Peşə təhsilində yeni hədəflər
Bu həftə peşə
təhsili sahəsində hərəkətlilik
artıb. Belə
ki, avqustun ilk günündən peşə
təhsili müəssisələrinə
elektron tələbə
qəbuluna start verilib,
22 rayonda direktor, 28 rayonda isə direktor müavinlərinin,
həmçinin 79 ixtisas
fənn müəllimi
və 211 istehsalat təlimi ustası vakansiyaları üçün
peşə təhsili
müəssisələrinə müəllimlərin işə
qəbulu imtahanları
keçirilib.
Geniş müzakirə
olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nın icrasında növbəti addımlar atılıb.
Əmək bazarının
tələblərinə cavab
verən peşə təhsili
2030-cu ilədək
Azərbaycanda “Qüdrətli
dövlət və yüksək rifah cəmiyyəti”nin bərqərar olacağını
vəd edən yeni sənəddə peşə təhsilində
də növbəti dönəm üçün
əhəmiyyətli tədbirlər
planlaşdırılıb, bütövlükdə təhsilin,
o cümlədən peşə
təhsilinin məqsədi
müəyyənləşdirilib. “Rəqabətli insan
kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”də
təhsil məsələləri
sıralanıb. “Milli
Prioritet 3. Rəqabətli insan kapitalı
və müasir innovasiyalar məkani” başlığı altında
verilən təsvirdə
“XXI əsrin tələblərinə
uyğun təhsil” əsas hədəf olaraq müəyyənləşdirilib.
Geriyə qalır məqsədə
doğru hərəkət.
Yeni Strategiyada bir hərəkət planı
da var. Məsələn,
peşə təhsili
pilləsində əsas
fəaliyyət istiqaməti
olaraq əmək bazarının tələblərinə
cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin
qurulması nəzərdə
tutulub.
Peşə təhsillilərin
sayı artacaq…
Hər il peşə təhsili müəssisələrinə
üz tutanların sayı artır. 4 gündür
peşə təhsili
müəssisələrinə qəbul başlayıb və artıq 7134 nəfər qeydiyyatdan keçərək müxtəlif
peşə ixtisasları
arasında seçim edib. Prosesin avqustun 12-dək davam
edəcəyini nəzərə
alsaq, rəqəmlərin
dəfələrlə artacağını
təsəvvür etmək
çətin deyil.
“Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”na görə, peşə təhsili müəssisələrinə qəbul
olunanların sayının
17140 tələbəyə çatdırılacağı hədəflənib. Bu da sənədin əhatə etdiyi dövr ərzində peşə təhsili müəssisələrinə qəbul
olunan tələbələrin
sayının 11000 nəfər,
yəni 50 faiz artması deməkdir.
Yüksək texniki peşə
təhsili ilə əhatə edilmiş tələbələrin sayının
da artacağı gözləniləndir.
Artıq bir
neçə ildir başlayan artım dinamikası bu il də
davam edir.Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov məlumat verib. Onun sözlərinə görə,
peşə təhsili
müəssisələrinə qəbul planında 10 faiz artım nəzərdə tutulub.
Dövlət sifarişi əsasında
olan ixtisaslar üzrə qəbul planında artım ötən illə müqayisədə 12 faiz
təşkil edib.
Ödənişli ixtisaslar üzrə
də qəbul planı artırılıb.
C.Kərəmov 2022/2023-cü tədris ili üzrə tələbə
qəbulunun 66 peşə
təhsili müəssisəsində
127 ixtisas olmaqla 23340 yer üzrə aparılacağını deyib.
Bu il peşə
təhsili üzrə
5 yeni ixtisas əlavə edilib. Bunlardan 2-si yüksək-texniki, 3-ü isə
texniki peşə ixtisasıdır. Ceyhun
Kərəmovun sözlərinə
görə, hər il 15 yeni
ixtisasın peşə
təhsilinə qəbula
salınması nəzərdə
tutulur: “İxtisasartırma
və təlimlərlə
əmək bazarının
tələbatının ödənilməsi
əsas prioritetdir”.
Strategiyaya görə, peşə təhsilinin əhatəsinin
genişləndirilməsi və
məzmununun yaxşılaşdırılmasına
dair təkliflərin həyata keçirilməsi
nəticəsində peşə
təhsilli şəxslərin
əmək bazarında
xüsusi çəkisi
artacaq. Bu dinamika yüksək texniki peşə təhsili alanların sayında da özünü göstərəcək.
Məsələn, ötən
tədris ilində yüksək texniki peşə təhsili verən ixtisaslar üzrə 860 tələbə
qəbulu aparılmışdısa,
bu il
həmin ixtisaslar üzrə 880 plan yeri ayrılıb. Yeni tədris ili
üçün 21 ixtisas
üzrə qəbul həyata keçiriləcək.
Yüksək texniki peşə
təhsili üzrə
qəbul 10 şəhər
və rayonda həyata keçirilir.
Bakı, Sumqayıt, Şəki, Qəbələ,
İsmayıllı, Gəncə,
Bərdə, Cəlilabad
və Lənkərandakı
peşə təhsili
müəssisələrində yüksək texniki peşə təhsili verilir.
Müasir təminatlı
və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzləri
yaradılacaq
Göründüyü kimi, yüksək texniki peşə təhsili müasir təminatlı və yeni məzmun əsasında yaradılan
peşə təhsili
müəssisələrində təşkil edilir. Yüksək texniki peşə təhsili almaq istəyənlərin sayının
artması, öz növbəsində müasir
peşə təhsili
müəssisələrinə yenilərinin əlavə olunmasını zəruri edir.
İndiyədək peşə təhsili alanların 45 faizi Bakıdakı peşə
təhsili müəssisələrinin
hesabına olub. Ancaq bundan
sonrakı mərhələdə
peşə təhsillilərin
sayı bütün ölkə coğrafiyasını
əhatə edən təhsil müəssisələri
sayəsində artacaq.
Belə ki, müasir təminatlı və yeni məzmun əsasında əlavə
peşə təhsili
mərkəzləri ayrı-ayrı
rayonlarda yaradılacaq.
Növbəti illərdə 8 əlavə
peşə təhsili
mərkəzinin fəaliyyətə
başlaması planlaşdırılıb.
Bu hədəfə doğru fəaliyyət isə artıq çoxdan başlayıb.
Bakıda, Qəbələdə,
Bərdədə, Cəlilabadda
müasir təminatlı
və yeni məzmun əsasında peşə təhsili müəssisələri açılıb.
Sumqayıtda sənaye
və İT yönündə
peşə təhsili
müəssisəsinin yaradılması
istiqamətində iş
aparılır. Füzuli şəhərində
yeni müasir tipli peşə təhsil mərkəzinin bünövrəsi qoyulub.
C.Kərəmovun sözlərinə
görə, növbəti
il Lənkəranda
yeni peşə təhsili müəssisəsinin
açılması planlaşdırılır.
Bir çox digər rayonlarda da peşə
təhsili müəssisələrinin
fəaliyyəti üçün
zəmin hazırlanır.
Müasir təhsil müəssisələri,
sadəcə infrastrukturuna
görə yox, həm də yeni məzmunlu təhsil proqramları ilə fərqlənəcək. Yeni
strategiya peşə təhsili üzrə əmək bazarının
tələblərinə cavab
verən və nəticə əsaslı
təhsil proqramlarının
(kurikulumların) hazırlanması,
bu prosesə işəgötürənlərin və sahibkarların cəlb edilməsi, hər il
15 nəticəəsaslı təhsil proqramının
tətbiqini nəzərdə
tutur.
Yeni Strategiyanın əhatə
etdiyi dövrün sonuna 15000 nəfərin qısamüddətli ixtisasartırma
təhsil proqramlarına
cəlbi planlaşdırılıb.
Uğurlu peşə təhsili müəssisələrinin mərhələli
şəkildə adambaşı
maliyyələşməsi sisteminə keçirilməsi,
dövrün sonuna yeni maliyyələşmənin
əhatə etdiyi təhsilalanların sayının
12000 nəfərə çatdırılması
nəzərdə tutulub.
Ruhiyyə
DAŞSALAHLI
“Azərbaycan müəllimi”.- 2022.- 5 avqust.- S. 1 - 6.