ARTİ-nin həyata keçirdiyi

innovativ layihələr

 

Əldə olunan nəticələr hədəflərin uğurla reallaşacağını şərtləndirir

 

Tarixin zaman axışı baxımından 30 il kiçik bir müddət olsa da, Azərbaycan müstəqillik qazanandan bəri ötən otuz il ərzində çox böyük inkişaf yolu keçmişdir. Bu inkişaf iqtisadiyyatın və cəmiyyətin bütün sahələrini ehtiva etməklə, düzgün siyasi strategiyaların tətbiqi, iqtisadisosial sabitliyin təmin olunması nəticəsində mümkün olmuşdur.  Cəmiyyətin sosial rifah səviyyəsinin davamlı artması, iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərin rekonstruksiyası və əhalinin qayıdışının təmin edilməsi, rəqabətli insan kapitalının yetişdirilməsi növbəti onillik üçün Azərbaycan dövlətinin prioritetləri kimi müəyyən olunmuş, hədəflərə çatmaq üçün bütün resurslar səfərbər edilmişdir.

 

Qarabağ savaşındakı qələbə sayəsində yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaratdığı imkanlar, qlobal dünya bazarına sürətlə inteqrasiya insan kapitalının keyfiyyət baxımından yeni səviyyəyə çıxarılmasını şərtləndirir ki, burada təhsil sektorunun üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Respublikasının Təhsil İnstitutu  (ARTİ) təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən strukturlardan biri olaraq təhsilin bütün pillələri üçün məzmun hazırlamaq,  təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktik məsələləri araşdırmaqla yanaşı, təhsilin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsində də iştirak edir. Bu layihələr sırasında Təhsil Nazirliyinin təşəbbüsü ilə ali təhsil pilləsində icra edilən “SABAH Magistratura  və “Kibertəhlükəsizlik” təlim layihələrini qeyd etmək xüsusilə yerinə düşər.

“SABAH Magistratura” layihəsi 2020-ci ilin sonlarında yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün yeni məzmunun hazırlanması və tədrisin təşkili məqsədilə ali təhsil müəssisələrinin layihələrinin qiymətləndirilməsi və yeddi universitetin yerli və beynəlxalq əmək bazarında ciddi ehtiyac duyulanSüni intellekt”, “Kibertəhlükəsizlik”, “Kompüter elmləri və texnologiyaları”, “Elektron kommersiya”, “Təlim və tədrisin təşkili və metodikası”, “Dayanıqlı şəhərsalma və region planlaşdırılması”, “Logistika və nəqliyyat” kimi ixtisaslaşmaların yaradılması təşəbbüsü ilə başlamışdır. Layihənin reallaşdırılmasının xarakterik xüsusiyyəti ali təhsil müəssisələri tərəfindən elan edilmiş qrant müsabiqələrinin qalibləri tərəfindən icra olunmasıdır. ARTİ məzmun hazırlığı və təhsil sahəsində zəngin elmi-tədqiqat təcrübəsi sayəsində üç ali təhsil müəssisəsi- Bakı Dövlət UniversitetininKompüter elmləri və texnologiyaları”, Azərbaycan Texniki UniversitetininLogistika və nəqliyyat” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmaları üzrə elan edilmiş qrant müsabiqələrinin qalibi olmuşdur.  ARTİ sadalanan ixtisaslaşmalar üçün məzmun hazırlanması prosesində xaricdə təhsil almış elmi dərəcəli mütəxəssislər, əmək bazarının nümayəndələri ilə sıx əməkdaşlıq çərçivəsində çalışmış, müasir cəmiyyətin və əmək bazarının tələblərinə cavab verən  savadlı, bacarıqlı, peşəkar kadrların yetişdirilməsinə xidmət edəcək proqramların ərsəyə gətirilməsinə nail olmuşdur. Məzmun hazırlığını keyfiyyətli tədris prosesinin yalnız bir komponenti kimi görən İnstitut yerli təhsil işçiləri ilə yanaşı, beynəlxalq təcrübəyə malik professor-müəllim heyətinin seçilməsi, müvafiq təlim infrastrukturunun yaradılması, eləcə də həm tələbələr, həm də müəllimlər üçün davamlı inkişaf proqramlarının tətbiq edilməsi məsələlərində dəstək verir. Qlobal əmək bazarının peşəkar mütəxəssislərdən gözləntilərini qarşılamağın vacibliyini prioritet hesab edən ARTİ tələbələrin öyrənmə və tədqiqat  bacarıqlarının artırılması, praktik səriştələrinin, yumşaq vərdişlərinin formalaşması baxımından dərsdənkənar məşğələ və fəaliyyətlərin təşkili, eləcə də təhsil-sənaye əməkdaşlığının qurulmasında vasitəçi rolunda çıxış etməyi proqram çərçivəsində həyata keçirəcəkdir. “SABAH Magistratura” proqramları çərçivəsində keçiriləcək fakültativ məşğələlərdə təhsilalanlar fərqli sektorlarda sistemdən qaynaqlanan problemləri təhlil etməyi, innovasiya və sektorlararası hibridliyin fərqli fəaliyyət səviyyələrinə təsir göstərmək üçün mümkün həll yollarını araşdırmağı, yeni nəsil idarəçilərin düşüncə və problemlərin həllinə yanaşma tərzini də öyrənəcəklər.

Peşəkar kadr hazırlığı istiqamətində ARTİ-nin həyata keçirdiyieffektivliyini sübuta yetirmiş layihələrdən biri də “Kibertəhlükəsizlik” təlim layihəsidir. Məqsədi Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsini artırmaq, bu sahədə mütəxəssislərin yetişdirilməsinə, həmçinin informasiya cəmiyyətinin və kibertəhlükəsizlik icmasının qurulmasına dəstək verməkdən ibarət olan layihə 2019-cu ilin dekabr ayından etibarən icra olunur. İştirakçıların seçim prosesi vasitəsilə müəyyənləşdiyi bu layihədə təhsilalanlar altı ay müddətində nəzəri biliklər əldə etməklə yanaşı, praktik səriştələrə də yiyələnirlər. Beynəlxalq təcrübəli ekspertlər tərəfindən ingilis dilində aparılan kurslarda təhsilalanlar təhlükəsizlik prinsipləri, etik hakinq, infrastrukturveb tətbiqlərin təhlükəsizliyi mövzularında təlimlər almış, təlimlərin sonunda tələbələr ümumilikdə 13 komanda layihəsi hazırlamışlar. Təqdim olunmuş layihələr dronlarla gələcəyə uçuş, “ThreatPoint”, Kiberöyrən, “Passward” və bu kimi istiqamətləri əhatə edir ki, bununla ölkəmizdə maşın öyrənməsi, dərin öyrənmə, sensorların inteqrasiyası, korporativ işçiindividual şəxslərin kiber təhlükələrə qarşı hazırlanmasına töhfə verir. Layihənin məzunları bank və maliyyə sektorunda, dövlət və kommersiya təşkilatlarında fəaliyyətə başlayıblar.

Layihənin məzunlarından Hüseyn Qəmbərov Azərbaycanın bu il ilk dəfə qatıldığı “WorldSkills Asia 2021” bacarıq yarışlarında ümumi reytinqdə 707 bal ilə ölkələr üzrə 3-cü, fərdi şəkildə 4-cü yeri tutaraq uğur əldə etmişdir.

Qısa zamanda əldə edilən nəticələr istifadə olunan resursların uzunmüddətli perspektivdə rəqabətli insan kapitalının yetişdirilməsinin, ölkə iqtisadiyyatı qarşısında qoyulan hədəflərin uğurla reallaşdırılacağının sözçüsüdür.

 

Səbinə BABAYEVA,

ARTİ-nin Peşə və ömürboyu

təhsil şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2021.- 29 oktyabr.- S.10.