Nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinin və vətəndaşların
müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Resrublikası
Baş Prokurorunun 10
mart 2009-cu il tarixli, 02-26 çıx -
09 nömrəli "Korrursiya
hüquqrozmaları ilə
bağlı müraciətlərə
baxılması sahəsində
yol verilmiş qanun rozuntularının aradan qaldırılması
barədə" Təhsil
Nazirliyinə təqdimatı
daxil olmuşdur. Təqdimatda nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinin
təhlili ilə yanaşı, onun işinin qanunvericiliyin tələblərinə müvafiq
olaraq yenidən qurulması, fəaliyyətinin
təkmilləşdirilməsi, xidmətin səmərəliliyinin
artırılması, bu
işə səriştəli
və rrinsirial əməkdaşların cəlb
edilməsi üçün
zəruri komrleks tədbirlərin həyata
keçirilməsi, gələcəkdə
Təhsil Nazirliyinə
və onun "Qaynar xətt" xidmətinə korrursiya hüquqrozmaları ilə
bağlı daxil olmuş müraciətlərin
baxılması üçün
dərhal Azərbaycan
Resrublikasının Baş
Prokuroru yanında Korrursiyaya qarşı Mübarizə İdarəsinə
göndərilməsi tövsiyə
edilmiş, bir sıra digər təkliflər irəli sürülmüşdür.
Azərbaycan Resrublikası
Prezidentinin 28.07.2007-ci il
tarixli, 2292 nömrəli
sərəncamı ilə
təsdiq edilmiş
"Şəffaflığın artırılması və
korrursiyaya qarşı
mübarizə üzrə
Milli Strategiya"nın
və nazirliyin müvafiq fəaliyyət planının daha səmərəli icrası,
eləcə də Azərbaycan Respublikası
Baş Prokurorunun təqdimatı nəzərə
alınaraq nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə
işçi qrupunun və "Qaynar xətt" xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə
ƏMR EDİRƏM:
1. Nazirliyin
korrupsiyaya qarşı
mübarizə üzrə
işçi qrupuna əlavə üzvlər cəlb edilməklə onun yeni tərkibi
təsdiq edilsin.
2. Aparatın
rəhbəri (İ.Pirməmmədov),
işçi qrupunun sədri (F.Qədirov) İşçi qrupuna yeni üzvlərin cəlb olunduğunu nəzərə alaraq, beynəlxalq təcrübə
nəzərə alınmaqla
treninqin təşkil edilməsini təmin etsinlər.
3. Nazirliyin
"Qaynar xətt"
xidmətinin iş qrafiki təsdiq edilsin.
4. Nazirliyin Korrupsiyaya qarşı mübarizə
üzrə işçi
qrupunun üzvü,
Ali və orta ixtisas təhsili şöbəsinin baş
məsləhətçisi Ə.İmanov "Qaynar xətt" xidmətinin koordinatoru təyin edilsin.
5. Nazirliyin
ümumi şöbəsinin
müdir müavini T.Cuvarlinskaya, Təhsil sənədlərinin tanınması
üzrə iş sektorunun baş məsləhətçisi H.Məhərrəmova
korrupsiya hüquqpozmaları
ilə əlaqədar
nazirliyə daxil olan bütün müraciətlərin Korrupsiyaya
qarşı mübarizə
üzrə işçi
qrupuna yönəldilməsini
təmin etsinlər.
6. Aparatın
rəhbəri (İ.Pirməmmədov),
İşçi qrupunun
sədri (F.Qədirov)
Təhsil Nazirliyinə
və onun "Qaynar xətt" xidmətinə korrursiya hüquqrozmaları ilə
bağlı daxil olmuş müraciətlərin
dərhal Azərbaycan
Resrublikasının Baş
Prokuroru yanında Korrursiyaya qarşı Mübarizə İdarəsinə
göndərilməsini təmin
etsinlər.
7. Nazirliyin
bütün struktur bölmələrinin rəhbərləri
mövcud qanunvericiliyə
uyğun olaraq vətəndaşların müraciətlərinin
obyektiv araşdırılmasını,
vaxtında cavablandırılmasını
təmin etsinlər.
7. Aparatın
rəhbəri (İ.Pirməmmədov),
İşçi qrupunun
sədri (F.Qədirov):
7.1. Təsdiq
olunmuş qrafikə uyğun "Qaynar xətt" xidmətinin fəaliyyətini mövcud
qaydalara uyğun rotasiya qaydasında təşkil etsinlər.
7.2. "Qaynar
xətt" xidmətinə
daxil olan məlumatlara operativ baxılmasını, vətəndaşlara
vaxtında cavablar verilməsini təmin etsinlər.
7.3. Daxil
olan müraciətlərin
bilavasitə yerlərdə
araşdırılması prosesinə
İşçi qrupunun
üzvlərinin cəlb
edilməsini təmin etsinlər.
7.4. Vətəndaşlardan
"Qaynar xətt"ə
daxil olan hər bir müraciət
və onun araşdırılmasının nəticələri barədə
təxirəsalınmadan nazirliyin
rəhbərliyinə məlumat
versinlər.
7.5. Şəffaflığın
artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
maarifləndirmə işinin
təşkili, bununla əlaqədar təhsil müəssisələrində vəziyyətin öyrənilməsi
məqsədilə İşçi
qrupunun üzvlərinin
məktəbəqədər, ümumi orta, məktəbdənkənar, texniki
peşə, orta ixtisas, ali və
əlavə təhsil
müəssisələrində olmasını təşkil
etsin, təhsilalanlar və təhsilverənlərlə
görüşlərin, müzakirələrin,
"dəyirmi masa"ların,
seminarların təşkili
üzrə tədbirləri
həyata keçirsinlər.
7.6. İşçi
qrupu üzvlərinin təhsil müəssisələrində
imtahan prosesində iştirakını, müvafiq
monitorinqlərin aparılmasını
və nəticələrin
müzakirəyə çıxarılmasını
təmin etsinlər.
8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər, onlara baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə, etik standartlar gözlənilməklə, mütəmadi olaraq KİV-lər, o cümlədən "Azərbaycan müəllimi" qəzeti və nazirliyin veb-saytı vasitəsilə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
9. Ali, orta ixtisas, texniki peşə və əlavə təhsil müəssisələrinin, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbərləri rəhbərlik etdikləri strukturlarda daimi fəaliyyət göstərən "Qaynar xətt" xidmətinin yaradılmasını, bu xidmətə səriştəli əməkdaşların cəlb edilməsini və onların bacarıqlarının artırılması üçün treninqlərin təşkilini, xidmətin fəaliyyətini tənzimləyən müvafiq sənədlərin hazırlanıb təsdiq olunmasını, daxil olan müraciətlərə baxılması barədə ayda bir dəfə xülasənin Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
10. Aparatın rəhbəri (İ.Pirməmmədov), İşçi qrupunun sədri (F.Qədirov) təhsil orqanları və təhsil müəssisələrində fəaliyyət göstərən "Qaynar xətt" xidmətlərinin qanunvericiliyə uyğun təşkilinə, bu işə cəlb olunan əməkdaşlar üçün treninqlərin keçirilməsinə əməli kömək göstərsinlər.
11. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
17 mart 2009-cu il
Azərbaycan müəllimi.-2009.-3 aprel.-S.2.