“Ən yaxsı ümumtəhsil məktəbi" və
“Ən yaxşı müəllim" müsabiqələrinin
ilk mərhələsi basa catdı
Təhsil Nazirliyindən aldığımız məlumata
əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinin
I mərhələsi artıq başa çatıb.
"Ən yaxşı
müəllim" müsabiqəsində iştirak etmək
üçün Təşkilat Komitəsinə 450 nəfər
müraciət edib. Müsabiqənin keçirilməsi ilə
bağlı təsdiq olunmuş "Qaydalar"a uyğun
olaraq Təhsil Nazirliyində yaradılmış işçi
qrupu onların sənədlərinin ekspertizasını
aparıb və şərtlərə uyğun gəlmədiyi
üçün 4 nəfərin (direktor müavini, psixoloq,
pedaqoji iş stajı az olan, əsas iş yeri məktəb
olmayan) adı siyahıdan çıxarılıb.
Sənədləri qəbul
olunmuş müəllimlərin göstəriciləri
müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə
qiymətləndirilib və müvafiq bal toplayan 217 nəfər
növbəti mərhələyə buraxılıb. Həmin
müəllimlər II mərhələdə sınaq dərsi
deməlidirlər.
Müvafiq bal toplayan 217
nəfər arasında ibtidai sinif müəllimləri
çoxluq təşkil edir. Onların sayı 46 nəfərdir.
İştirakçılardan 44-ü ingilis dili, 27-si tarix, 18-i
Azərbaycan dili və ədəbiyyat, 19-u riyaziyyat, 15-i
biologiya, 10-u fizika, 8-i coğrafiya, 10-u kimya, 6-sı informatika,
4-ü rus dili müəllimidir. Alman dili, fransız dili, musiqi,
fiziki tərbiyə və iqtisadiyyatın əsasları fənlərinin
hər birini 2 müəllim təmsil edir. Bu dəfə də
müsabiqədə ən çox müəllim Bakı şəhərindəndir.
Onların sayı 86 nəfərdir. İddiaçılar
arasında Təhsil Nazirliyinin tabeliyindəki məktəbləri
30, Sumqayıt məktəblərini 21, İsmayıllı
rayonunu 6, Gəncə şəhəri, Abşeron, Bərdə
və Zaqatala rayonlarının hər birini 5 müəllim təmsil
edir.
Aprelin 20-dən etibarən
"Ən yaxşı müəllim" müsabiqəsinin
ikinci mərhələsində iştirak edən 217 müəllimin
sınaq dərslərinin dinlənilməyə
başlanılması nəzərdə tutulur.
"Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsində isə
iştirak etmək üçün müraciət etmiş 139
məktəbin Təhsil Nazirliyində yaradılmış
işçi qrupu tərəfindən göstəriciləri
müəyyən edilmiş şərtlər daxilində
müvafiq əmsallar tətbiq olunmaqla 17 parametr üzrə
qiymətləndirilib. Təşkilat Komitəsinin qərarı
ilə 139 məktəbdən 105-nin ikinci mərhələyə
buraxılması məqsədəuyğun hesab edilib.
Kərimova Samirə
Azərbaycan müəllimi.-2009.-17 aprel.-S.1.