"Sosial sahədə Könüllülük"
"Könüllü DOST" proqramının
3 illiyinə həsr olunmuş forum
İyunun 3-də Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki DOST Agentliyinin "Könüllü
DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük"
forumu öz işinə başlayıb.
Forum "Könüllü
DOST" proqramının təşkilatçılığı,
DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin, Azərbaycan
Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları
İttifaqının tərəfdaşlığı
ilə baş tutub.
DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzində
təşkil olunan
forum gənclərin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial
sahədə könüllülük
fəaliyyətinin və
onun faydalarının,
korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının
təbliği məqsədini
daşıyıb.
Tədbirdə əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük
Komitəsinin sədri
Səfər Mehdiyev, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin
müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan
Könüllü Təşkilatları
İttifaqının sədri
Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər qonaqlar iştirak ediblər.
Forum əlilliyi
olan şəxslərin
əl işlərindən
ibarət sərginin nümayişi ilə başlayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
"Könüllü DOST" proqramının iştirakçılarını
proqramın 3 illiyi münasibətilə təbrik
edib və ölkəmizdə könüllülük
hərəkatının genişlənməsində
"Könüllü DOST" proqramının önəmini
diqqətə çatdırıb.
Çıxış edən digər qonaqlar "Könüllü
DOST" proqramının iştirakçılarını
təbrik edərək,
könüllülüyün əhəmiyyətindən bəhs
ediblər.
Daha sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov
"Könüllü DOST" proqramı ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə yeni “İnklüziv DOST” altproqramının
da təqdimatı olub.
Forum "Sosial
sahədə könüllülük"
və "Korporativ sosial məsuliyyətlilik"
üzrə panel müzakirələri
ilə davam edib.
Azərbaycan müəllimi.- 2022.- 10 iyun.- S.3.