Eynşteyn Bora qarşı

 

Nils Bor: “Eynşteyn, bəsdir Allaha nə etmək gərəkliyini diktə etdin

 

Dahilik heç də təkcə dünyəvi bir kəşf etmək və dünyəvi bir fikir söyləməklə qazanılmaz. Dahilər hər cəhətdən dünyəvi keyfiyyətlərə malik olanlardır. Onlardan ikisi barədə bu qısa yazını təqdim etməyi lazım bildim.  Adətən, Nobel mükafatları A.Nobelin xatirə günlərində İsveçin paytaxtı Stokholmda verilir. İmkansızlıq nəticəsində  A.Eynşteyn bu mükafatı almağa 1921-ci ildə gələ bilməmişdi.

O, bu mükafatı almağa gələndə  Nils Bor da 1922-ci ildə  Nobel mükafatına layiq   görülmüşdü. Odur ki, hər iki dahi 1922-ci ilin dekabr ayında  Stokholmda mükafatı  almağa dəvət edilmişdi.

 

Otelə gedərkən yolda mübahisə

 

Nobel mükafatının təqdim edilməsi mərasimi başa çatdıqdan sonra EynşteynBor otelə getməli oldular. Otelə gedərkən yolda heç bir zaman başa çatmayacaq mübahisənin təməlini qoydular. Bundan əvvəl də EynşteynBor Berlində görüşmüşdülər. Bor Kayzen Vilhelm İnstitutunda  kvant mexanikasından mühazirə oxuyurdu. Nədənsə onun mühazirələri razılıqla qarşılanmırdı, yeni ideyanı başa düşənlər yox dərəcəsində idi. Bor hər vəchlə çalışırdı ki, onun ideyaları qəbul edilsin. Buna görə də o, gənc fizikləri görüşə dəvət etdi. Feis Qaber villasında keçirilən bu görüşdə  dahilər üz-üzə gəldilər.

Həmin vaxtlarda elmdə bir sıra məsələlər klassik fizika qanunları ilə uyğunlaşmırdı. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Bilhelm Rentgenin 1895-ci ildə kəşf etdiyi rentgen şüaları,1896-cı ildə Arni Bekkerelin təbii radioaktivliyi, 1897-ci ildə TomsonStoneyin elektronu kəşf etmələri yeni elmi nəzəriyyələrin meydana gəlməsinə stimul yaradırdı.

1920-ci illərin başlanğıcında mikrodünyanı araşdıran alimlər belə  fikrə gəldilər ki, mikrodünya makrodünyadan tamamilə fərqlənir. Belə bir vaxtda Nils Bor mikrozərrəciklərin tək halda hərəkəti qanunauyğunluğa ziddir - fikrinə gəldi. Ən yaxşı halda mikrozərrəciyin hərəkət istiqamətini başlanğıcda təxmin etməyə imkan verərdi. Bu, əslində fizikada inqilaba səbəb olan kvant mexanikasının əsasının qoyulması idi.

Əslində, bu ideya Eynşteynin dünyagörüşünə zidd idi, ona görə, dünya Tanrının yaratdığı mütləq harmoniyadan ibarətdir və bu harmoniya zərrəcikləri özündən kənarda saxlaya bilməz.

 

Eynşteyn Borun nəzəriyyəsini ciddi qəbul etmədi

 

Eynşteyn lap əvvəldən sona qədər Borun irəli sürdüyü nəzəriyyəni ciddi qəbul etmədi və ömrünün sonuna qədər onun ziddinə oldu. Ancaq o məlumdur ki, kvant mexanikasının rüşeymi onun tərəfindən irəli sürülmüşdü.

Eynşteyn hesab edirdi ki, mikrozərrəciklər daha diqqətlə araşdırıldıqdan sonra onların qanunauyğun hərəkətlərini təyin etmək mümkün olar.

Kvant mexanikası yaranan ərəfədə Eynşteyn nəzəri fizikanın böhran keçirdiyi qənaətində olaraq, yeni nəzəriyənin yaranmasına ehtiyac olduğunu söyləmişdi. O, deyirdi: “Xoşbəxt o kəsdir ki, bu nəzəriyyənin yarandığını görəcək”.

Ancaq çox qısa bir vaxtdan sonra meydana gələn yeni nəzəriyyələr, onun bütün dünyagörüşünə  zərbə vurdu.

Əslində, dünyanın əksər fizikləri 20-ci illərin ortalarından kvant mexanikası ilə məşğul olmağa başladılar. Bu fiziklər arasında kvant mexanikasının yaradıcısı kimi Nils Bor tanınırdı.

Məşhur alman fiziki Ervin Şredinger Kopenhagendə Borun qonağı olur və təsadüfən xəstələnir. O, Borun evində xəstə yatarkən Bor onu təhrik edir ki, “Şredinger, sən bu nəzəriyyə ilə razılaşmalısan”.

 

Eynşteynin konfransa qatılması

Boru həyəcanlandırırdı

 

Belçikanın paytaxtı Brüsseldə 1927-ci ildə keçirilən Solovi konfransı yeni nəzəriyyəni müzakirə etməli idi.

Eynşteynkonfransa gəlmişdi. Onun konfransa qatılması fizikləri, xüsusən də Boru çox  həyəcanlandırırdı. O, fikirləşirdi ki, Eynşteyn bu nəzəriyyə ilə razılaşsa, bununla da kvant mexanikası problemi öz həllini tapacaq.

Göstərilənlərin əksinə olaraq Eynşteynlə Bor arasında mübahisə elə birinci gün qızğın şəkil aldı.

A.Eynşteyn təkidlə yeni, daha ciddi eksperimentin keçirilməsini təklif edirdi. O, hesab edirdi ki, həmin eksperimenti keçirsələr kvant mexanikası yox olacaq. Buna görə də bütün konfrans iştirakçıları Eynşteyn eksperimentindən danışır, bir qərara gələ bilmirdilər. Konfransın sonuna yaxın Bor Eynşteynə qarşı yeni arqumentlərini ortaya qoydu. Bu arqumentlərlə razılaşmayan Eynşteyn Bora qarşı öz məşhur ifadəsini dilə gətirdi: “Doğurdanmı Siz hesab edirsiniz ki, Tanrı bəxtə-bəxt qumar oynayır”. Bor isə cavabında: “Eynşteyn, bəsdir Allaha nə etmək gərəkliyini diktə etdindemişdi.

Bor sonradan Heyzenberqə demişdi: “Çox faciəli vəziyyət yaranmışdı. Əgər Eynşteyn haqlı olsaydı, o zaman hər şey  yerlə-yeksən olardı”.

Eynşteyn mütləq harmoniyanı ömrünün sonuna qədər müdafiə etdiyindən Bor yuxarıdakı fikri bir neçə dəfə təkrar söyləmişdi.

1930-cu ildə keçirilən Solovi konfransında bu iki dahi arasında daha ciddi bir savaş başladı. Eynşteyn yenə də öz müəmmalı eksperimentini irəli sürürdü. Konfrans başlanmazdan əvvəl öz fikirlərini təkid edirdi. Eynşteynin yeni eksperimenti alimlər arasında təlatüm yaratdı. Bir sıra fiziklər problemi yenidən başlanğıcdan araşdırmağı irəli sürürdülər. Ancaq əvvəldə olduğu kimi Bor Eynşteynin arqumentlərinin əsassız olduğunun üstündə dururdubunun dəhşətli səhnə olduğunu söyləyirdi.

Bütün bunlara baxmayaraq Eynteyn bir neçə il əvvəl Borla görüşmüş Şredinger kimi təslim olmadı.

1933-cü ildə kvant mexanikası araşdırıcıları yenidən Brüsseldə toplaşdılar. Bu forumda Eynşteyn iştirak etmirdi. O, ABŞ-a mühacirət etmişdi. Avropanı tərk etməmişdən əvvəl o, Borun şagirdi Rozenfeldlə görüşmüşkvant mexanikasına dair onunla fikir mübadiləsi aparmışdı. Bu görüşdən sonra Rozenfeld elə fikrə düşmüşdü ki, Eynşteyn Borun arqumentlərini qəbul edir.

Əslində nisbilik nəzəriyyəsinin banisi mikrozərrəciklərin qarşılıqlı hərəkətləri barədə ziddiyyətli fikirləri irəli sürməyinə baxmayaraq, elə təşəvvürlər yaranmışdı ki, ümumi şəkildə kvant mexanikasının tələbləri ilə razılaşır.

Elə buna görə də Bor rahatlıq keçirərək öz nəzəriyyəsini Brüsseldə müdafiə etdiheç bir problem yaranmadı. Amma iki il keçəndən sonra Podolski Rozenlə birlikdə Eynşteynin məqaləsi dərc olundu. Məqalədə kvant mexanikasını kəskin tənqid edən Eynşteyn, demək olar ki, Borun ideyasını məhv etmişdi. Özübunu Borun arqumentlərindən istifadə edərək etmişdi.

Sanki aydın havada göy guruldayıb ildırım çaxdı”, - deyə Rezenfeld  bu hadisəni belə xatırlamışdı.

Boronun əməkdaşları həmin vaxt arxayınlıqla tamam başqa problem üzərində çalışırdılar.

Ancaq məqalənin sensasiya yaratması Nils Boru həyəcanlandırdı. O, əlindəki işi bir tərəfə ataraq Rozenfeldə yenidən kvant problemı ilə məşğul olmağın vacibliyini təkid etmişdi. “Biz hər şeyi yenidən yoxlamalıyıq, hər şey açıq və aydın olmalıdır”. Hər şey isə göründüyündən qat-qat çətin idi. Eynşteynin arqumentlərini təkzib etmək elə də asan deyildi. Nils Bor ciddi şübhələr içində boğulurdu. O, təəccüblə öz-özündən soruşurdu: “Onlar nəyi nəzərdə tuturlar? Siz bunu başa düşürsünüzmü”, - deyə əməkdaşlarından soruşurdu.

Bor həmişəki kimi “Axşamın xeyirindən sabahın şəri yaxşıdır” deyib əməkdaşlarına evə getməyi təklif etdi. Növbət gün Bor Rozenfeldə müəyyən məsələləri diktə etsə də heç bir şeyin sonu görünmürdü. Belə ki, onun öz arqumentləri özünə şübhəli görünürdü. Bor özünə tələsməməyi təlqin etməklə, bütün boşluqları doldurmaq fikrində idi.

Eynşteynə cavabların hazırlanması ay yarım çəkdi. Bor bütün hesabatları sıfırdan başlayaraq yenidən araşdırmaq qərarına gəldi. O, yeni bir şey əlavə etməsə də arqumentlərə daha geniş aydınlıq gətirməyi lazım bildi. Bu hesabat Borla Eynşteyn arasındakı fəlsəfi ziddiyyəti daha aydın bir şəkildə ortaya qoydu. Xeyli vaxt keçəndən sonra Eynşteyn Moris Soloviyə kvant mexanikası sahəsindəki nəzəriyyəçilərin doqmatik materializmindən şikayətlənmişdi.

 

“Əgər Eynşteyn haqlı olsaydı”

 

Yeni hesabatını təqdim edən Bor “Əgər Eynşteyn haqlı olsaydı…” kəlamını söyləmişdi.

Bu iki dahinin savaşı Eynşteynin ölümünə qədər davam etdi. Onlar ABŞ-da Prinstonda birlikdə çalışdıqları vaxtlarda belə fasilə vermədən mübahisə edirdilər. Bor da Hitlerin Danimarkanı işğalından sonra məcburiyyət qarşısında Amerikaya mühacirət etmişdi. ABŞ-da olarkən  dostu Heyzenberq ona baş çəkməyə gəldi. Heyzenberq Almaniyada atom bombası üzərində çalışan qrupun rəhbəri idi. O, Boru öz qrupuna dəvət etsə də Bor  bu dəvətdən qəti şəkildə imtina etdi. Bundan hiddətlənən nasistlər Boru oğurlamaq qərarına gəldilər. Belə bir  vəziyyətdə ingilislər Boru gizli yolla Londona gətirdilər.

Londona gətirilən N.Bor atom bombası üzərində çalışmağa başlayır. 1944-cü ildə onu saxta sənədlə ABŞ-a gətirirlər. O, burada atom bombası tədqiqatçılarına  məsləhətlər verirdi.

Bor Ruzvelt və Çörçillə atom bombasının sirrini Stalinə bildirmələrini təklif edir. Bundan sonra ondan rus agenti kimi şübhələnirlər. Borla Çörçillin görüşməsini təklif edən feldmarşal Smes Çörçillə belə deyir: “Onunla görüşmək, Sekspirlə, ya da Napoleonla görüşmək kimi bir şeydir”.

Belə bir vəziyyətdə də onun Eynşteynlə olan mübahisəsi davam edir.

Əslində, bu həmin dövrdə elmin, xüsusən, fizikanın inkişafına səbəb olurdu.

Eynşteynlə Borun arasındakı ciddi savaşın mahiyyətində nisbilik nəzəriyyəsinin banisinin kosmik bədən nəzəriyyəsinin müəllifi kimi enerjinin mütləq harmoniyadan doğduğuna inanması dururdu. O, klassik fizikanın ən önəmli kəşflərindən olan, böyük rus alimi M.V.Lomonosov tərəfindən irəli sürülən “enerji heçdən yaranmır, itmir, bir formadan başqa formaya keçir” postulatını  birmənalı şəkildə qəbul edirdi.

Eynşteynə görə, mikrozərrəciklər daha diqqət və daha ciddiyyətlə araşdırılmalıdır. Məhz belə halda mikrozərrəciklərin harmoniya qanunauyğunluğuna tabe olması, sözsüz ki, qəbul ediləcəkdir.  

 

“Mən öz-özümə nifrət edirəm”

 

Uzun mübahisələrdən razı qalmayan Bor sonuncu mübahisədən sonra öz yaxınlarına demişdi: “Mən öz-özümə nifrət edirəm”.

20-ci əsrin istisnasız dahisi olan Albert Eynşteyn nisbilik nəzəriyyəsini elmi ictimaiyyətə çox gec inandıra bilmişdi.

Belə bir epizodu oxuculara catdırmaq, fikrimcə, Eynşteynin dahiliyinə sübutdur.

Fransanın Eyfel sarayında tamaşaya baxan Eynşteyn Almaniyaya qayıdandan sonra baş rolda olan aktrisaya belə yazır: “Madmuazel, hamı kimi mən də sizin bacarığınıza heyran qaldım və məmnun oldum”. Məktubu alan aktrisa Eynşteynə yazır: “ Ser, mən səhnədə fəaliyyətimə görə heyrətə səbəb olmuşam. Qəribə də olsa eksperimentdə öz həllini çox gec tapan nisbilik ideyanızdan imtina edə bilmədilər. Əsl dahilik budur, bu heyrətediləcək bir elmi fəaliyyətdir”.

Eynşteynin 1955-ci ildə vəfatından sonra onun yaxın dostu  Marks Born yazır: “Nə Borun fəlsəfəsi, nə kvant mexanikasının nailiyyətləri Eynşteyni onların  bu nəzəriyyəsini qəbul etməyə məcbur edə bilmədi. O hesab edirdi ki, kvant mexanikası gələcəkdə daha yaxşı bir şeylə əvəz olunmalıdır”. Əslində, bunu, onu heç vaxt aldatmayan Eynşteynin instinkti deyirdi.

Həqiqətdə isə Eynşteyn Nils Boru kvant mexanikasını inkişaf etdirməyə məcbur etmişdi.   

 

Danimarka yağı bir qədər ərzaq

 

Eynşteynin evində qonaq olan Bor onların çox kasıb yaşadığını həyat yoldaşına bildirir. Qadının təklifi ilə ona Danimarka yağı bir qədər ərzaq göndərirlər.

20-ci əsrdə elm dünyasını kökündən dəyişən iki böyük dahı otuz ildən çox bir-biri ilə ciddi elmi savaşda olsalar da onlar ömürlərinin sonuna qədər bir-birlərinə sonsuz hörmət bəsləmişlər.

 

Tacəddin VAHİDOV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

 

Azərbaycan müəllimi.- 2019.- 25 yanvar.- S.12.