Beş müəllimin şəhid qardaşı

Qəhrəmanlığı ilə adı Zəfər tariximizə yazılan kapitan

O, bu Vətən üçün doğulmuşdu... 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində müəllim ailəsində anadan olan  Əbülfəz Hüseynverdi oğlu Rəhmətov ağlına belə gətirməzdi ki, bir zaman gələcək onun igidliyindən, qəhrəmanlığından, işğal olunmuş torpaqlarımızın  azad edilməsindəki şücaətindən danışılacaq. Ailənin 6 oğlundan 5-cisi idi. Bütün qardaşları müəllim olmağı seçsələr , Əbülfəz hərbiçi olmağı qarşısına məqsəd qoymuşdu.

Həmsöhbətimiz olan Lerik rayonu Anbu kənd tam orta məktəbinin müəllimi Gülağa Rəhmətov qardaşı şəhid kapitan  Əbülfəz Rəhmətovun hələ uşaqlıqdan yurduna, torpağına bağlı bir insan olduğunu deyir: “Qardaşım  Kitabəli Həmidov adına Anbu kənd tam orta məktəbində təhsil aldığı illərdə bütün fənləri yaxşı oxuyurdu, vətənpərvərliyi  yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. Fiziki tərbiyə   gənclərin çağırışaqədərki hazırlığı dərslərinə xüsusi  maraq göstərirdi. O, məktəbdə həmişə işğal tarixlərindən söz açılanda kədərlənsə , torpaqlarımızın azad ediləcəyinə inanırdı. Vətənə olan sevgisi onu hərbiçi olmağa sövq etdi”.

2006-cı ildə  ümumi təhsil müəssisəsini bitirən Əbülfəz  elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirərək  leytenant hərbi rütbəsini alır. 2010-2011-ci tədris ilində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kəşfiyyat ixtisası üzrə kəşfiyyat tağım kursunu bitirən  qəhrəmanımız  2011-ci ildə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi fəaliyyətə başlayır. 2013-cü ildə baş leytenant, 2017-ci ildə kapitan hərbi rütbəsini alır. Kapitan Əbülfəz Rəhmətov Abşeron,  Qusar, Goranboy, Tərtər, Tovuz Gəncədə yerləşən müxtəlif  hərbi hissələrdə tağım komandiri vəzifəsindən tabor komandirliyinə  qədər yüksəlmiş peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi xidmət zamanı fərqlənən ƏbülfəzAzərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli Azərbaycan Ordusunun 100 illiyi  yubiley medalları ilə təltif olunmuşdur.

O, hərbi xidməti dövründə 2016-cı il Aprel, həmçinin 2020-ci ilin Tovuz döyüşlərində general-mayor  Polad Həşimov ilə bir sırada düşmənə qarşı döyüşmüşdür.

İşğal olunmuş torpaqları azad etmək arzusu

Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi.

Aprel Tovuz döyüşlərinin iştrakçısı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi   ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı motoatıcı taborun qərargah rəisi kimi fəal iştirak edir. Füzuli Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə igidlik göstərərək mühüm kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirir.  Artıq onun  işğal olunmuş torpaqlarımızı  azad etmək arzusu elə birbaşa özünün iştirakı ilə reallaşırdı.

Şəhidlik Vətənə məhəbbətin zirvəsidir

Müharibədə döyüş var, şəhidlik . Əbülfəz vətənin bütövlüyü uğrunda döyüşə gedənlərdən biri olaraq ölümü göz önünə almışdı. İgidimiz Cəbrayıl Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin hərbi texnikasının ələ keçirilməsində xüsusi xidmət göstərir. O, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olur. Əbülfəzin nəşi 202 gündən sonra, 6 may 2021-ci ildə Cəbrayıl rayonunun ərazisində tapılır.

 

Onunla bağlı xatirələrini bizimlə bölüşən Gülağa müəllim deyir ki, qardaşı özü haqqında danışmağı sevməzdi: “Bizimlə telefon əlaqəsi zamanı daim qələbə əzmində olduqlarını, tezliklə  torpaqlarımızı azad edəcəklərini söyləyərdi. Çox təvazökar insan idi. Onunla bağlı  bir çox məqamlardan bizim xəbərimiz yox idi. Şəhid olduqdan sonra barəsində ancaq xoş sözlər eşitdik, döyüş zamanı göstərdiyi igidliklərdən məlumatlı olduq. Bir vaxt onun əsgərləri olan zabitlər, Vətən müharibəsinə hazırladığı könüllülər qardaşım haqqında danışdıqca göz yaşlarını saxlaya bilmirdilər. Bizim üçün elə cəsur, igid, mərd bir qardaşı itirmək çox çətindir. İllər ötsə belə bu yara ürəyimizdə qalacaq. Vətən sağ olsun! ALLAH Vətənimizi, dövlətimizi, xalqımızı qorusun”!

Ölümündən sonra

Qəhrəman şəhidimiz 7 may 2021-ci ildə doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, eləcə   Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik şücaət nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,   Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görəmedalları   3-cü dərəcəliRəşadətordeni ilə təltif olunmuşdur.

Lerik rayonu Cəngəmiran kənd körpələr evi-uşaq bağçası  şəhid qəhrəman Əbülfəz Rəhmətovun adını daşıyır.

Ömür  payını gələcək nəsillərin xoşbəxtliyinə qurban verdi

 

 

 

Bəli, şəhidlik Vətənə məhəbbətin zirvəsidir.  Şəhidlik  VƏTƏN, TORPAQ, böyük amallar uğrunda canından keçməkdir. Şəhidlik -verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə qurban verməkdir. Əbülfəz Rəhmətov da məhz bu ülvi missiyanı yerinə yetirərək Vətən müharibəsində qəhrəmancasına şəhadət zirvəsinə ucaldı. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, igidlik ləyaqət zirvəsidir. Qəhrəmanlıq edərək onu tarixə yazanlar da elə vətənimizin igid övladlarıdır.

Bu gün Əbülfəz  Rəhmətovun ocağında 7 yaşlı  qızı Şahnaz 2 yaşlı oğlu Onur böyüyür. Gülüzlü, məsum balacalar  böyüdükcə, yaşa dolduqca atalarının kim olduğunu daha aydın dərk edəcəklər. Şəhid oğlu, Şəhid qızı kimi atalarının qəhrəmanlığından  qürur duyacaqlar. Atasızlığı hiss edəndə həmin müqəddəs ad onları təsəlli edəcək, onlara həyat eşqi məğrurluq ruhu aşılayacaq. Bu balacaların timsalında bütün şəhid övladları bizlərə əmanətdir. Əmanəti göz bəbəyimiz kimi qorumaq hər birimizin müqəddəs borcudur.

Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizlə fəxr edir, onların ruhları qarşısında baş əyirik.  ALLAH  bütün şəhidlərimizə rəhmət eləsin!

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi.- 2022.- 19 avqust.- S. 5.