Doktorantların
və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının keçirilməsi
barədə Azərbaycan
Respublikası Təhsil
nazirinin əmri
Doktorantların və
gənc tədqiqatçıların
apardıqları elmi tədqiqat işlərinin
nəticələrinin müzakirəsini
təşkil etmək,
habelə onların elmi yaradıcılığını
stimullaşdırmaq məqsədilə
“Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
Əmr
edirəm:
1. Doktorantların
və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransı 2022-ci il 23-24 noyabr tarixlərində Azərbaycan Respublikasınınn
Təhsil İnstitutu tərəfindən keçirilsin,
konfrans “Şuşa İli”nə həsr edilsin.
2. Konfransın
Təşkilat komitəsinin
tərkibi, “Doktorantların
və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının Əsasnaməsi”
təsdiq edilsin (əlavə 1 və 2).
3. Ali təhsil
müəssisələrinin rektorları doktorantların
və gənc tədqiqatçıların məruzə
tezislərinin 2022-ci il 1 avqust tarixinədək Təhsil
İnstitutunun Təhsildə
innovasiyalar şöbəsinə
təqdim edilməsini
təmin etsinlər.
4. Azərbaycan
Respublikasinin Təhsil
İnstitutunun direktoru
(Rüfət Əzizov)
konfransın yüksək
səviyyədə keçirilməsi
üçün lazımi
şərait yaratsın,
konfransın proqram və materiallarının
nəşr edilməsini
və konfransın nəticələri barədə
Təhsil Nazirliyinə
hesabatın təqdim olunmasını təmin etsin.
5. Elm, ali və orta ixtisas təhsil
şöbəsi (Yaqub
Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri
həll etsin.
6. Maliyyə
şöbəsi (Rauf
Orucov) Azərbaycan Respublikasinin Təhsil İnstitutu tərəfindən
konfransın keçirilməsi
ilə bağlı tələb olunan xərclər üzrə təqdim olunacaq maliyyə sifarişi əsasında Təhsil Nazirliyinin büdcəsində
aidiyyəti tədbir üzrə nəzərdə
tutulan vəsaitdən
müvafiq məbləğin
həmin institutun hesabına köçürulməsini
təmin etsin.
7. İnformasiya
və vətəndaşlara
xidmət şöbəsi
(Rəşad Xanlarov) əmrin çoxaldılıb
ali təhsil
müəssisələrinə göndərilməsini təmin
etsin.
8. İctimaiyyətlə
əlaqələr sektoru
(Cəsarət Valehov)
bu əmrin Nazirliyin internet səhifəsində
yerləşdirilməsini və
“Azərbaycan müəllimi”
qəzetində dərc
olunmasını təmin
etsin.
8. Əmrin
icrasına nəzarət
nazir müavini Firudin Qurbanova həvalə edilsin.
Emin
ƏMRULLAYEV,
Azərbaycan
Respublikasının Təhsil
naziri
6 iyul
2022-ci il
“Azərbaycan müəllimi”.- 2022.- 5 avqust.- S. 2.