Milli təhsilimizin 90 illik tarixinin salnaməsi

 

Azərbaycan müəllimi-90

 

Sanballı tarixə zəngin ənənələrə malik “Azərbaycan müəllimiqəzeti  90 illik Azərbaycan təhsilinin salnaməçisi olmaqla yanaşı, həm müasir dövrdə ölkədə uğurla həyata keçirilən təhsil islahatlarının mühüm istiqamətlərini, təhsilin bütün pillə səviyyələrinin fəaliyyətini əks etdirən pedaqoji mətbuat orqanı, müəllimlərin bilik bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir platformadır. Həmişə olduğu kimi, bu gün qəzet  təhsil müəssisələrinə elmi-metodiki informasiya xidməti göstərməklə yanaşı, həm   çox vacib istiqamətverici, öyrədici, maarifləndirici funksiyaları həyata keçirir. Azərbaycanda təhsilin inkişafına yönəlmiş bir çox ideyalar, elmi metodik yeniliklər, elmi-tədqiqatların nəticələri ilk növbədəAzərbaycan müəllimiqəzetinin  səhifələrində işıq üzü görür, oradan  praktikaya gəlməklə  həyata vəsiqə alır, elmi-pedaqoji dövriyyəyə daxil edilir. “Azərbaycan müəllimiqəzetinin çoxşaxəli fəaliyyəti haqqında onlarla elmi-pedaqoji publisistik məqalələr yazılıb, yubileyləri keçirilib.

Yenicə nəşr edilənAzərbaycan müəllimi”: 90 ilin izi iləkitabını qəzetin 90 illik yubileyinə  ən dəyərli töhfə hesab edirik. “Azərbaycan müəllimiqəzetindən seçmə məqalələr əsasında  meydana gələn  bu kitab elm təhsil nazirinin müavini Firudin Qurbanovun elmi redaktorluğu, ETN-nin İctimaiyyətlə əlaqələr kommunikasiya şöbəsinin müdiri  Səbuhi Rzayevin layihəsi, Oruc Mustafayevin, Çingiz Səfərlinin (müəllif-tərtibçilər), Sədaqət Ələkbərovanın (texniki redaktor) gərgin zəhməti hesabına ərsəyə gəlib.

Kitaba dəyərliÖn sözyazan elm təhsil naziri Emin Əmrullayev ən mütərəqqi pedaqoji ideyaların daşıyıcısı olanAzərbaycan müəllimiqəzetinin fəaliyyət göstərdiyi illər ərzində maarif, təhsil, elm, mədəniyyət, yeni insan yetişdirilməsi sahəsindəki xidmətlərini yüksək dəyərləndirərək onun keşməkeşli şərəfli bir inkişaf yolu keçdiyini, millətin təhsil almaq, elmə yiyələnmək müasirləşmək arzularına  cavab verdiyini bildirmişdir. Qəzet səhifələrində pedaqogikanın nəzəri-metodoloji tarixi problemlərinin araşdırılması, ümumi icbari təhsilin həyata keçirilməsi, dünya pedaqoqlarının pedaqoji irsinin azərbaycanlı oxuculara çatdırılması, təlimin həyatla, əməklə əlaqələndirilməsi, böyüyən nəslin tərbiyəsi, müəllimlərin şəxsi təhsillərinin artması fəaliyyətinin səmərəli təşkili ilə bağlı yazan  müqtədir alimlər (M.İbrahimov, H.Araslı, M.Mehdizadə, M.Muradxanov, Ə.Seyidov, H.Əhmədov, Ə.Əlizadə Ş.Hüseynov b.), bəstəkarlar, şair yazıçılar (M.Paşayev, B.Vahabzadə), tanınmış müəllimlər (Z.Səmədov, S.Tağıyeva b.) nazir tərəfindən  hörmət ehtiramla yad edilmişdir.

Tariximizin təhsil güzgüsüadlı yazı 478 səhifəlik kitabın əsas məğzinin  ifadəsi kimi diqqəti cəlb edir. Mətndən aydın olur ki, “Azərbaycan müəllimiqəzetinin nəşri respublikamızda təhsil  tarixinin inkişafı  ilə qırılmaz surətdə bağlıdır. İlk sayı 1934-cü il sentyabrın 2-də “Qommunist Məarifiadı ilə nəşr olunan qəzet  respublikada elmi-pedaqoji fikrin inkişafına təkan verib, çoxmilli müəllimlər xalq maarifi işçilərinin pedaqoji tribunasına, ildən-ilə öz fəaliyyətini genişləndirərək respublikamızda milli maarifimizin salnaməsinə çevrilib. “Qommunist Məarifiqəzeti sovet hakimiyyəti illərində dövrün siyasi-ideoloji basqılarına baxmayaraq xalq maarifinin dəyərinin yüksək pilləyə qaldırılması, məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsi, yeni insan tərbiyəsi, müəllimlərin materialist dünyagörüşünə yiyələnməsi uğrunda maarif işçilərinin həqiqi kütləvi təbliğatçısı, təşviqatçısı təşkilatçısı missiyasını şərəflə yerinə yetirib, Azərbaycan Respublikası ilə yanaşı, həm Qərbi Azərbaycandakı Gürcüstandakı Azərbaycan məktəblərində milli mədəniyyətimizin, təhsil tərbiyə ənənələrimizin təbliğində, maarifçiliyin inkişafında  müstəsna rol oynayıb.

Respublikanın  mətbuat tarixində pedaqoji jurnalistikanın inkişafında məxsusi yeri, öz üslubu yaradıcılıq kredosuAzərbaycan müəllimiqəzetinin 90 illik şöhrət şərəf payında onun redaktorlarının (M.Ağayev, Z.Əliyeva, R.Hüseynov, A.Məhərrəmov, A.Bədəlov, M.Aslanov, Ş.Səfərov, M.Baharlı, V.Mirzə, B.Hüseynzadə, N.Heydərov, S.İbrahimov) xüsusi payı var. Elektron çap məhsullarının üstünlük təşkil etdiyi bir dövrdəAzərbaycan müəllimiqəzetinin oxucu sayının ildən-ilə artması, dayanıqlılığının qorunub saxlanılması, oxunaqlı məzmunlu olması yaradıcı kollektivin zəhmətinin bəhrəsidir.

Kitab ayrı-ayrı məqalələrdən ibarət olsa da maraqlı struktura vahid süjet xəttinə malikdir. Məqalələri oxuduqca hiss edirsən ki, ildən-ilə qəzetin müdaxilə etdiyi problemlər genişlənib, məqalələrin elmi səviyyəsi yüksəlib, praktik istiqamətliliyi artıb, elmi-nəzəri, pedaqoji-psixoloji problemlərin şərhinə həsr edilən məqalələr üstünlük təşkil edib.  Yeni elmi qüvvələrin formalaşmasında yetişməsindəAzərbaycan müəllimiqəzetinin mühüm rolu olub. Cəsarətlə  demək olar ki, pedaqoq-alimlərin hamısının qələmi məhzAzərbaycan müəllimiqəzetinin səhifələrində püxtələşib.

Kitabın ilk fəslində 1934-1938-ci illərdə  Qommunist Məarifiqəzetində,  əsasən qızların  məktəbdən çıxarılması, erkən yaşdan ərə verilməsi kimi konkret faktları kəskin  tənqid edən, gənc müəllimlərə pedaqoji dəstəyin təşkili xüsusiyyətlərini izah edən məqalələr öz əksini tapıb.

Kitabın ikinci fəslinəMüəllimqəzetinin 1938-1941-ci illər sayında Yeni Əlifba Komissiyası, ali pedaqoji məktəblər, ümumtəhsil məktəblərinin  tədris ilinə hazırlığı könüllü olaraq sovet-alman müharibəsinə yola düşən tələbə qızlar haqqındakı məqalələr daxil edilib.

Kitabın üçüncü fəslinəAzərbaycan müəllimiqəzetində 1946-cı ildən sonra nəşr edilən çox maraqlı məqalələr daxil edilib. Qeyd edək ki, 1941-ci ilin iyulundan maliyyə kadr çatışmazlığı səbəbindən qəzet  çap edilməmiş, 1946-cı ilin aprelindən isəAzərbaycan müəllimiadı ilə  fəaliyyətini davam etdirmişdir. Həmin dövrdə   qəzet təhsil sistemi işçilərinin etibarlı köməkçisi kimi müəllimlərin yeni məktəb quruculuğuna, böyüyən nəslin tərbiyəsi işinə  cəlb edilməsində mühüm rol oynamış, ümumi icbari yeddiillik, səkkizillik ümumi orta təhsilin həyata keçirilməsində müəllimlərə nəzəri, metodiki praktik cəhətdən faydalı materiallar vermiş, pedaqoji ictimaiyyətin qüvvəsini məktəb maarifin tərəqqisinə, vahid əmək politexnik məktəbin tələblərinin həyata keçirməsinə  istiqamətləndirmişdir. Məktəblərin maddi-tədris bazasının dinamik surətdə möhkəmləndirilməsi, məktəbəqədər məktəbdənkənar tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanması onların peşə ustalığının təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması məsələləri qəzetdə geniş işıqlandırılmışdır. Böyüməkdə olan nəslin şəxsiyyət kimi formalaşdırılmasında ailə ictimaiyyətin rolunu önə çəkənAzərbaycan müəllimiqəzeti  tərbiyənin tərbiyəvi təsir imkanlarını üzə çıxaran, qarşılıqlı əməkdaşlığı  təqdir edən yazıların da dərc edilməsinə xüsusi diqqət yetirmişdir.

Azərbaycan müəllimiqəzetində görkəmli pedaqoq-alimlər, tanınmış məktəb direktorları, pedaqoji əməyin ustaları olan müəllimlər, metodistlər, xalq təhsili işçiləri çıxış etmiş, pedaqogika elmini zənginləşdirən maraqlı ideyalar, nəzəri fikirlər irəli sürmüş, məktəbin yenidən qurulmasının mühüm problemlərini müzakirə predmetinə çevirmiş, elmi-pedaqoji diskussiyalar açmışlar. Qəzetdə məktəb rəhbərlərinin işinin xüsusiyyətləri, şagird özünüidarəsinin inkişafı, məktəbin bütün həyatının demokratikləşdirilməsi kimi problemlər geniş işıqlandırılmışdır.

80-ci illərdəAzərbaycan müəllimiqəzetində aparıcı xətti məktəbdə təlimin, əmək tərbiyəsi mənəvi tərbiyənin keyfiyyətini yüksəltmək, müəllim şagirdlərin əməyinin nəticələrinə qiymət verilməsində formalizmi aradan qaldırmaq, təlimin həyatla, məhsuldar əməklə əlaqəsini möhkəmləndirmək, şagirdləri ictimai-faydalı əməyə hazırlamaq, böyüyən nəsildə fəal həyat mövqeyi tərbiyə etmək təşkil etmişdir. Pedaqoji, psixoloji metodiki problemlərin şərhində, elmi-tədqiqatların ən mühüm nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılmasındaAzərbaycan müəllimiqəzeti  öz missiyasını şərəflə yerinə yetirmiş, didaktika, tərbiyə nəzəriyyəsi, məktəbşünaslıq pedaqogika tarixi sahəsində aparılan elmi-pedaqoji axtarışlar, yeniliklər məhz bu  qəzetinin köməyi ilə pedaqoji ictimaiyyətə çatdırılmışdır.

M.Mehdizadə, Ə.Seyidov, M.Muradxanov, B.B.Komarovski, H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Y.Talıbov, B.Əhmədov, Ə.Ağayev, Ə.Paşayev, V.Xəlilov  onlarla digər pedaqoq-alimlərin təhsil pedaqoji fikir tarixi ilə bağlıAzərbaycan müəllimiqəzetində dərc etdirdikləri  məqalələri respublikada elmi-pedaqoji fikrin inkişafına, pedaqoji elmə gələnlərin müəllimlərin nəzəri hazırlığının yüksəldilməsinə böyük kömək etmişdir.

90-cı illərin əvvəllərində siyasi sabitsizlik, iqtisadi çətinlik, bazar iqtisadiyyatının sərt tələbləriAzərbaycan müəllimi”qəzetinin müntəzəm nəşrinə mane olsa da, Ulu Öndər Heydər Əliyev xalqın təkidli  tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonraAzərbaycan müəllimiqəzetinin normal fəaliyyət göstərməsinə imkan şərait yaradılıb, onun formatı, dizaynı,  həcmi, çap  texnologiyası tamamilə dəyişib.

KitabdaMəzunlarım təbrik məktublarıbölməsində İ.Şıxlının, S.Rüstəmovun, M.Rahimin, A.Mirzəcanzadənin, H.Əhmədovun, N.Cəfərovun, S.Quliyevin, Q.Kazımovun, İ.Həbibbəylinin, Ə.Əlizadənin, O.Mustafayevin, S.Kərimovanın, R.Daşsalahlının bu gün öz aktuallığını saxlayan məqalələri yer alıb.

Kitabın son bölməsi məzmun baxımından çox zəngindir. Burada həm tarixi-pedaqoji irsin tədqiqinə, həm müasir pedaqoji problemlərin həllinə istiqamətlənmiş xeyli məqalə verilib. Məqalələrin böyük əksəriyyəti müəllimlərin peşəkarlığının yüksəldilməsinə, müasir təlim metodları yanaşmaları ilə tanış olmalarına, Qərbi Azərbaycanda təhsil pedaqoji fikrin dərindən öyrənilməsinə kömək edir.

““Azərbaycan müəllimi”: 90 ilin izi iləkitabı ilə tanış olduqdan sonra bir daha yəqin edirsən ki, bu illər ərzində  qəzet ölkəmizdə təhsilin salnaməsini yaratmaqla yanaşı, həm müəllimlərimizin adını brendləşdirən qəzetə çevrilib. Milli maarifimizin inkişafının 90 illik dövrünün salnaməsi olan bu kitabı pedaqoji fikir tarixinə dəyərli töhfə hesab edir, hazırlanmasında nəşrində əməyi olanlara təşəkkür edirik.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,

pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

 

Azərbaycan müəllimi.- 2024.- 4 oktyabr, ¹36.- S.6.