Fərman universitetlərdə
elmi məktəblərin
formalaşmasına təkan
verəcək
Ölkə Prezidenti
tərəfindən imzalanmış “Azərbaycan
Respublikasında elm və
təhsil sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ölkəmizdə
təhsil islahatlarının
yeni məzmun xətti olub, elm və təhsilimizin inkişafı üçün yeni üfiqlər açır.
Düşünürəm ki, Fərman universitetlərdə elmi məktəblərin formalaşmasına
təkan verəcək. Sənəddə adları qeyd olunan elmi müəssisələrin
Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ölkəmizdə
fəaliyyət göstərən
universitetlərin elmi potensialının artmasına
imkan yaradacaqdır.
Məlum
olduğu kimi, elm və təhsil qarşılıqlı əlaqədə
olub, bir-birinin inkişafını şərtləndirir.
Bütün dövrlərdə
ali məktəblərdə
fəaliyyət göstərən
müəllimlər yüksəkixtisaslı
kadr hazırlığı
ilə yanaşı,elmi fəaliyyətlə
də məşğul
olublar. Ali məktəb
müəllimlərinə verilən
elmi dərəcələr
bilavasitə onların
elmi fəaliyyətlərində
əldə etdikləri
nəticələrə əsasən
müəyyən edilir.
Elmi müəssisələrin Azərbaycan
Respublikasının Elm və
Təhsil Nazirliyinin tabeliyinə keçməsi
universitet müəllimlərinin
həmin müəssisələrin
elmi bazasından istifadə etmək imkanını artırır.
Bu ali təhsil
müəssisələrində təhsilin səviyyəsinin
artmasına da şərait yaradacaqdır.
Belə ki, bu cür
qarşılıqlı əməkdaşlıq
təhsilin müxtəlif
pillələrində elmi
müəssisələrin potensialından
istifadə etməklə
hazırlanan kadrların
həm elmi fəaliyyət bacarıqlarının
formalaşmasına, həm
də əldə etdikləri biliklərin elmi qanunauyğunluqlarını
daha dərindən mənimsəməsinə imkan
yaradacaq.
Bu, həmçinin təhsilin
magistratura və doktorantura pillələrində
kadr hazırlığı
keyfiyyətinin artırılmasına
da əhəmiyyətli təsir
göstərəcəkdir. Belə ki, magistratura
və doktorantura pillələrində təhsil
alan kadrlar
tədqiqat apararkən
müxtəlif çətinliklərlə
üzləşirdilər. Elmi müəssisələrin
laboratoriyalarında tədqiqat
aparmaq imkanı onların tədqiqatlarının
səviyyəsinin artmasına
imkan verəcək.
Bununla yanaşı, magistr və doktorantların elmi müəssisələrdə
mövcud olan elmi mühitdə formalaşması gənclərimizin
gələcəkdə daha
yüksək səviyyəli
alim kimi formalaşmasına şərait
yarada bilər.
Hikmət
ƏLİZADƏ,
Bakı
Dövlət Universitetinn professoru