Elm təhsilin inkişafı vəhdətdə

Prezident İlham ƏliyevinAzərbaycan Respublikasında elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı elm təhsilin inteqrasiyasına vəhdətdə inkişafına hədəflənib.

Elm təhsilin vəhdətinin yaradılması, vahid mərkəzdən idarəolunması çox vacibdir. Elmi tədqiqatların təhsil tədqiqatlarının mərkəzləşdirilmiş qaydada aparılmasının böyük üstünlükləri vardır. Respublikamızda elmin inkişafı həm təhsilin ehtiyaclarına uyğunlaşdırılmalıdır. Elm təhsil vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin inkişafına təkan verməlidir.

Dövlətin əsas prioritetlərindən biri bilik iqtisadiyyatın informatlaşdırılmasıdır ki, bu da  təhsil, elm innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasını tələb edir. Təsadüfi deyil ki,  Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  ali təhsil müəssisələrinintəhsil-tədqiqat-innovasiyaformatında inkişafı təşviq olunur. Bunun üçün universitetlərin güclü maddi-texniki bazası infrastrukturu olmalıdır. Nazirliyin tabeliyinə verilən tədqiqat institutları ilə müvafiq universitetlərimizin inteqrasiyası nəticəsində tədqiqat universitetlərinin yaradılmasına nail ola bilərik.

Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elmi müəssisə təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin  Elm Təhsil Nazirliyinə həvalə edilməsi elmin müasir tələblərə uyğun inkişaf strategiyasının təşkilati strukturunun formalaşdırılmasını tələb edir. Elm Ali  Təhsil üzrə Dövlət Agentliyinin, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılmısı bu məqsədin reallaşdırılmasına, elm təhsilin idarəedilməsinin optimallaşdırılmasına xidmət edir.

Ümidvaram ki, ölkə Prezidenti tərəfindən imzalanmş Fərman  Azərbaycanda elm təhsilin inteqrasiyasına,  tərəqqisinə, intellektual potensialın artırılmasına insan kapitalının inkişafına güclü təkan verəcəkdir.

Fərrux RÜSTƏMOV,

ADPU-nun  İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

Azərbaycan müəllimi.- 2022.- 5 avqust.- S. 3.