Bir millət, iki dövlət
Dostluğun, qardaşlığın ünvanı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
* Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında
birlikdə iştirakımız
bir daha bizim birliyimizi göstərir, gücümüzü
göstərir. Onu göstərir
ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır.
* Həm Şuşada, həm də bu gün Zəngilanda
rəsmi mərasimlərin
keçirilməsi, Türkiyə
və Azərbaycanın
Dövlət himnlərinin
səslənməsi, bizim
birgə addımlarımız
tarixdə əbədi
qalacaq. Bu tarixi
biz birlikdə yazırıq.
Necə ki, bütün müharibə dövrü
ərzində birlikdə
idik, bu gün də bir yerdəyik.
* Əziz qardaşım,
bu gün Azərbaycan xalqı haqlı olaraq Sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda
hər kəs Sizi sevir, Sizə
böyük hörmətlə
yanaşır. Siz bizim
Zəfərimiz üçün
çox böyük işlər görmüsünüz
və bu gün artıq quruculuq dövründə,
bərpa dövründə
yenə də bizimlə bərabərsiniz.
* Zəngilan Şərqi Zəngəzur bölgəsində
yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.
Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin
gerçəkləşməsi üçün əməli
addımlar atır. Əminəm
ki, bu addımlar
yaxın gələcəkdə
öz bəhrəsini
verəcəkdir.
* Tam əminəm ki, bundan sonra da
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə
irəli gedəcək,
xalqlarımız bir-birinə
daha da yaxın
olacaq, dövlətlərimiz
bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Beləliklə, Türkiyə ilə
Azərbaycanın birgə
gücü daha da təsirli olacaq.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının Prezidenti
* İşğaldan azad
edilən bu gözəl bölgəyə
- Füzuliyə səfərimdən
dörd ay yarımdan sonra bu dəfə
Zəngilanda olmaqdan böyük məmnunluq duyuram. Əziz qardaşım Prezident
Əliyevə lütfkar
dəvətə görə
öz adımdan, heyətim və millətim adından bir daha təşəkkür
edirəm.
* Bugünkü səfərimiz
zamanı Azərbaycanın
işğaldan azad edilən bu bölgələrinin qısa
müddət ərzində
həqiqətən necə
dirçəldiyini, necə
sürətlə inkişaf
etdiyini gördük. Bu, hər igidin,
hər siyasətçinin
işi deyil.
* Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün
fəaliyyətini davam
etdirir... Bu fəaliyyətə
liderlik edən İlham qardaşımı
və əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm.
* Bu gün İlham qardaşımla keçirdiyimiz
görüşlərdə ikitərəfli əlaqələrimizi
və regional prosesləri
ətraflı müzakirə
etdik... Ən önəmlisi, Şuşa
Bəyannaməsi ilə
strateji müttəfiqlik
səviyyəsinə çatdırdığımız
əlaqələrimizi daha
necə inkişaf etdirə biləcəyimizi
müzakirə etdik. Bir millət, iki dövlət olmağın
verdiyi ortaq şüur və ruhla hərəkət edirik.
* Azərbaycan bölgənin əsl potensialının həyata
keçirilməsinə mane olan işğalı şanlı Zəfəri ilə sona çatdırdı,
BMT Təhlükəsizlik Şurasının
illərdir tətbiq olunmayan qətnamələrini
özü həyata keçirdi... Gün gələcək Zəngəzurdan çıxıb
İstanbula qədər
gedə biləcəyik,
İğdıra, Qarsa
gedə biləcəyik
və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə
imkanı möhkəmlənəcək.
Azərbaycan müəllimi.-
2021.- 29 oktyabr.- S.1.