31 Mart - Azərbaycanlıların Soyqırımı Günü təhsil müəssisələrində qeyd olundu

 

31 Mart - Azərbaycanlıların Soyqırım Günü ölkəmizin hər yerində olduğu kimi, təhsil müəssisələrində də geniş qeyd edilib.

Martın 31-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirildi.

Toplantını giriş sözü ilə açan BPKİYİ-nin tədris elmi işlər üzrə prorektoru, pedaqoji elmlər namizədi Mönsüm Alışov ermənilər tərəfindən xalqımıza qarşı 1918-ci ilin martında törədilmiş soyqırımı haqqında məlumat verdi. Həmin faciələrdə misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

çıxışına davam edən natiq azərbaycanlıların soyqırımına ilk dəfə siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyevin bu tarixi addımının ədalətin üzə çıxarılmasına xidmət etdiyini bundan sonra dünya azərbaycanlılarının sıx birləşərək həlli vacib problemlərin aradan qaldırılmasına səy göstərəcəklərinə bir təkan olduğunu qeyd etdi.

Əsrlər boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açan çıxışçı məlum hadisələrin kökünün I Pyotrun tövsiyələri əsasında qoyulduğunu, bu mənfur siyasətə qoşulan çar Nikolayın, Leninin, mikoyanların, şaumyanların, aqambekyanların, qorbaçovların, polyaniçkaların səyi azərbaycanlıları soyqırıma məruz qoymaq, bir millət kimi məhv edib doğma torpaqlarında vassalları olan erməniləri yerləşdirib böyük ermənistan respublikası yaratmaq olduğunu diqqətə çatdırmışdır. Natiq həmçinin bildirmişdir ki, onların apardıqları mənfur siyasət nəticəsində millətimiz daim təcavüzə məruz qalmış, xüsusilə 1918-ci ilin martın 31- erməni ordu birləşmələri himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı tarixdə misli görünməmiş soyqırımı həyata keçirərək insanları vəhşiliklə qətlə yetirmiş, Bakı, Şamaxı, Quba, Gəncə, Lənkəran bir sıra rayonlarda qətlianlar törətmişlər.

Mərasimdə 1988-ci ildə qərbi azərbaycanlıların doğma yurd-yuvalarından qovulduğu, 1992-ci ilin fevralın 26-da Xocalı soyqırımının həyata keçirildiyi, torpaqlarımızın 20 faizinin işğal edildiyi, gəlin qızlarımızın əsir alındığı, bütün bunların erməni qəsbkarlarının alçaqlığı ikiüzlülüyü nəticəsində baş verdiyi bir daha vurğulandı. Xalqımıza qarşı yeridilən soyqırımı siyasəti pislənilərək işğal altında qalan torpaqlarımızın ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti səyi nəticəsində geri alınacağına müstəqil Azərbaycan Respublikasının daha da inkişaf edərək öz tərəqqi, çiçəkli dövrünü yaşayacağına əminlik ifadə edildi.

***

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Naxçıvan özəl Universitetində keçirilən konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru İbrahim Kazımbəyli açaraq xalqımızın ağrılı acılı mövzusu olan soyqırımından, onun ağır nəticələrindən onların dərk edilməsi sayəsində həyata keçirilən keçiriləcək tədbirlərdən danışdı.

Qeyd olundu ki, XX əsrin əvvəllərindən başlayaraq istər İrəvan quberniyasında, istərsə Naxçıvan, Şərur-Dərələyəz Ordubad qəzalarında daşnak erməniləri tərəfindən qanlı soyqırımı siyasətinə dair Naxçıvan MR Dövlət Arxivində yüzlərlə sənəd mühafizə olunur. Bu sənədlər qərbi Azərbaycanda, həmçinin Naxçıvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı etdikləri vəhşilikləri, qırğınları, dağıntıları, öz dədə-baba torpaqlarından qovulan azərbaycanlıların aclıq xəstəliklərdən məhv olmalarını əks etdirir.

Humanitar fənlər kafedrasının dosenti Elçin Zamanov "1948-1952-ci illər azərbaycanlıların qərbi Azərbaycandan deportasiyası - ermənilərin "Böyük Ermənistan" yaratmaq siyasətinin tərkib hissəsidir", Naxçıvan özəl Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov "Erməni daşnaklarının yeni iddiaları-köçürmə, deportasiya soyqırımı 1988-1994-cü illər" mövzularında məruzələr etdilər.

Sonda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirildi.

***

Bakıdakı 95 nömrəli orta məktəbin direktoru Tahir Süleymanov bildirdi ki, məktəbdə 31 Mart Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib sonra 31 mart soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

***

176 nömrəli orta məktəbin direktor müavini Palmira Nəbiyeva qeyd etdi ki, 31 Mart soyqırımı gününə aid bütün siniflərdə söhbətlər aparılmış, bu mövzuda siniflər üzrə inşa yazı müsabiqələri keçirilmiş soyqırımı abidəsinin önünə şagirdlər çiçək dəstələri qoymuşlar.

***

261 nömrəli orta məktəbdə 31 Mart - Soyqırımı Gününə həsr olunmuş tədbir kçirilib . Məktəbin direktoru Abuzər Əsədov çıxışında 31 Mart soyqırımını xalqımızın tarixinin qanlı səhifəsi adlandırıb Azərbaycan xalqının başına gələn bu dəhşətlərin azğın ermənilər tərəfindən dəfələrlə törədildiyini qeyd edib.

Məktəbdə soyqırımı gününü əks etdirən divar qəzetləri buraxılıb, siniflərdə söhbətlər aparılıb.

***

Bakıdakı 178 nömrəli orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə əvvəlcə Dövlət himni səsləndirildi ölkənin üçrəngli bayrağı səhnəyə gətirildi.

Məktəbin direktoru Yusif Məmmədov ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri, vəhşilikləri xronoloji ardıcıllıqla qeyd etdi.

Sonra məktəbin müəllimi Xatirə Rüstəmova 1905-ci ildən başlayaraq bu günə kimi azərbaycanlıların tarixi ərazilərində etnik təmizləmə soyqırımına məruz qalması, daşnaqlar tərəfindən kütləvi surətdə qətlə yetirilməsi haqqında danışdı. Bildirildi ki, Xocalı faciəsi müasir dövrün azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli soyqırımıdır. Tədbir şagirdlərin ifasında vətənpərvərlik şeirləri ilə başa çatdı.

***

Həmin gün Bakının 299 nömrəli orta ümumtəhsil məktəbində soyqırımı qurbanlarının anım mərasimi keçirildi. Tədbirdə məktəbin direktoru Solmaz Kazımova qeyd etdi ki, bu gün bütün siniflərdə keçirilən dərslərin ilk saatları soyqırımı gününə həsr olunub azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin tarixi kökləri bir daha şagirdlərin nəzərinə çatdırılıb.

Tədbirin sonunda yuxarı sinif şagirdləri and içərək, erməni faşizminə qarşı daim mübarizə aparacaqlarına söz verdilər.

 

 

Azərbaycan müəllimi.-2009.-3 aprel.-S.3.