Elmi tədqiqatların inkişafı naminə

Ölkə başçısı tərəfindən  elmi tədqiqatların inkisafi məqsədilə elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi barədə belə bir Fərmanın imzalanması çox  sevindirici haldır.

Düşünürəm ki, burada əsas məqsəd tədrisin elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, inteqrasiyası, eləcə yeni maliyyələşdirmənin keyfiyyətlə sıx əlaqələndirilməsi olmalıdır. Tədris tədqiqatlar çox zaman eyni resurslardan, imkanlardan kadrlardan istifadə etdikləri üçün bir-birini tamamlayır onların inteqrasiyası vacibdir. Çox vaxt bizim burada tədris etdiyimiz kursların məzmunu şəxsi tədqiqat maraqlarımız haqqında faktiki konseptual biliklərin izahına əsaslanır.

Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri arasındaElmi tədqiqat innovasiyaların inkişafının təmin olunmasıhər zaman öz əksini tapmışdı, amma təəssüflər olsun ki, bir neçə universitet xaric, Azərbaycanda elmi tədqiqatlar əsas prioritet istiqamət kimi tələb olunmurdu.

Hazırda elm təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Elm Təhsil Nazirliyi yanında iki Agentlik yaradılır:

- Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi

- Elm Ali Təhsil üzrə Dövlət Agentliyi

Fikrimcə, birinci Agentliyin fəaliyyəti əsasən TN-nin  indiyə qədər apardığı işin davam etdirilməsi olacaq. İkinci Agentliyin əsasnamə layihəsinin şəkildə hazırlanması isə çox vacibdir. Məncə, burada müzakirələrə ehtiyac var.  Fürsətdən istifadə edib bəzi mülahizələrimi söyləmək istərdim.

1.  Düşünürəm ki, indi universitetlər üç növə bölünə bilər: yaradılması planlaşdırılan tədqiqat universitetləri/institutları, tədqiqat tədris universitetləri az sayda tədris universitetləri. Hər bir universitet öz güclü tərəflərinin, məqsədlərinin  hədəflərinin təhlili əsasında strateji elmi-tədqiqat planlarını hazırlamalıdır. Elm Təhsil Nazirliyinə birləşdirilən tədqiqat institutlarlnın mövcud potensialı universitetlərin nəzdində tədqiqat mərkəzləri institutlarının yaradılmasına  sərf oluna bilər. Məsələn, çalışdığlm Vaterloo Universitetində hazırda 30-dan çox tədqiqat mərkəzi   institutları uğurla fəaliyyət göstərir.

2. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi beynəlxalq miqyasda rəqabət aparmaq üçün elmin hansı sahələrində üstünlüyə malik olduğunu müəyyən etməlidir dünyaya real təsir göstərmək qabiliyyətində olan sahələrə investisiya qoymalıdır. Bu, təkcə Nazirliyin məsuliyyəti deyil, elm adamları öz fəaliyyətlərini yaxşılaşdırmalı töhfələr verməlidirlər. Bu, böyük məbləğdə vəsait xərcləmədən hər iki tərəfə böyük fayda gətirə bilən ikitərəfli bir prospekt ola bilər.

3. Bütün elm adamları, universitetlər, siyasətçilər gedilən istiqamətə, həyata keçirmək istədiyimiz məqsədlərə dair aydın təsəvvürə malik olmalıdır. Kimin idarə etməsindən asılı olmayaraq, gələcəyə geniş baxış vacibdir.

4. Universitetlərin  beynəlmiləlləşdirilməsi, fənlərarası tədqiqatlar tədqiqatçıların mobilliyini təkmilləşdirmək vacibdir. Görkəmli xarici tədqiqatçıların həvəsləndirilməsi üçün yeni təqaüd sisteminin yaradılması, Azərbaycan alimlərinin vətənlərinə qaytarılması layihəsinə Nazirlik tərəfindən baxılması, elmi tədqiqat karyeralarını davam etdirmək məqsədi ilə xaricdə yaşayan azərbaycanlı alimlərin reinteqrasiyasının maliyyələşdirilməsini məqsədəuyğun sayırıq.

5. Elm sahəsində  inkisaf etmiş ölkələrlə Elm Təhsil Nazirliyi arasında elmi, texnoloji sənaye tədqiqatları sahəsində əməkdaşlığı dəstəkləmək birgəTədqiqat İnnovasiya Fondlarıyaratmaq.  Sənaye texnologiya innovasiyaları sahəsində əməkdaşlıq ölkələr arasında iqtisadi biznes əməkdaşlığını da təşviq edəcək.

6. Elmin inkisafı bu gün bir çox yeni problemlərlə üzləşir. Bunlara demoqrafik tənəzzül, onlayn öyrənməyə ehtiyac, yeni sahələr texnologiyalar, tədqiqatlar üçün vəsait, xarici tələbələr araşdırmaçılar üçün universitetlərin rəqabəti s. daxildir. Dünya Universitet Reytinqləri üçün tələb olunan elmi məqalələrin sayı Nazirliyin təşəbbüsü ilə tədqiqatçıların universitetlərə mənsubiyyət (affiliation) prosesi vasitəsilə  artırıla bilər.

 

 

 

Beləliklə, biz indi daha çox görməli, yeni layihələr üçün Elm Təhsil Nazirliyində mövcud olan resursları genişləndirməyə çalışmalıyıq.

İlham AXUNDOV,

Kanadanın Vaterloo Universitetinin professoru