Uşaq-gənclər idman-şahmat
məktəblərinin
yetirmələri Avropa
çempionu oldular
15-21
oktyabr 2021-ci il tarixlərində Avropa Şahmat
İttifaqının təşkilatçılığı
ilə şahmat üzrə hibrid formatda Avropa birinciliyi
keçirilib.
8-20
yaşadək oğlan və qızlar arasında təşkil
olunan birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin
Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər
idman-şahmat məktəbinin yetirməsi Uğur
İlyaslı 18 yaşlı oğlanlar, “Təhsil” Respublika
İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış
olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin
yetirməsi Ayan Allahverdiyeva 16 yaşadək qızlar
arasında 7.5 xal toplayaraq Avropa çempionu adını
qazanıblar.
Birincilikdə
“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər
2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin
digər yetirməsi Mələk İsmayıl 18 yaşlı
qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin
gümüş, “Təhsil” Respublika İdman Mərkəzinin
Gəncə şəhər 2 nömrəli uşaq-gənclər
idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli
10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq
bürünc mükafatına layiq görülüblər.
Azərbaycan müəllimi.- 2021.- 29 oktyabr.- S.15.