Olimpiya Mədəniyyəti və
Təhsili Proqramı çərçivəsində Azərbaycan guşəsi açılıb.
Slovakiyanın Banska
Bıstritsa şəhərində
keçirilən Avropa
Yeniyetmələrinin XVI Yay
Olimpiya Festivalı günlərində Olimpiya
Mədəniyyəti və
Təhsili Proqramı
(OSEP) çərçivəsində Azərbaycan guşəsinin
rəsmi açılışı
olub.
Festival tarixində
ikinci dəfə olaraq təşkil olunan və 28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı
Slovakiyanın 2 qardaşlaşmış
məktəbi və Bakının Y. Kovalyov adına 229 nömrəli
tam orta məktəbinin
şagirdləri təmsil
edib.
Açılış mərasimində
Mİlli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin
üzvü Liney Rut Halldorssdottır, Slovakiya Olimpiya Komitəsinin prezidenti Siekel Anton, Polşa Olimpiya Komitəsinin prezidenti Andrzej Krasnicki, Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri Mehriban Vəliyeva, Azərbaycanın
Avstriya Respublikasındakı
səfirliyinin nümayəndələri,
idmançılar və
başqa rəsmilər
iştirak edib.
Mərasimdə OCEP proqramının Azərbaycanın
təşəbbüsü ilə Bakıda təşkil edilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalından
start götürərək Slovakiyada davam etdirilməsinin Olimpiya hərəkatının gənclər
arasında təşviq
olunmasında əhəmiyyətli
rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu təşəbbüs gələcəkdə təşkil
olunacaq Festivallarda da tətbiq ediləcək.
Azərbaycanın Slovakiya
Olimpiya Komitəsinə
və Avropa Olimpiya Komitəsinə
OCEP-in xalçaları təqdim
olunduqdan sonra qardaşlaşmış Slovakiya
və Azərbaycan məktəblərinin şagirdləri
qonaqlar qarşısında
milli rəqsləri ilə çıxış
edib.
Daha sonra qonaqlar pavilyonda quraşdırılmış
Azərbaycanın və
digər ölkələrin
guşələrini ziyarət
edərək məktəblilərin
təmsil etdikləri ölkələrin mədəniyyəti,
tarixi, idmanı, mətbəxi və sair sahələr üzrə təqdimat və viktorinalarını
seyr ediblər.
İyulun 31-ə
qədər Banska Bıstritsada olacaq OCEP məktəbliləri “EYOF 2022” “Sports” Parkına, ərazidəki
idman obyektlərinə
səfər edərək
idman yarışlarına
baxmaq imkanı da qazanacaqlar. Avropa
Gənclər Olimpiya Səfirlərinin təhsil
proqramına qatılan
məktəblilər Azərbaycanı
təmsil etməklə
yanaşı, digər ölkələrin
sərgi stendlərində
də iştirak edəcəklər.
Qeyd edək
ki, Olimpiya Mədəniyyəti və
Təhsili Proqramına
(OCEP) Bakı-
2019 Avropa Gənclər
Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin
Olimpiya Həmrəyliyi
Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi
ilə həyata keçirilən layihə
Ülm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata
keçirilr. 2021-2022-ci
illər ərzində
OCEP-in coğrafiyası genişlənərək
təmsil olunan ölkələrin sayı
56-a çatdırılıb. Bu müddət ərzində
Azərbaycandan olan qardaşlaşmış məktəblərin
təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə
yaxın məktəblini
əhatə edib.
“Azərbaycan müəllimi”.-2022.-
5 avqust.- S. 2.