MDU
yeni inkişaf mərhələsində: əsas hədəflər
və nəticələr
2021/2022-ci
tədris ili: əməkdaşlıqda
başlıca meyillər və yeni tərəfdaşlar
Strateji
tərəfdaşlıq
Yeni
dövrün universitetinə çevrilməyi strateji hədəflərindən
biri olaraq müəyyənləşdirən MDU-da mövcud
potensialın gücləndirilməsi, idarəetmə, tədris
və tədqiqat fəaliyyətlərinin müasir tələblərə
uyğun təkmilləşdirilməsi məqsədilə beynəlxalq
əlaqələr inkişaf etdirilmiş, müvafiq dövlət
qurumları, paytaxtın qabaqcıl universitetləri və
regionda yerləşən təhsil müəssisələri
ilə əməkdaşlığa xüsusi önəm
verilmişdir.
Dövlət
qurumları ilə əməkdaşlıq
Hesabat
dövründə Azərbaycan Respublikasının Təhsil və
İqtisadiyyat nazirlikləri, Mingəçevir Şəhər
İcra Hakimiyyəti universitetin müxtəlif istiqamətlər
üzrə fəaliyyətinə əhəmiyyətli dəstək
göstərmişdir. “Davamlı inkişaf
strategiyası: qlobal trendlər, milli təcrübələr və
yeni hədəflər” mövzusunda MDU tarixində ilk dəfə
olaraq keçirilən beynəlxalq elmi konfrans məhz
sözügedən dövlət qurumlarının
mühüm dəstəyi sayəsində baş
tutmuşdur.Bununla yanaşı, cari tədris ilində MDU Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnnovasiyalar Mərkəzi, İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti, Dövlət İmtahan
Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və
İnnovasiya Mərkəzi, Mingəçevir şəhər
Gənclər və İdman İdarəsi, Gənclərin
İnkişafı və Karyera Mərkəzinin Mingəçevir
nümayəndəliyi ilə əməkdaşlıq
etmişdir.Bu qurumlar ilə əməkdaşlıq əsasən
tələbələrin startap fəaliyyətlərinin və
karyera inkişafının dəstəklənməsinə,
onların innovasiya potensialının, praktiki bilik və
bacarıqlarının artırılmasına, müvafiq fənlər
üzrə tədris planlarının təkmilləşdirilməsinə,
beynəlxalq və yerli kvalifikasiyalara
uyğunlaşdırılmasına və müxtəlif
mövzularda maarifləndirmə işlərinin həyata
keçirilməsinə hədəflənmişdir.
Ali təhsil
və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq
2021/2022-ci
tədris ilində paytaxtın qabaqcıl ali
təhsil və elmi-tədqiqat müəssisələri ilə
fəal və səmərəli əməkdaşlıq diqqət
mərkəzində saxlanılmış və bu çərçivədə
əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir.
Bakı
Dövlət Universiteti (BDU)
MDU-nun
ölkəmizin qabaqcıl və qocaman universitetlərindən
biri olan BDU ilə əməkdaşlığı
çoxşaxəli və çoxsaylı birgə fəaliyyətlərin
həyata keçirilməsi ilə yadda qalmışdır.
Əməkdaşlıq çərçivəsində
tələbə və magistrantların, akademik və inzibati
heyət üzvlərinin potensialının inkişafına və
təcrübə mübadiləsinə hədəflənən
müxtəlif mövzularda ustad dərslər, konfranslar, dəyirmi
masalar, elmi seminarlar və təlimlər təşkil
edilmişdir. Cari tədris ilində hər
iki universitetin tələbə təşkilatları
arasında əlaqələr inkişaf etdirilmişdir.
Bu istiqamətdə “Nizami Gəncəvi İli” və
Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə
MDU və BDU Tələbə Gənclər təşkilatlarının
birgə keçirdikləri dəyirmi masa, bədii qiraət
müsabiqəsi, bilik yarışı və şəhid məzunların
əziz xatirəsinə həsr olunan təqdimat mərasimini,
eləcə də könüllülüyün təbliği
ilə bağlı fəaliyyəti xüsusi vurğulamaq olar.
Bununla yanaşı, BDU-da təşkil olunan bir
sıra beynəlxalq konfranslarda MDU-nun akademik heyət üzvlərinin
iştirakı üçün müvafiq şərait təmin
edilmişdir.
“ADA”
Universiteti
Cari tədris
ilində respublikamızın qabaqcıl ali
təhsil müəssisələrindən olan “ADA” Universiteti
ilə əməkdaşlıq əlaqələri inkişaf
etdirilmişdir. 2021-ci ilin dekabrında MDU-da “Ali
təhsil müəssisəsində elmi-tədqiqat işlərinin
gücləndirilməsi yolları” mövzusunda elmi-praktik
seminar keçirilmişdir. Seminar
ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi
və “ADA” Universitetinin reallaşdırdığı “Azərbaycanda
Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi
çərçivəsində baş tutmuşdur.
Bununla yanaşı, 2022-ci ilin yanvarında “ADA” Universitetinin təqdim
etdiyi təhsil imkanları haqqında bu ali
təhsil müəssisəsinin əməkdaşlarının
iştirakı ilə məlumatlandırma
görüşü keçirilmişdir.
Azərbaycan
Texniki Universiteti (AzTU)
Hesabat
dövründə ölkəmizin nüfuzlu universitetlərindən
olan AzTU ilə MDU arasında əməkdaşlığın
inkişafı istiqamətində əhəmiyyətli
addımlar atılmışdır.Əməkdaşlıq
çərçivəsində AzTU-nun bir professoru və bir
dosenti davamlı əsaslarla (0,5 ştat)
MDU-da tədris prosesində fəaliyyətlərini davam
etdirmişlər.Payız semestrində Türkiyənin Qazi
Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi
çərçivəsində “İnformasiya təhlükəsizliyi:
təhlükələr və müdafiə mexanizmləri”
mövzusunda elmi seminar keçirilmişdir. Eləcə də,
AzTU-da keçirilən doktorantların və gənc tədqiqatçıların
XXIV Respublika elmi konfransında və “Maşınqayırma və
energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq
elmi-praktiki konfransda MDU fəal təmsil olunmuşdur.2022-ci ilin
20-22 may tarixlərində AzTU-nun evsahibliyi ilə keçirilən
"Mühəndislikdə süni intellekt və tətbiqi
riyaziyyat" mövzusunda keçirilən 4-cü beynəlxalq
konfransa MDU əsas tərəfdaşlardan biri olaraq geniş
heyətlə qatılmışdır. Bununla yanaşı,
cari yaz semestri dövründə MDU və AzTU-nun birgə təşkilatçılığı
ilə “İnnovativ texnologiyalar: rəqəmsallaşdırılmış
informasiya cəmiyyətinin inkişafı və perspektivləri”
mövzusunda elmi seminar maraqla qarşılanmışdır.
Azərbaycan
Dövlət İqtisad Universiteti (UNEC)
MDU-nun
İqtisadiyyat və idarəetmə fakültəsinin modernləşdirilməsi,
iqtisadçı kadr hazırlığının keyfiyyətinin
yüksəldilməsi məqsədilə dünya səviyyəli
universitetə çevrilməyi hədəfləyən UNEC ilə
əməkdaşlığa xüsusi önəm
verilmişdir. Hesabat dövründə MDU əməkdaşları,
tələbələri və magistrantları UNEC-də təşkil
olunan müxtəlif forum, konfrans, vebinar, təlim və digər
tədbirlərdə fəal iştirak etmişlər.Eyni
zamanda, cari tədris ilində UNEC-in 3 akademik heyət
üzvü MDU-da tədris prosesinə cəlb
edilmişdir.Bununla yanaşı, UNEC-in təcrübəli
professor və müəllimləri tərəfindən MDU-nun
gənc əməkdaşları, tələbə və
magistrantları üçün müxtəlif mövzuda ustad
dərslər və seminarlar təşkil edilmişdir.
Azərbaycan
Dövlət Pedaqoji Universiteti (ADPU)
Ölkəmizin
nüfuzlu ali təhsil müəssisələrindən
biri olan ADPU ilə əməkdaşlığın
inkişafı MDU-da Pedaqoji fakültənin potensialının
gücləndirilməsi və pedaqoji kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Hesabat dövründə MDU ADPU-nun 100 illiyinə və ADPU
Quba filialının 30 illiyinə həsr olunan "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər"
mövzusunda keçirilən beynəlxalq elmi konfransda əsas
tərəfdaşlardan biri olmuşdur.
İqtisadiyyat
İnstitutu
2022-ci
ilin may ayında AMEA-nın İqtisadiyyat İnstitutu və MDU
arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum
elmi kadrların hərtərəfli inkişafı, gənc
doktorant və tədqiqatçıların elmi biliklərinin
artırılması, birgə tədqiqatların
aparılması, ortaq konfransların, seminarların və “dəyirmi
masa”ların keçirilməsi, ustad dərslərinin təşkili
və qarşılıqlı maraq doğuran digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini
özündə əks etdirir. Əməkdaşlıq çərçivəsində
MDU-da “Davamlı inkişafın milli prioritetləri və
müasir transformasiya siyasətinin reallıqları”
mövzusunda ilk birgə elmi konfrans keçirilmişdir
Regionda
yerləşən təhsil müəssisələri ilə əməkdaşlıq
Hesabat
dövründə MDU və Lənkəran Dövlət
Universiteti arasında əməkdaşlığın əsası
qoyulmuş və bu çərçivədə ilk birgə
elmi konfrans təşkil edilmişdir. Bununla yanaşı, MDU Naxçıvan Dövlət
Universiteti, BDU Qazax filialı və ADPU Quba filialında təşkil
edilmiş konfranslarda fəal təmsil olunmuşdur.
Cari
tədris ilində MDU ilə Mərkəzi Aran Regional Təhsil
İdarəsi (RTİ) arasında əməkdaşlıq
çərçivəsində birgə fəaliyyətlərə
başlanılması regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə
və insan kapitalının inkişafına töhfə verilməsinə
hədəflənmişdir.
MDU
və Bərdə Peşə Liseyi (BPL) arasında
imzalanmış Anlaşma Memorandumu qarşılıqlı
maraq doğuran əməkdaşlıq istiqamətləri
üzrə ortaq fəaliyyətlərin həyata keçiriliməsini
özündə ehtiva edir. Əməkdaşlıq çərçivəsində
BPL-də infotur təşkil edilmiş, MDU-nun akademik heyət
üzvləri tərəfindən liseyin tələbələri
üçün ustad dərslər keçirilmişdir.
Mərkəzi
Aran RTİ, MDU və BPL-in birgə təşkilatçılığı
ilə Yevlax şəhərinin iki ümumtəhsil məktəbində
yuxarı sinif şagirdləri və peşə təmayüllü
siniflərin qrup rəhbərləri üçün peşə
və ixtisas seçimi barədə maarifləndirici tədbirlər
təşkil olunmuşdur.
Bununla
yanaşı, MDU və Mingəçevirin bir sıra ümumtəhsil
məktəbləri arasında işbirliyinin inkişafına
xüsusi diqqət yetirilmişdir.
Əməkdaşlıq çərçivəsində həyata
keçirilən fəaliyyətlər sırasında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə, Zəfər Gününə,
“Şuşa İli”nə, Xurşudbanu Natəvanın 190
illiyinə və digər tarixi günlərə həsr edilən
birgə tədbirləri, məktəb idarəetməsi ilə
bağlı təlimləri, respublika fənn olimpiadalarına
hazırlıq məqsədilə məsləhət
saatlarını və abituriyentlər üçün məlumatlandırıcı
görüşləri xüsusi qeyd etmək olar.
Beynəlxalq
əməkdaşlığın inkişafı
Hesabat
dövründə MDU beynəlxalq əməkdaşlığını
daha da genişləndirmiş, qabaqcıl Türkiyə,
Ukrayna,Qazaxıstan, Belarus və Almaniya universitetləri ilə
əlaqələrini inkişaf etdirmiş, Erasmus+
proqramında fəal təmsil olunmuş, Kəmər və
Yol Universitet Alyansına üzv qəbul edilmişdir.
Qazi
Universiteti
MDU
qardaş Türkiyənin nüfuzlu, zəngin ənənələrə
və modern infrastruktura malik Qazi Universiteti ilə işbirliyini
uğurla davam etdirmişdir.Cari tədris ilində Qazi
Universitetinin elektrik-elektronika mühəndisliyi və informasiya
təhlükəsizliyi üzrə professorları Cemal
Yılmaz və Ercan Nurcan Yılmaz MDU-da fəaliyyət
göstərmişlər. Qonaq professorlar tədrisin keyfiyyətinin yüksəldilməsi,
elmi fəaliyyətin səmərəliliyinin
artırılması, Mühəndislik fakültəsinin yenidən
qurulması, İnformasiya texnologiyaları fakültəsinin,
Magistratura və Doktorantura Təhsil Mərkəzinin
yaradılması üzrə müvafiq işçi
qruplarına rəhbərlik etmişlər. Eləcə
də, onlar “MDU-da kiber təhlükəsizliklə
bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi”
layihəsi üzrə Təhsil Nazirliyinin qrantının
qazanılması və layihənin icrasında,əməkdaşların
tərəfdaş Türkiyə universitetlərinə təlim
və təcrübəyə göndərilməsində,
“TEKNOFEST Azərbaycan”da iştirakın təmin edilməsində
fəal rol oynamış, universitetdə çoxsaylı təlimlər
və seminarlar keçirmişlər.
MDU və
Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində
2021-ci ilin noyabrın 6-da Qarabağ Zəfərinin birinci
ildönümünə həsr olunan birgə elmi konfrans,
2022-ci ilin 23 fevral tarixində isə Xocalı
soyqırımının otuzuncu ildönümünə həsr
olunan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı qətliamı”
mövzusunda anım tədbiri təşkil edilmişdir.Bununla
yanaşı, MDU-nun akademik və inzibati heyəti üzvləri
Qazi Universitetində onlayn formatda təşkil edilən bir
sıra tədbirlərdə fəal iştirak etmişlər.
2022-ci
ilin 7-8 aprel tarixlərində Türkiyənin Qazi Universitetinin
Texnoloji fakültəsinin dekanı Süleyman Tekeli və
Kompüter mühəndisliyi bölümü rəhbəri
Osman Ayhan Erdem MDU-da olmuşdurlar.Onların MDU-nun akademik və
inzibati heyət üzvləri, tələbə və
magistrantları ilə keçirilən görüşlərində
əməkdaşlığın potensial istiqamətləri
müzakirə edilmişdir.
Bununla
yanaşı, hesabat dövründə MDU-nun 5 əməkdaşı
Qazi Universitetində bir aylıq təlim və təcrübə
keçmişdir. Hazırda Qazi
Universitetinin Eğitim fakültəsinin dekanı professor Mahmut
Selvi MDU-nun “Dayanıqlı inkişaf” multidisiplinar elmi
jurnalının redaksiya şurasının üzvü olaraq
universitetin elmi fəaliyyətinə dəstək göstərir.MDU-nun
1 əməkdaşı və 1 məzunu isə Türkiyənin
Qazi Universitetində müvafiq olaraq “Təhsilin idarə edilməsi”
və “Kompüter elmləri” ixtisasları üzrə
doktorantura təhsili alırlar.
Ankara
Hacı Bayram Veli Universiteti (AHBVU)
Türkiyənin
yenilikçi və müasir ali təhsil
müəssisələrindən biri olan AHBVU ilə
yaradılan əməkdaşlıq əsasən MDU-nun
İqtisadiyyat və idarəetmə fakültəsinin
potensialının gücləndirilməsinə, xüsusilə
turizm təhsilinin inkişafına töhfə verilməsinə
hədəflənmişdir. Bu məqsədlə
əməkdaşlığın yaradıldığı bir
ildən çox müddətdə universitetlər arasında
qarşılıqlı mühazirələr, birgə elmi
konfranslar və nəzəri-praktiki seminarlar təşkil
edilmiş, MDU tələbələrinin AHBVU-nun İqtisadi və
idari bilimlər fakültəsinin bir sıra onlayn dərslərinə
qatılmaq imkanları təmin olunmuşdur. Hesabat dövründə MDU və AHBVU arasında əməkdaşlıq
çərçivəsində Qarabağ Zəfərinin
birinci ildönümünə həsr olunan onlayn formatda birgə
elmi konfrans keçirilmişdir.
KTO Karatay Universiteti
Türkiyənin
sənaye mərkəzlərinin birində yerləşən və
müasir kampus məkanına sahib olan KTO Karatay Universiteti ilə
əməkdaşlıq diqqətdə
saxlanılmışdır. Əməkdaşlıq çərçivəsində
2021-ci ilin noyabrın 5-də Qarabağ Zəfərinin birinci
ildönümünə həsr olunan birgə elmi konfrans
keçirilmişdir. Eləcə də, MDU 2022-ci ilin
17-18 iyun tarixlərində KTO Karatay Universitetində
“Dayanıqlı ağıllı kənd təsərrüfatı
və islam maliyyəsi” mövzusunda keçirilən 2-ci
Karatay Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyəsi
Konfransına tərəfdaşlıq etmişdir. Konfransın açılışında MDU-nun
rektoru çıxış etmiş, bölmə
iclaslarında universitetin akademik heyət üzvləri elmi məruzələrini
təqdim etmişdirlər.
İstanbul
Gedik Universiteti (İGÜN)
MDU
və İGÜN arasında əməkdaşlığın
əsası 2021-ci ilin dekabrın 13-də müvafiq protokolun
imzalanması ilə qoyulmuşdur. Qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın yaradılmasını və
inkişaf etdirilməsini nəzərdə tutan protokol tələbə
və akademik heyətin mübadiləsi, birgə elmi tədqiqatlar,
universitet-sənaye əməkdaşlığı çərçivəsində
ortaq fəaliyyətləri əhatə edir. Hesabat dövründə MDU-nun 3 əməkdaşı
İGÜN-də bir həftəlik təlim və təcrübədə
olmuşdur.
Yıldız
Texniki Universiteti (YTU)
Cari
tədris ilində MDU, AzTU və YTU-nun birgə təşkilatçılığı
ilə Xocalı soyqırımının otuzuncu
ildönümünə həsr olunan anım tədbiri
keçirilmişdir. Tədbirdə hər
üç universitetdən olan akademik heyət üzvləri
“Xocalı soyqırımı bütün türk
dünyası üçün nə ifadə edir?”, “Xocalı
soyqırımı: türk-müsəlman qətliamı” və
“Xocalı qətliamı türk millətinin istiqlalına
qarşı sui-qəsddir” mövzularında
çıxış etmişdirlər.
Almaniyanın
Siegen Universiteti
2022-ci
ilin 11 mart tarixində MDU Siegen Universitetində “Keçid
iqtisadiyyatlı ölkələrdə sahibkarlıq”
mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq
seminarda təmsil olunmuşdur. Bundan
əlavə, 2022-ci ilin aprelində Siegen Universitetinin qonaq
professoru M.İbrahimov MDU-nun akademik heyət üzvləri, tələbə
və magistrantlarının iştirakı ilə
“Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirmişdir.
Ukrayna
universitetləri ilə əməkdaşlıq
Hesabat
dövründə Ukraynanın Kiyev Milli İqtisadiyyat
Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti
(KNUTD) arasında əməkdaşlıq inkişaf
etdirilmişdir. 2021-ci ilin
oktyabrında MDU-nun rektoru Kiyevdə KNEU və KNUTD
rektorları ilə anlaşma memorandumları
imzalamışdır. Potensial əməkdaşlığın
inkişaf etdirilməsini nəzərdə tutan memorandumlar tələbə
və müəllim mübadiləsi, ortaq təhsil
proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər
istiqamətlərdə birgə fəaliyyətləri nəzərdə
tutur. Əməkdaşlıq çərçivəsində
cari tədris ilinin payız semestrində MDU-nun akademik heyət
üzvləri tərəfdaş Ukrayna universitetlərində
təşkil olunan beynəlxalq elmi konfrans, biznes forum və digər
tədbirlərdə fəal iştirak etmişdirlər.
Qazaxıstan
Universitetləri ilə yeni əməkdaşlıq
2022-ci
ilin iyulunda MDU-nun rektoru Qazaxıstanın dünya universitetlərinin
QS reytinqində yer alan nüfuzlu ali təhsil müəssisələrində
- Ahmet Yesevi Universiteti (AYU), Abay adına Qazax Milli Pedaqoji
Universiteti (Abay Universiteti) və Qazax Milli Aqrar Tədqiqat
Universitetində (KazNARU) olmuşdur.Ziyarət çərçivəsində
AYU və Abay Universiteti ilə MDU arasında anlaşma
memorandumları imzalanmışdır. Memorandumlar universitetlər
arasında tələbə və müəllim mübadiləsi,
birgə tədqiqatların aparılması, tədris-metodiki fəaliyyət
sahəsində təcrübə mübadiləsi, akademik və
inzibati heyət üzvlərinin ixtisaslarının
artırılması, ortaq konfrans və seminarların
keçirilməsi, qarşılıqlı mühazirələrin
təşkili, beynəlxalq layihələrdə birgə
iştirak və digər istiqamətlərdə əməkdaşlığın
yaradılmasını nəzərdə tutur.Eləcə də
KazNARU-da keçirilən görüşlərdə
universitet idarəçiliyi və beynəlxalq reytinqlərdə
iştirakla bağlı təcrübə mübadiləsi,
ekologiya, ətraf mühitin mühafizəsi, bərpa olunan
enerji sahəsində birgə tədqiqatların və layihələrin
həyata keçirilməsi, ortaq yay məktəblərinin təşkili
və digər sahələrdə əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
Erasmus+
proqramı
MDU
Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində
həm potensialın gücləndirilməsi, həm də tələbə
və müəllim mübadiləsi layihələrində
iştirak etmişdir. Bu proqram
çərçivəsində cari tədris ilində MDU-nun
bir tələbəsi Rumıniyanın Transilvaniya Braşov
Universitetində bakalavr, bir əməkdaşı isə
Sloveniya Respublikasının Nova Gorica Universitetində
doktorantura təhsilini davam etdirmişdir. Eyni
zamanda, hazırda MDU “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə
uyğunlaşması üçün geoməkan mühəndisliyi
üzrə yeni kurslar” (GEOCLIC) adlı Erasmus+ layihəsində
fəal iştirak edir.
Bunlarla
yanaşı, MDU 2022-ci ilin 22-24 mart tarixlərində Birləşmiş
Ərəb Əmirliyinin Dubay şəhərində təşkil
edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda təmsil
olunmuşdur. Forumun “Ali təhsilin yenidən
qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi”
adlı bölməsində MDU-nun rektoru “Yeni dövrün
universitetinə çevrilmək yolunda: Mingəçevir
Dövlət Universiteti təcrübəsi” mövzusunda təqdimatla
çıxış etmişdir.
Eləcə
də, cari tədris ilində Belarus Respublikasının
Baranoviç Dövlət Universiteti ilə
reallaşdırılan layihə çərçivəsində
MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən
keçirilən mühazirələr bu ali
təhsil müəssisəsinin tələbə və
magistrantlarının böyük marağına səbəb
olmuşdur.
Beləliklə,
dövlətin və tərəfdaşların dəstəyi
ilə MDU-da baş verən keyfiyyət dəyişiklikləri
yeni inkişaf mərhələsində olan universitetin strateji
hədəflərinə yaxınlaşmasına böyük zəmin
yaratmışdır.
Şahin
BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru
“Azərbaycan
müəllimi”.- 2022.- 5 avqust.- S. 5.