Ali məktəb tələbələri
arasında informatika üzrə
respublika olimpiadasının I seçmə
mərhələsi keçirilib
Heydər
Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları
və Təhsil nazirlikləri, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun birgə
təşkilatçılığı ilə ali
məktəb tələbələri
arasında Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününə həsr
olunan informatika üzrə ümumrespublika
olimpiadası keçirilir.
"Xüsusi istedada malik olan uşaqların
yaradıcılıq potensialının
inkişafı üzrə
Dövlət Proqramı
(2006-2010-cu illər)"na müvafiq olaraq təşkil edilən bu tədbir gənclərin
İKT biliklərinin daha
da təkmilləşdirilməsi,
informatika və proqramlaşdırma sahəsində
istedadlı tələbə
və məktəblilərin
aşkara çıxarılması
və onlara dəstək məqsədləri
daşıyır.
Aprelin 5-də Qafqaz Universitetində olimpiadanın I seçmə
mərhələsi olmuşdur.
Olimpiadada
7 ali təhsil
müəssisəsinin tələbələrindən
və müsabiqədənkənar
Azərbaycan Türk özəl və Bakı özəl Türk liseyləri məktəblilərindən ibarət
31 komanda iştirak etmişdir.
Tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
İnformasiya cəmiyyətinin
inkişafı şöbəsinin
müdiri R.Gülməmmədov,
Qafqaz universitetinin mühəndislik fakültəsinin
dekanı H.Orucov və b. İKT-nin bütün fəaliyyət
sahələri ilə
yanaşı, təhsil
sistemində də tətbiqi istiqamətində
aparılan işləri
yüksək qiymətləndirmiş,
olimpiadanın gənclərin
informatika və proqramlaşdırma sahəsində
hazırlıq səviyyəsini
aşkara çıxarmaq,
bu sahədə biliklərini daha da artırmaq və s. baxımından mühüm əhəmiyyət
kəsb etdiyini söyləmişlər. İnformatika və proqramlaşdırma
sahəsində xüsusi
istedadları olan gənclərin sayının
ölkəmizdə ildən-ilə
artdığı, qlobal
informasiya cəmiyyətinin
formalaşdığı şəraitdə
bunun müsbət hal olduğu, bu kimi tədbirlərin
keçirilməsinə böyük
ehtiyac duyulduğu bildirilmişdir. çıxışçılar olimpiadada iştirak etmək istəyənlərin
sayının əvvəlki
illərlə müqayisədə
bu il üstünlük
təşkil etdiyini qeyd edərək, yarış iştirakçılarına
uğurlar diləmişlər.
Olimpiadanın əsasnaməsinə uyğun olaraq I seçmə mərhələsində
balların 30 faizini toplamış 17 komanda (Bakı Dövlət Universitetinin 4 - "Overflo",
BSU 1, "Oscar" və ENG 1, Azərbaycan Dövlət Neft Akademiyasının 3 -
ADNA 1, "Leker" və
"Alfa", Azərbaycan Texniki
Universitetinin "Tornado", Qafqaz Universitetinin 5 - "Qafqaz şahinləri",
"Qafqaz U2", "Qafqaz
U7", "Qafqaz U4" və
"Qafqaz U3", Naxçıvan
Dövlət Universitetinin
NDU 2, Azərbaycan-Türk özəl
Liseyinin 2 - "Olischool"
və ATOL, Bakı özəl Türk Liseyinin "Chipmunks" komandası)
final mərhələsinə vəsiqə qazanmışdır.
Olimpiadanın final mərhələsi mayın 3-də AMEA-nın
İnformasiya Texnologiyaları
İnstitutunda keçiriləcəkdir.
Y.ƏLİYEV
Azərbaycan
qəzeti.-2009.-10 aprel.-S.1.