalq olimpiada təcrübəsinin həyatındakı rolunu çox yüksək qiymətləndirir: “Olimpiada bilikləri insana hər hansı problemi tezeffektiv şəkildə həll etməyi öyrədir. Olimpiada iştirakçısı və qalibi olanlar çıxış yolunu digərləri ilə müqayisədə daha tez tapırlar. Bu da olimpiadanın insana qazandırdığı ən qiymətli xüsusiyyətdir”.

İsmət hazırlıq keçdiyi uşaqlarla bağlı daha yüksək fikirdədir: “Hələ yaşları az olduğundan elə də çox şey bilmirlər. İnanın ki, bu uşaqlar X-XI sinifdə artıq məndən çox biləcəklər. Bu uşaqların arasında istedadlı və çalışqan olanları çoxdur. Bizim X-XI siniflərdə mənimsədiklərimizi onlar artıq VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var. Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub. İnanıram ki, növbəti imtahanda birinci olacaq”.

 

Olimpiadaçıların ən balacası

 

İsmət Ağayevin barəsində qürurla danışdığı kiçik qızla biz də tanış olduq. Meksikada anadan olan, VI sinfədək həmin ölkədə təhsil alanolimpiadalara qatılaraq uğurlar qazanan Fidan Qarayeva ailəsinin Bakıya gəlişi ilə sadəcə yaşayış yerini yox, mühitini, dostlarını, hətta tədris dilini də dəyişib. Fidan Qarayeva Bakıda azərbaycanca təhsil alır. Fikrini bir az çətin ifadə etsə də, artıq Azərbaycan dilində imtahan verərək uğur qazanıb. Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə təhsil alır. Fidan Bakıda seçim mərhələsində iştirak edibolimpiadalara hazırlıq mərkəzində məşq keçmək hüququ qazanıb. Hazırda yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına hazırlaşır.

Mütəxəssislər hesab edirlər ki, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır. Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan müəllimləri VII sinif şagirdi Fidanın da tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına əmindirlər.

 

Xaricdən müəllimlər dəvət edilir

 

Yuxarı yaş qrupunda olan şagirdlərin hazırlığında daha yüksək nəticələrə nail olmaq üçün mütəmadi olaraq ayrı-ayrı ölkələrdə çalışan, olimpiadalara hazırlıq sahəsində təcrübəsi olan müəllimlər dəvət edilir. Hazırda Moskva Dövlət Universitetinin 2 müəllimi Bakıdadır.

Milana Ağayeva Moskva Dövlət Universitetinin Bakı filialında həm bakalavr, həm də magistr təhsili alıb. Hazırda həmin universitetdə aspirantdır. Sumqayıtda 34 nömrəli orta məktəbi bitirən Milana Ağayeva X-XI siniflərdə oxuyarkən olimpiadalarda iştirak edib. 2012-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb və bu, onun ən uğurlu beynəlxalq yarış təcrübəsi olub. 2013-cü ildən beynəlxalq olimpiadalarda elmi müşahidəçi kimi iştirak edir: “Hazırda fiziki-kimyadan dərs deyirəm. Olimpiadada fiziki, üzvi, qeyri-üzvi kimyadan, analitik kimyadanbiokimyadan suallar salınır. Orta məktəb proqramında fiziki-kimya, demək olar ki, yoxdur. Kimyanın bu bölməsi daha çox universitet proqramında tədris edilir. Ona görə də uşaqlarla əlavə hazırlıq keçmək mütləqdir”.

Milana Ağayeva deyir ki, nəzəriyyəni uşaqlar özləri də öyrənə bilərlər, onlara məsələ işləmək, nəzəriyyədə öyrəndiklərini tətbiq etmək öyrədilməlidir. Çünki olimpiadada, demək olar ki, nəzəri suallar olmur.

Milana Ağayeva yarışlara qatılan məktəblilərimizin hazırlıq prosesində ən yaxşı köməkçilərindəndir: “Olimpiadaya hazırlıq tam fərqlidir. Tutaq ki, Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında suallarla bağlı əvvəlcədən ehtimal yürütmək mümkün olmur. Bu yarışda istənilən mövzudan sual düşə bilər. Sualların hansı ağırlıq dərəcəsində olacağını təxmin edir və uşaqları da bu istiqamətdə hazırlayırıq”.

 

Olimpiadaçının öyrənmə yolu

 

Rəşad Məmmədov Bakı Mühəndislik Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Ali məktəbdə təhsil alarkən beynəlxalq olimpiadalara qatılıb. Rəşad hazırlıq mərkəzində uşaqları Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşdırır: “Məncə, uşaqları olimpiadaya hazırlayan şəxs özü olimpiada yolu keçən biri olmalıdır. Olimpiada məsələləri normal məsələlərdən qat-qat çətinləşdirilmiş olur. Vaxt tələb edən, günlərlə fikirləşmək, analiz etmək lazım gələn məsələlərdir. Düşünürəm ki, olimpiadada adi bir müəllimin öhdəsindən gələ bilməyəcəyi məsələlər verilir. Beynəlxalq olimpiadaya hazırlaşan şagirdlər çətin məsələləri həll etməkdə məktəblərdə dərs keçən müəllimlərdən daha üstündürlər. Nəzəri biliklərdə geri qalsalar da, məsələ həllində şagirdlərin daha sürətli və effektli nəticə qazanacaqlarına əmin ola bilərsiniz. Çünki bu şagirdlərin təcrübəsi daha çoxdur. Olimpiadaya hazırlıqda istedad rol oynayır, amma çəkilən zəhmət və təcrübə daha önəmlidir”.

Rəşadın dediklərini valideynlər də təsdiq edir. Məsələn, Ülviyyə Allahverdiyevanın qızı Fizika, riyaziyyatinformatika təmayüllü liseydə oxuyur. Bu tədris ilindən sınaq imtahanlarına qatılaraq hazırlıq mərkəzində məşqlərə başlayıb. Qızının məşğələdən çıxmasını gözləyən ana onun olimpiadalara hazırlıq mərkəzinə həvəslə gəldiyindən, verilən tapşırıqlar üzərində yorulmadan çalışdığından danışır.

Xatirə Cəfərova da uşaqlarını gözləyən valideynlər arasındadır: “Qızım Mədinə Qənbərli riyaziyyatı da, riyaziyyat müəllimini də çox sevir. Uşaqlarımız Şəmsi müəllimə “Eynşteyn” deyirlər. Bilirsiniz ki, hazırlıq mərkəzində dərs proqramından fərqli proqram tətbiq edilir. Çətindir, amma uşaqlar üçün çox maraqlıdır. Uşaqlarımız çox həvəslə hazırlığa gəlirlər. Daim axtarışdadırlar”.

Valideynlər olimpiadalara hazırlığın uşaqlarının gələcəyində mühüm rol oynayacağına şübhə etmirlər. Afət Babayeva VIII sinif şagirdi Nərgiz Əhmədovanın valideynidir. Deyir ki, bu vaxta qədər yaxşı təhsil axtarışında olub, bu məqsədlə daim məktəb dəyişiblər: “Bundan əvvəlki məktəb də keyfiyyətli təhsil verirdi. Ancaq Fizika, riyaziyyatinformatika təmayüllü liseyburada hazırlıq mərkəzinin fəaliyyəti tam ürəyimizcədir. Qızım da təhsilindən, müəllimlərindən çox razıdır. Uşağımın potensialına inanıram və ona dəstək verirəm. Hazırda respublika fənn olimpiadasına hazırlaşır, bundan sonrakı uğurlarının daha böyük olacağını gözləyirəm”.

 

Son söz əvəzi... ya sinerji effekti

 

Hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Həmin olimpiadalara biletlərin alınmasını, şagirdlərin hazırlıq xərclərini Təhsil Nazirliyi qarşılayır. Şagirdlər beynəlxalq yarışlara qatılmaq üçün hər hansı ödəniş həyata keçirmirlər. Burada əsas fəlsəfə həm olimpiadaya hazırlıq üçün sinerji effekti yaratmaqdır.

Təhsil Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Fizika, riyaziyyat, informatika təmayüllü liseydə olimpiada dərsləri keçmək üçün həm ölkəmizin müxtəlif bölgələrindən müəllimlər, həm dünyanın müxtəlif yerlərində təhsil alan, dərs deyən istedadlı həmyerlilərimizin gücü səfərbər olunur.

 

Azərbaycan müəllimi.- 2019.- 11 yanvar.- S.12.