İnkişafa hədəflənmiş
mühüm siyasi qərar
Dövlət
başçısı cənab
İlham Əliyevin “Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı elm və təhsilin inteqrasiyasının təmin
olunmasına hədəflənmiş
mühüm siyasi qərar olaraq elm və təhsil ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilir.
Fərman
ölkəmizdə elmin
və təhsilin vahid mərkəzdən idarə edilməsi ilə bərabər,
həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının fəaliyyətində
yeni mərhələnin
başlanmasına, səmərəliliyin
artmasına gətirib
çıxaracaqdır. Bu mühüm sənəd son illərdə
ölkəmizdə həyata
keçirilən islahatların
qeyd olunan sahələrdə daha sürətli və effektli şəkildə aparılmasını, bir-biri
ilə sıx surətdə bağlı
olan iki vacib sahənin paralel şəkildə, dünyada elm, təhsil və texnologiyalar sahəsində qabaqcıl
təcrübədən yararlanaraq
inkişafını şərtləndirəcək.
Fərmanı ölkə
Prezidentinin dövlətimizin
həyatında elm və
təhsilin rolunun, universitetlərimizin rəqabət
qabiliyyətliliyinin artırılması,
yeni nəsil elmi kadrların hazırlığı, elmi
müəssisələrin maddi-texniki
bazasının gücləndirilməsi
istiqamətində reallaşdırdığı
məqsədyönlü və
ardıcıl siyasətin
davamı olaraq qiymətləndirirəm. Əminəm ki, xalqımızın intellektual potensialı dünya səviyyəli nəhəng alimləri yetişdirmək qüdrətinə
malikdir. Sadəcə münbit şəraiti, ədalətli rəqabət
mühitini yaratmaqla
biz dediyimiz hədəflərə
çata biləcəyik.
Dövlət rəhbərinin imzaladığı
Fərman məhz bu məqsədə xidmət edir. Xüsusilə fundamental tədqiqatlarla məşğul
olan elmi-tədqiqat müəssisələrinin yeni
yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, nazirlikdə elm və ali təhsili koordinasiya edəcək agentliyin yaradılması ölkəmizdə elmi innovasiyaların birbaşa
iqtisadiyyata ötürülməsi
və biznesə çevrilməsinin çevik,
zəruri mexanizmlərini
də yaratmağa zəmin yaradacaq.
Düşünürəm Elm və Təhsil
Nazirliyinin tabeliyinə
verilmiş elmi müəssisələr üçün
də yeni imkanlar yaranacaqdır.
İnanıram ki, bu Fərman elm və təhsilimizin inkişafında
ciddi dönüş yaradacaq. Prezident İlham Əliyevin
sərəncamı ilə
təsdiqlənən “Azərbaycan
Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda
Azərbaycan universitetlərinin
dünya universitetləri
arasında top 800-də yer
alması hədəfinin
də reallaşması
istiqamətində yeni
imkanlar yaranır.
Elmi fəaliyyətin ali təhsil
müəssisələrində yerinə yetirilməsi ilə biz dünya reytinqində təmsil olunmaq üçün müəyyən edilən
tələbləri də
qarşılamış oluruq.
Bu gün qalib
xalqın bayrağının
bütün sahələrdə,
eləcə də
elm, təhsil sahəsində
də ucalarda dalğalanması haqqı
vardır.
İlqar ORUCOV,
Azərbaycan Gənc
Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri,
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə
doktoru
“Azərbaycan müəllimi”.-2022.-
5 avqust.- S. 3.