Təhsil naziri Azərbaycan
Texniki Universitetində olub
Oktyabrın 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib.
AzTU-nun rektoru
Vilayət Vəliyev təhsil naziri Emin Əmrullayevə universitetdə həyata keçirilən yeni layihələr barədə
məlumat verib. Daha sonra nazir AzTU-da yaradılan müasir laboratoriyalarla tanış olub. TİKA tərəfindən maliyyələşdirilmiş və
yaxın günlərdə
açılışı planlaşdırılan “Cezeri
Lab” laboratoriyası ilə
tanışlıq zamanı
təhsil naziri Emin Əmrullayev burada fəaliyyət göstərən tələbələrin
əl işlərinə
baxış keçirib.
Təhsil
naziri AzTU-da yaradılan “Code Academy” auditoriyaları
ilə də tanış olub və tələbələrlə
söhbət edib.
Qeyd olunub ki, Təhsil Nazirliyi və “Code Academy” tərəfindən hazırlanan
layihə ilk dəfə
AzTU-da həyata keçirilir. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma
sahələri üzrə
təhsil alan
III və IV kurs tələbələri “Code Academy” proqramı əsasında imtahandan keçib. Nəticədə 90 tələbə seçilib. Onlar AzTU-da
yaradılan və müasir kompüterlərlə
təchiz olunmuş
“Code Academy” auditoriyalarında 4 ay müddətində müvafiq
sahələr üzrə
intensiv tədris alacaq.
Təhsil nazirinə AzTU-da yaradılan Logistika və nəqliyyat İnstitutu barədə də məlumat verilib. Bildirilib ki, institutun
nəzdində yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanması üçün
“CRENG Office” yaradılıb. “CRENG Office” ən müasir avadanlıqlarla təchiz olunub. Təhsil naziri Logistika və nəqliyyat İnstitutunda
“SABAH Magistratura” proqramında
“Logistika və nəqliyyat” ixtisaslaşması
üzrə təhsil alacaq tələbələr
üçün yaradılan
auditoriyalara da baxış keçirib. İnstitutun nəzdində yaradılan
“AzTU Taxi” layihəsi ilə tanışlıq zamanı bildirilib ki, bu, nəqliyyat
probleminin araşdırılması
və həlli istiqamətində hazırlanan
layihədir. Layihə çərçivəsində
ilkin olaraq taksi sistemlərinin problemləri araşdırılacaq
və həlli istiqamətində təkliflər
təqdim ediləcək.
Universitetdə görülən işlərlə
tanışlıqdan sonra
təhsil naziri ali təhsilin
magistratura səviyyəsi
üçün həyata
keçirilən “SABAH Magistratura”
proqramına qəbul olunan tələbələrlə
görüşüb. Bildirilib ki, AzTU-da “SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına
qəbul olunan 48 tələbənin ingilis dili bilik və
bacarıqlarının yüksək
səviyyədə inkişaf
etdirilməsi və elmi-tədqiqat işlərinin
aparılması sahəsində
səriştələrinin formalaşması nəzərdə
tutulub.
Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir bildirib
ki, “SABAH qrupları” layihəsi kimi “SABAH Magistratura” proqramı da tələbələrin
keyfiyyətli təhsil
alması məqsədini
daşıyır. Bu layihədən
gözləntilərin böyük
olduğunu qeyd edən nazir tələbələrə uğurlar
arzulayıb.
Görüşün sonunda tələbələrin
sualları cavablandırılıb.
Azərbaycan müəllimi.- 2021.- 15 oktyabr.- S.4.