Dilçilik elminə dəyərli töhfə

 

Bu günlərdə müstəqil Azərbaycanın ali təhsil müəssisələrinin çoxdan səbirsizliklə gözlədiyi dəyərli layihə - Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə QəribovanınSosiolinqvistikaadlı dərsliyi akademik Kamal Abdullayevin ümumi redaktəsi ADU-nun Elmi Şurasının qərarı ilə nəfis şəkildə işıq üzü görüb (Jalə Qəribova. Sosiolinqvistika. Ali məktəblər üçün dərslik.  Bakı; SimSim nəşriyyatı, 2025, 384 səh.). Bununla da ölkəmizin ali təhsil müəssisələrinin filoloji istiqamətli ixtisaslarında təhsil alan bakalavr, magistr doktorantlar üçün nəzərdə tutulan milli beynəlxalq təcrübəyə əsaslanan, eləcə Qərb standartlarına cavab verən Azərbaycan dilində fundamental tədqiqatyönümlü ilkdərslikstatuslu tədris resursu elm təhsil ictimaiyyətinin diqqətinə təqdim olunub. Dərsliyin annotasiyasında deyildiyi kimi, onun əsas hədəflərindən biri Azərbaycanda sosiolinqvistika sahəsində gələcək araşdırmalar üçün nəzəri baza formalaşdırmaq sosiolinqvistik tədqiqatların inkişafına dəstək olmaqdır...”.

Bu baxımdan müəllifinSosiolinqvistikadərsliyiənənəvi dərslik modeli”nin çərçivəsindən çıxaraq daha geniş elmi problemləri əhatə etməklə, təhsilalanları gələcək tədqiqatlara yönəldən, qloballaşan dünyanın çağırışlarına cavab verən, dünyanın dil mənzərəsi situasiyasına, dil siyasəti planlaşdırılmasına, dil ekologiyası təhlükəsizliyinə yeni baxış yanaşmalar gətirən, nəhayət, ölkəmizdə elm təhsilin inkişafı strategiyasında təsbit olunan hədəflərdən olantədqiqat universitetimodelinə keçidin əsas komponentlərindən sayılan tədqiqatyönümlü tədris resurslarından biri kimi yüksək qiymətə layiqdir.

Təqdirəlayiq haldır ki, müəllif bu dəyərli dərsliyi iki böyük dilçi alimin - azərbaycanlı professor Vaqif Aslanovun (1928-2001) amerikalı professor Coşua Fişmənin (1926-2015) əziz xatirələrinə ithaf edib. Bu alimlərdən biri müəllifin fəlsəfə doktorluğu dissertasiyasının elmi rəhbəri kimi onu gələcəkdə sosiolinqvistika sahəsində araşdırmalara təşviq edib, digəri isə müəllif ABŞ Dövlət Departamentinin Fulbrayt Proqramı xətti ilə uzunmüddətli elmi səfəri zamanı yaxından tanış olmuş, onun elmi mühazirələrini dinləmiş, nəhayət, bu dərsliyin hazırlanmasında onun zəngin elmi irsindən faydalanıb. Məhz bu səbəblərdən müəllif hər iki alimə minnətdarlığını bildirməyi özünün mənəvi borcu sayıb...

Müəllif eyni zamanda Vətənimizdə sosiolinqvistika sahəsində ilk örnəklərdən olan professor Əbülfəz RəcəblininSosiolinqvistika  (Bakı, 2004) professor Fəxrəddin VeysəllininSosiodilçilik” (Bakı, 2022) kitablarını da faydalı vəsait kimi dəyərləndirməyi unutmayib...

Hesab edirik ki, elmdə özündən əvvəlki araşdırmalara, faydalandığı tədqiqatçılara qədirbilənliklə, onu bu sahəyə yönləndirənyol göstərənlərə”, nəhayət elmi irsi mühazirələrindən öyrəndiyi alim-müəllimlərə belə həssas yanaşma elmdə az-az rast gəlinən hadisələrdəndir.

Sosiolinqvistikadərsliyinin müəllifinin bu cür məsələlərə həssaslıqla yanaşması onun yüksək ziyalılığının alim-müəllif mədəniyyətinin parlaq təzahürü kimi qiymətləndirilməlidir.

Ədalət naminə deməliyik ki, bu dərsliklə ilkin tanışlıq göstərir ki, müəllif, həqiqətən, Azərbaycan dilçiliyində ilk dəfə orijinal tədris resursu yaratmağa nail olub. Ana Vətəni ABŞ sayılan sosiolinqvistikaya yeni yanaşma sərgiləyən, qloballaşan dünyanın yeni çağırışlarına dolğun cavab verən, dilçilik elminin mühüm interdisiplinar sahələrindən sayılan sosial dilçiliyin ən son nailiyyətlərinə əsaslanan tədqiqatyönümlü dərslik ortaya qoyub. Mətləb aydınlığı üçün dərsliyin əsas məziyyətlərinə toxunmaq, orijinallığı ilə diqqət çəkən, üstün məzmun keyfiyyətləri ilə seçilən, Vətənimizdə sosiolinqvistika sahəsində gələcəkdə aparılacaq araşdırmalara işiq tutan, yol göstərən bəzi konseptual məqamlara aydınlıq gətirmək istərdik.

Dərslik quruluşcaÖn söz”, 16 fəsil 84 paraqrafdan, eləcə 337 adda istifadə olunmuş ədəbiyyat siyahısını əhatə edən fundamental, sistemli araşdırma nəticəsi olaraq təhsilverənləri təhsilalanları gələcəkdə bu yöndə tədqiqat aparmağa təşviq edən, “yol xəritəsimissiyalı tədris resursu kimi diqqəti cəlb edir. Sözsüz, bu kiçik yazıda dərslikdə sosiolinqvistikaya həsr olunan bütün məzmun xətlərinə toxunmaq fikrindən uzağıq; burada, əsasən, interdisiplinar elm sahəsi kimi sosiolinqvistikanın günümüz üçün aktual sayılan problemlərinə münasibət bildirməklə, dərslikdən aldığımız elmi təəssüratı hörmətli oxucularla bölüşməyi məqsədəuyğun hesab edirik.

DərsliyinSosiolinqvistika fənninə girişadlanan I fəsli bütövlükdə nəzəri planda işlənmiş, fənnin obyekti, təşəkkülü, inkişafı formalaşması tarixini şərtləndirən amillər, dilin struktur funksional aspektlərinin qarşılıqı əlaqələri, sosiolinqvistikanın terminoloji baza kateqoriyaları sosiolinqvistika dünən, bugün sabah kontekstində bu vacib elm sahəsinin gələcək problemləri elmi-nəzəri aspektdə təqdim olunub.

DərsliyinDil milli kimlikadlanan 6 paraqrafı əhatə edən V fəsli çağdaş dünyada baş verən qloballaşma nəticəsində ən çox mənfi təsirlərə məruz qalan dil mədəniyyətin aşınması problemi, ən başlıcası isə milli kimliyin pasportu, milli varlığın simvolu (simgəsi) sayılan dilin zamanla itirilməsi dil kodunun dəyişməsi (ana dilindən digər dilə keçilməsi) məsələlərinin təhlilinə həsr olunub. Müəllifin milli kimlik məsələsində gəldiyi qənaət belədir ki, “Milli kimlik hər zaman etnik kimliyə əsaslanmır. Millət etnosları etnik qrupların fövqündə duran üst kimlik paradiqmasıdır” (s. 116). Bu prosesdə dil ən aparıcı amil kimi çıxış edir. Milli kimlik bu mənada millətin milli özünüdərkinin təməl ünsürü kimi çıxış edir milli iftixar mənbəyinə, milli mənlik şüurunun oyanışına xidmət edir. Burada görkəmli türk alimi A.Timurtaşın bir müdrik kəlamı yada düşür: “Dil - bayraq kimi, dövlət kimi müqqədəslərdəndir. Dil olmayınca millət olmaz, millət olmayınca dövlət olmaz, dövlət olmayınca bayraq olmaz. Bu anlamda millətin ilk ünsürü dildir...”.

İftixar etməli haldır ki, dərsliyin müəllifi milli kimliyin atributu olan dilin milli kimlikdə oynadığı üstün rolu qeyd etdiyimiz konseptual məzmununda təhlil etməklə milli varlığımızın - ana dilimizin qorunmasının həyati zərurət olduğunu müasir gəncliyə gərəyincə çatdıra bilib. Çünki dünya təcrübəsi göstərir ki, öz ana dilini sevməyib yabançı dillərdə təhsilə meyl edən xalqlar zaman-zaman əcnəbilər tərəfindən yaddilli xalqkimi təqdim edilirlər...

İbrətamiz haldır ki, bu mənada dərsliyinDil kimlikfəslinin sonundaMüzakirəüçün verilən 14-cü tapşırıqda Uilyam Fiermanın “Post-sovet Qazaxıstanında dil təhsil: şəhər məktəblərində qazaxdili tədrisməqaləsindən verilən parçada həmin ölkədə sovet dönəmində rusdilliliyə keçidin törətdiyi müasir fəsadların milli kimlik aspektində təhlil edilməsi tələbələrdən tələb olunur, bu hallara imkan verərək milli kimliyə zərbə vurulmasının yolverilməzliyi tövsiyə olunur...

Dərslikdə Azərbaycan dilçiliyində ilk dəfə təhsilin məzmununa gətirilən mövzulardan biri Dil ekologiyası: dil çeşidliliyinin qorunması dil keçidinin önlənməsiadlanan 13-cü fəsil sayıla bilər. Mövcud tədris ədəbiyyatlarından fərqli olaraq J.Qəribova bu məsələdə yeni yanaşma tətbiq edərək məsələnin qoyuluşunu ön plana çəkmiş, “dilin ekologiyası nədir?” sualına tam cavab vermiş, dil çeşidliliyi (müxtəlifliliyi), “dil ölümü”nə səbəb olan amillər, dilin təhlükədə olma səviyyələri, dil keçidinin önlənməsi (dil icmasının ana dilini başqa bir dominat dillə əvəzləməsinin qarşısının alınması), dil təhlükəsizliyinin mərhələləri s. bu kimi problemləri qloballaşmanın neqativ nəticəsi kimi təhlil təqdim etmişdir. Bu bölmədə ən çox maraq doğuran məsələlərdən biri kimi dillərin təhlükəsizliyinin qorunması sahəsində beynəlxalq qurumların qəbul etdiyi normativ aktlara (beynəlxalq konvensiya xartiyalar) uyğun olaraq təhlükədə olan dillərinQırmızı kitabı”nın hazırlanması, ümumiyyətlə, azlıqda təhlükədə olan dillərin qorunmasına müəllifin bir vətəndaş harayını da duymamaq mümkün deyil.

Dərsliyin məziyyətlərindən biri dilçiliyimizdə ilk dəfəSosiolinqvistikanın tədqiqat metodları” (s. 304-358) hər fəslin sonunda təhsilalanlar üçünMüzakirəbaşlıqlı araşdırma, öyrənmə xarakterli sual tapşırıqların verilməsi sayila bilər. Bütövlükdə bu dərslikdə təqdim olunan mövzuların tədrisinə yeni yanaşma üsulları araşdırma metodları beynəlxalq təcrübə əsasında, ancaq müxtəlif ölkələrin dil situasiyalarından gətirilən zəngin örnəklər vasitəsilə təqdim olunub. Bütün bunlar müəllif peşəkarlığının, alim səriştəsinin nəticəsi kimi dəyərləndirilməlidir.

Dərslikdə sosiolinqvistikanın aktual problemlərindən olan dil variantlılığı, sosial regional dillər, dünyanın dil mənzərəsi, marginal (yardımçı) dillər, süni dillər, dil təfəkkür, dil siyasəti dil planlaşdırılması, dil siyasətində iki çox dillilik kimi digər məsələlər qloballaşan dünyanın dil çağırışlarına uyğun təhlil təqdim olunub.

J.Qəribovanın dərsliyində dünyanın dil mənzərəsi dil siyasəti fonundaAzərbaycan Respublikasının dil siyasətində çoxdillilikbölməsi (s. 283-293) istər təhlil dərinliyi, istərsə hüquqi-normativ aktlar beynəlxalq təcrübəyə əsaslanan dövlətçilik düşüncəsi, yanaşmaları ilə seçilir. Maraqlı məqamlardan biri Azərbaycanda dil çeşidliliyi mədəniyyət müxtəlifliyinitədqiq edənQərb alimlərinin ölkəmizdə guyatəhlükədə olan dillər”lə bağlı birtərəfli mövqelərinə etiraz edən müəllif Vətənimizdə multikulturalizmin həyat normasına çevrildiyini, azsaylı xalqların dil mədəniyyətinin dövlət səviyyəsində, Konstitusiya çərçivəsində qorunduğunu qətiyyətlə müdafiə edir. Bununla bağlı deməliyik ki, Azərbaycan qədimdən çoxmillətli, çoxkonfessiyalı, unikal bir diyardır. Hələ Azərbaycanşünaslıqda bu regionda ölü dilə təsadüf edilməyib... Dərslikdə Azərbaycanda dil siyasəti dil quruculuğu məsələləri lazımi səviyyədə işıqlandırılıb.

Sosiolinqvistikadərsliyində istifadə olunan mənbə elmi ədəbiyyatların tam əksəriyyətini ingilisdilli ədəbiyyat təşkil edir. Müəllifin ingilis dili mütəxəssisi olması, sosiolinqvistika etnolinqvistika sahəsində dünyada mövcud olan ingilisdilli ədəbiyyatlara əlçatanlığı sayəsində sanballı bir dərslik yaranıb.

Dərsliyin dili anlaşıqlı, üslubu aydın olsa da, oradakı terminlərin çoxluğu təhsilalanlarda, şübhəsiz, müəyyən çətinliklər yarada bilər. Bu baxımdan fizika üzrə Nobel mükafatı laureatı Pyotr Kapitsanın oğlu professor Sergey Kapitsanın bir məşhur kəlamını xatırlatmaq yerinə düşərdi: “Biz tələbələrdən nəyi tələb etməliyik - biliyi, yoxsa anlamağı. Bütün sistem anlamağı bacaran insanların təhsili tərbiyəsi üzərində qurulmalıdır... Təhsil anlamaqdır, bilik isə sənətdir...”.

Başqa sözlə, bilik o zaman elmə çevrilir ki, o, təhsilalan tərəfindən anlaşılsın, şüurlu şəkildə dərk olunsun...

Bu mənada hesab edirik ki, sosiolinqvistika fənlərarası (interdisiplinar) elm sahəsi olduğu üçün tələbələr, magistrlər, doktorantlar bu dərslikdə çoxsaylı elmi termin anlayışlarla üzləşəcəklər. İstəyimiz odur ki, dərsliyin gələcək nəşrlərində müəllif bu sanballı kitabaSosiolinqvistikanın terminolojı aparatıbölməsini hazırlayib mətnə əlavə etməklə onun təhsilalanlar tərəfindən anlaşıqlılıq səviyyəsi dərəcəsinin yüksədilməsinə xüsusi töhfə verəydi...

Azərbaycanın tanınmış dilçi alimi dosent Jalə Qəribovanın çoxillik elmi axtarışları elmi-pedaqoji fəaliyyətinin bəhrəsi olanSosiolinqvistikadərsliyi təkcə dilçilik elminə deyil, həm ali təhsil sisteminə dəyərli töhfədir.

Əminik ki, bu dəyərli dərslik təhsilalan tələbələrin, magistrlərin, doktorantların, eləcə bu sahə ilə məşğul olan elmi işçilərin stolüstü kitabı olacaqdır.

 

Əsgər QULİYEV,

filologiya üzrə fəlsəfə doktoru, dosent,

Əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2025.- 1 noyabr, ¹41.- S.7.