Elm və
təhsilin səmərəli
fəaliyyəti
Dövlət başçısı
İlham Əliyevin “Azərbaycan
Respublikasında elm və
təhsil sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı vaxtında qəbul edilmiş qərardır. Ona günümüzün mühüm
hadisəsi kimi yanaşmalıyıq. Çünki,
burada cəmiyyətimizin
əsas atributlarından
biri kimi həm elmin, həm də təhsilin inteqrasiya imkanları nəzərə
alınmaqla onların
inkişafı və idarə olunması məsələləri əhatə
edilir.
Fərmandan irəli
gələn elm və
təhsilin inteqrasiyası
dünyada qəbul edilmiş Davamlı İnkişaf Məqsədlərinə
(DİM) doğru addımladığımız bir zamanda XXI əsrin təhsil düşüncələrini reallığa
çevirmək, kreativ
insanları formalaşdırmaq baxımından
da zəruridir.
Fikrimizcə, elm və təhsil sahələrinin belə məzmunda inteqrasiyası cəmiyyətimizdə
aşağıdakı məsələlərin
həllinə təkan
verəcəkdir:
1. Vahid
mərkəzdən idarə
olunma elm və təhsilin səmərəli
fəaliyyətinə imkan
yaradacaqdır.
2. İnteqrativ
elm və təhsil sahəsinin yaradılması
universitetlərin tədqiqat
bazasına çevrilməsini
sürətləndirəcək, onların yeni elmi infrastrukturunun yaradılmasına təsir
göstərəcəkdir.
3. Aparılmış
fundamental və empirik
tədqiqatların nəticələrinin
universitetlərdə tətbiqi
imkanları genişlənəcək,
insan kapitalının
formalaşdırılması baxımından əhəmiyyəti
artacaqdır.
4. Təhsil
sahələrinin tələbinə
uyğun olaraq tədqiqatların tematik
cəhətdən çeşidliliyi artacaq və onların mobilliyinə imkan yaranacaqdır.
5. Tədqiqatların
sifariş prinsipinə
əsasən aparılması
imkanları genişlənəcək
və bu, onların rentabelliyinin
yüksəlməsinə təsir
edəcəkdir.
6. Elm və
Ali təhsil, eləcə
də Məktəbəqədər
və Ümumi Təhsil üzrə agentliklərin yaradılması
həmin sahələrin
keyfiyyət təminatını
və effektiv idarə olunması imkanlarını genişləndirəcəkdir.
Ənvər Abbasov.
Təhsil
İnstitunun director müavini,
Əməkdar müəllim.