İnklüziv təhsilin
əhatə dairəsinin
genişləndirilməsi barədə
Azərbaycan Respublikası
Təhsil nazirinin əmri
“2018–2024-cü illərdə Azərbaycan
Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün
inklüziv təhsilin
inkişafı üzrə
Dövlət Proqramı”nın
icrasını təmin
etmək məqsədilə
“Azərbaycan Respublikası
Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
Əmr
edirəm:
1. 2022-2023-cü tədris ilində Bakı şəhəri
39, 84, 265, 300, Gəncə şəhəri
8, Sumqayıt şəhəri
25, Xaçmaz şəhəri
6, Ağcabədi şəhəri
5, Qəbələ şəhəri
3 nömrəli tam orta
məktəblərdə və
Xırdalan şəhəri
3 nömrəli məktəb-liseydə
inklüziv siniflər
təşkil edilsin.
2. Yerli
təhsili idarəetmə
orqanları sağlamlıq
imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı
əsasında seçilmiş
ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını təmin etsin.
3. Fəaliyyətin
koordinasiyası, qiymətləndirilməsi
və hesabatlılığın
təmin edilməsi Ümumi və məktəbəqədər təhsildə
məzmun, tədris və qiymətləndirmə
şöbəsinə (V.Yaqublu)
tapşırılsın.
4. İnsan
resursları şöbəsi
(E.Bağırov) inklüziv
məktəblərə xüsusi
təhsil üzrə ixtisaslı kadrların cəlb olunmasını təmin etsin. Müvafiq ixtisaslı mütəxəssis
olmadıqda fəaliyyətin
icrası məktəb
psixoloquna həvalə
edilsin.
5. Təsərrüfathesablı
Əsaslı Tikinti və Təchizat İdarəsi (V.Mirzalıyev)
müəyyən olunmuş
məktəblərin infrastrukturunun
sağlamlıq imkanları
məhdud uşaqlar üçün müyəssərliyi ilə
bağlı tədbirlər
görsün.
6. Müəyyən
olunmuş məktəblərlə
metodiki işin təşkili və koordinasiyası Azərbaycan
Respublikasının Təhsil
İnstitutuna ( R.Əzizov) tapşırılsın.
7. İctimaiyyətlə
əlaqələr sektoru
(C.Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində
dərc olunmasını
və Nazirliyin internet
səhifəsində yerdləşdirilməsini
təmin etsin.
8. Əmrin
icrasına nəzarət
nazir müavini F.Qurbanova həvalə edilsin.
Emin
ƏMRULLAYEV,
Azərbaycan
Respublikasının Təhsil
naziri
15 iyul
2022-ci il
“Azərbaycan müəllimi”.- 2022.- 5 avqust.- S. 2.