Ölkəni inkişaf etdirən universitetlər

 

ya güclü iqtisadiyyat qlobal reytinqin həlledici faktoru kimi

 

Böyük Britaniyanın Times Higher Education (THE) nəşri dünyanın iqtisadiyyatı inkişaf edən ölkələrinin ən yaxşı universitetlərinin reytinqini (Emerging Economies University Rankings 2019) tərtib edib.

Reytinq inkişaf edən ölkələrin ali təhsil müəssisələrini özündə əks etdirir. Tədqiqatın nəticələri deməyə əsas verir ki, son illər iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrin universitetləri qlobal reytinqdə liderliyi ələ keçiriblər. Tədqiqata dünyanın 43 ölkəsindən (Çin, Hindistan, Cənubi Afrika Respublikası, Braziliya, Argentina, Türkiyə, Qətər, Mərakeş, Macarıstan, Polşa, Çexiya Respublikası, Litva, Estoniyas.) 450 aparıcı universitet cəlb olunub. Reytinqə Çin universitetləri başçılıq edir. Sıralamada ilk 4 yer Çin universitetlərinə məxsusdur. Ümumiyyətlə, qlobal reytinqdə Çin ən çox- 72 ali məktəblə təmsil olunub. İkinci yer 49 ali məktəblə Hindistana məxsusdur. Sıralamanın ilk mövqelərində Koreya, Sinqapur, Honkonq, Malayziya, Braziliya, Cənubi Afrika kimi ölkələrin universitetləri yer alıb.

İnkişaf edən ölkələrdən olan universitetlərin reytinqi xüsusi marağa malikdir, çünki məhz onlar hazırda öz milli ali təhsil sisteminin rəqabətə davamlılığının gücləndirilməsinə ciddi sərmayə qoyurböyük resurslar xərcləyirlər. Praktik olaraq reytinqdə liderlik edən bütün ali məktəblərin təmsil olunduğu ölkələr son iki ildə çox bahalı dövlət proqramlarının təşəbbüskarları qismində çıxış ediblər. 2017-ci ildə Çində “Double First” proqramı start götürüb, 2018-ci ildə isə Hindistan, BraziliyaRusiya da öz analoji layihələrinin icrasının aktiv mərhələsinə daxil olublar. Bu cür situasiyada belə bir reytinqdə irəliləmək son dərəcə çətindir, çünki təkcə yaxşı ali məktəb olmaqla bitmir, həm də bunu rəqiblərdən daha sürətli etmək lazımdır.

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti sıralamada 5-ci yerdədir. Bu mövqe MDU üçün sürpriz deyil. MDU-nun rektoru, akademik V.Sadovniçi: “Ənənəvi olaraq MDU ali məktəblərin beynəlxalq reytinqlərində layiqli göstəricilər göstərir. İnkişaf edən iqtisadiyyata malik ölkələrin ali məktəblərinin reytinqinin tərtib edilməsi gedişində THE nəşri bizim üçün əhəmiyyətli olan bir sıra göstəriciləri – tədris, elmi-tədqiqat fəaliyyəti və biliklərin transferi, həmçinin beynəlxalq əməkdaşlığı nəzərə alır. Bundan başqa, MDU dövlətin həyatında böyük sosial rol oynayır, bu, universitetin, belə deyək, üçüncü missiyasıdır. İndi biz böyük institutların çağırışlarına uyğun olaraq genişmiqyaslı bölmələr yaratmağa deyil, perspektivli tədqiqatlar mərkəzləri yaratmağa başlamışıq. İndi MDU-da onların sayı 6-dır. Onlar artıq dünyanın aparıcı elmi jurnallarında onlarla elmı məqalə nəşr etdiriblər və ticarət şirkətləriylə əməkdaşlıq münasibətləri qurublar. Planlaşdırılır ki, bizim elmi-texnologiya vadisində belə institutların sayı təxminən 45 olacaq. Güman edirəm ki, bu qərar Rusiyada elmin və texnologiyaların sıçrayışlı inkişafına gətirib çıxaracaq.

Qeyd edək ki, Reytinqin metodikası 13 effektivlik göstəricisinə əsaslanır. Onlardan tədris (təlim mühiti), tədqiqatlar (həcmi, gəlir və reputasiya), sitatgətirmə (tədqiqatların təsiri), beynəlxalq qarşılıqlı əlaqə (əməkdaşlar, tələbələr və tədqiqatlar), istehsal fəaliyyətindən (biliklərin ötürülməsi) gəlirləri göstərmək olar.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2019.- 25 yanvar.- S.16.